Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU ilə “Aqualink” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə “Aqualink” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

25.04.2025     64     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Aqualink” şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət AzTU-da “Su tədqiqatı və təlimi” laboratoriyası quracaq. Peşəkar su mühəndisi olmaq istəyən tələbələr laboratoriyada müxtəlif tədqiqatlar həyata keçirə biləcəklər.

Bununla yanaşı, müqavilədə tələbələrin “Aqualink”in həyata keçirdiyi layihələrdə sənaye təcrübəsi keçməsi, şirkətin beynəlxalq tərəfdaşlarının mütəxəssislərinin tələbələrə təlimlər verməsi, sənaye əsaslı elmi araşdırmaların aparılması məsələləri də nəzərdə tutulub.  

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, hazırda su hövzələrinin çirklənmədən qorunması, onların təmizlənməsi, əhalinin təmiz və keyfiyyətli su ilə təminatı, tullantı sularının təkrar təmizlənməsi mühüm məsələlərdən biridir. Bununla bağlı əmək bazarında peşəkar su mühəndislərinə ehtiyac var. AzTU əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması istiqamətində universitet-sənaye əməkdaşlığını inkişafına böyük önəm verir. “Aqualink” şirkəti ilə əməkdaşlığın qurulması da bu işlərin davamıdır.

“Aqualink” şirkətinin direktoru Orxan Mikayıl rəhbərlik etdiyi şirkətin 2010-cu ildən fəaliyyət göstərdiyini və bu müddətdə 200-dən artıq iri layihə həyata keçirdiyini bildirib. Peşəkar su mühəndisliyi və kimya həlləri üzrə ixtisaslaşmış, Azərbaycan brendi olan “Aqualink” artıq regional şirkətə çevrilib. “Biz dünyanın 50-dən artıq tanınmış şirkəti ilə əməkdaşlıq edirik. Təəssüf ki, yerli kadrların çatışmazlığı səbəbindən xarici mütəxəssislərin xidmətlərindən faydalanırıq. Buna görə də həm sosial məsuliyyət, həm də biznesimizin dayanıqlı inkişafı üçün yerli kadrların yetişdirilməsi bizim diqqətimizdədir” – şirkət rəhbəri deyib.


Digər xəbərlər