Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU SABAH qruplarının tələbələri Sumqayıt Texnologiyalar Parkına təcrübə səfəri edib

AzTU SABAH qruplarının tələbələri Sumqayıt Texnologiyalar Parkına təcrübə səfəri edib

28.04.2025     34     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının  elektrik və elektronika ixtisasının tələbələri Sumqayıt Texnologiyalar Parkının (STP) Elektrik avadanlıqları və Kabel zavoduna təcrübə səfəri ediblər.

Məqsəd nəzəri dərslərin praktiki bacarıqlarla möhkəmləndirilməsindən ibarətdir. Bu cür yanaşma AzTU tələbələrinin sənaye mühiti ilə birbaşa tanış olmasında və gələcək karyera inkişafında mühüm addımdır.

AzTU SABAH qruplarının rəhbəri Aytən Sadıqova və professor Müslüm Cengiz Taplamacıoğlunun müşayiəti ilə keçən səfərdə tələbələr sahə ilə bağlı dəyərli tövsiyələr dinləyib, daha sonra ixtisasla bağlı vacib nüansları iş prosesində müşahidə ediblər.

Səfər çərçivəsində tələbələr istehsalat prosesi, müasir texnoloji avadanlıqlar, eləcə də sənaye sahəsində tətbiq olunan innovativ həllərlə əyani şəkildə tanış olub.


Related news