Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının elektrik və elektronika ixtisasının tələbələri Sumqayıt Texnologiyalar Parkının (STP) Elektrik avadanlıqları və Kabel zavoduna təcrübə səfəri ediblər.
Məqsəd nəzəri dərslərin praktiki bacarıqlarla möhkəmləndirilməsindən ibarətdir. Bu cür yanaşma AzTU tələbələrinin sənaye mühiti ilə birbaşa tanış olmasında və gələcək karyera inkişafında mühüm addımdır.
AzTU SABAH qruplarının rəhbəri Aytən Sadıqova və professor Müslüm Cengiz Taplamacıoğlunun müşayiəti ilə keçən səfərdə tələbələr sahə ilə bağlı dəyərli tövsiyələr dinləyib, daha sonra ixtisasla bağlı vacib nüansları iş prosesində müşahidə ediblər.
Səfər çərçivəsində tələbələr istehsalat prosesi, müasir texnoloji avadanlıqlar, eləcə də sənaye sahəsində tətbiq olunan innovativ həllərlə əyani şəkildə tanış olub.