Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç!” mövzusunda interaktiv təlim keçirilib

Aprelin 5-də  Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə Tədbirlər Planına uyğun olaraq Azərbaycan Texniki Universitetində (AzTU) “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç!” mövzusunda interaktiv təlim keçirilib. Tələbələrin iştirak etdiyi tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən olduğunu bildirib. Onun sözlərinə görə, narkomaniya insan həyatında sağalmaz fəsadlar yaradır. Bu səbəbdən Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır. Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva qeyd edib ki ki, bu tədbir dövlət başçısının təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçirilir. Onun sözlərinə görə, bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsidir: “Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə müvafiq proqramların qəbul edilməsi sağlam gələcəyimiz üçün önəmlidir”. AzTU-nun rektoru Vilayət Vəliyev isə çıxışında bildirib ki, müasir dövrdə gənclərin zərərli vərdişlərdən qorunması olduqca vacibdir. Gənclər daha çox bilik qazanmağa, sağlam həyat tərzinə üstünlük verməlidirlər. Bu baxımdan, ali məktəblərdə fəal iş aparılması diqqət mərkəzindədir. Onun sözlərinə görə, gənclərin bu kimi vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı olmalıdır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev də maarifləndirmə işlərinin narkomaniyaya qarşı mübarizədə ən güclü vasitə olduğunu deyib. “Narkomaniya insan həyatını məhv edir. Narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Belə insanlar öz yaxınlarını da narkotik maddələrin istifadəçisinə çevirirlər. Buna görə də gənclər narkomaniyanın nə qədər zərərli və təhlükəli olduğunu bilməlidirlər”, - deyə R.Allahverdiyev vurğulayıb. Çıxış edən Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov narkotik maddələrin insan sağlamlığına vurduğu zərərdən, törətdiyi fəsadlardan ətraflı bəhs edib. O, gəncləri bu bəladan uzaq olmağa çağırıb. Tədbir diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırılıb. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Aprelin 5-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələ ..

2024-04-06
AzTU

AzTU-nun İnnovativ Texnologiyalar Mərkəzi silsilə təlimlərə başlayıb

Azərbaycan Texniki Universitetinin (AzTU) İnnovativ Texnologiyalar Mərkəzi akademik heyət üçün “Layihələrin idarə olunması” mövzusunda silsilə təlimlərə başlayıb. Təlimlərin üç ay davam etməsi nəzərdə tutulur. İnnovativ Texnologiyalar Mərkəzinin fəaliyyət planına uyğun olaraq digər istiqamətlərdə də təlimlərin və seminarların keçirilməsi planlaşdırılır. Qeyd edək ki, mərkəz “Erasmus+KA2” proqramı çərçivəsində AzTU-da icra edilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi üzrə yaradılıb.  

Azərbaycan Texniki Universitetinin (AzTU) İnnovativ Texnologiyalar Mərkəzi akademik heyət üçün “Layihələrin idarə olunması” mövzusunda silsilə təlimlərə başlayıb. Təlimlərin ..

2024-04-06
AzTU

AzTU nümayəndələri Azərfloat zavodunda olub

AzTU rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərfloat şüşə zavoduna səfər edib. Qurumun müşaviri Bəhmən Əliyev qonaqlara məlumat verib ki, zavod Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Müəssisə Azərbaycanın qeyri-neft sənayesinin inkişafına xidmət edən başlıca şirkətlərdən biri olaraq ölkənin iqtisadiyyatına əhəmiyyətli töhfələr verir. AzTU nümayəndə heyətinin müəssisənin fəaliyyəti ilə tanışlığı zamanı bildirilib ki, tələbələr zavodda mövcud təcrübə proqramlarında aktiv iştirak edəcəklər. Eyni zamanda tədqiqat imkanlarının yaradılması, laboratoriya bazasından birgə istifadə edilməsi ilə bağlı razılığa gəlinib.

AzTU rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərfloat şüşə zavoduna səfər edib. Qurumun müşaviri Bəhmən Əliyev qonaqlara məlumat verib ki, zavod Azərbaycanda ..

2024-04-06
AzTU

AzTU məzunu, Milli Qəhrəman Şövqiyar Abdullayevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Milli Qəhrəman Şövqiyar Abdullayevin anadan olmasının 55-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra AzTU-nun şəhid tələbə və məzunlarının xatirəsinə həsr olunan film nümayiş olunub. Çıxış edənlər Milli Qəhrəman Şövqiyar Abdullayevlə bağlı xatirələrini dilə gətirib, onun qısa və şərəfli döyüş yolundan danışıblar. Xatırladaq ki, Şövqiyar Abdullayev 1992-ci il avqustun 27-də Ağdərə-Kəlbəcər istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 1993-cü il fevralın 5-də Azərbaycan Prezidentinin Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Milli Qəhrəman Şövqiyar Abdullayevin anadan olmasının 55-ci ildönümünə hə ..

2024-04-05
AzTU

AzTU-nun Aprel döyüşlərində şəhid olan məzunlarının ailə üzvləri ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarının ailə üzvləri ilə görüş keçirilib. Tədbirdə müharibə veteranları, qazilər, respublikada fəaliyyət göstərən müxtəlif ictimai birliklərin nümayəndələri iştirak ediblər. AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Aprel döyüşlərində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan, şanlı ordumuzun uğurlarından danışıb. Bildirib ki, Aprel döyüşlərində AzTU-nun məzunları Mahir Quliyev, Əbdülməcid Axundov, Müşfiq Orucov və Elvin Mirzəyev də şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərin əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağı da qeyd olunub. AzTU-nun Şəhid ailələri ilə iş üzrə işçi qrupunun rəhbəri Zöhrə Məmmədova və digər çıxış edənlər Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdikləri şücaət və qəhrəmanlıqdan bəhs ediblər. Vurğulanıb ki, dördgünlük Aprel döyüşləri Ermənistan ordusu haqqında ermənilərin yaratdığı “məğlubedilməzlik” mifini darmadağın etdi, Azərbaycanın işğalla heç vaxt barışmayacağını dünyaya göstərdi və 44 günlük müharibədə qazanılan şanlı Qələbənin təməllərindən biri oldu. Tədbirdə çıxış edən AzTU-nun Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarının valideynləri bu gün Azərbaycanın dünyada qalib ölkə kimi tanındığını xüsusi vurğulayıb və gəncləri şəhidlərimizin ən müqəddəs əmanəti kimi Vətənin müdafiəsində hər zaman ayıq-sayıq olmağa çağırıblar.

Azərbaycan Texniki Universitetinin (AzTU) Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarının ailə üzvləri ilə görüş keçirilib. Tədbirdə müharibə veteranları, qazilər, ..

2024-04-04
AzTU

“Clarivate Analytics” şirkətinin nümayəndələri AzTU-da olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Clarivate Analytics” şirkətinin Baltik, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə koordinatoru Anna Trifonova və şirkətin tədris resursları üzrə mütəxəssisi İneş Kenjina ilə görüşüb. Görüşdə AzTU-nun nümayəndələri də iştirak edib. Rektor Vilayət Vəliyev “Clarivate Analytics”şirkəti ilə AzTU-nun 2015-ci ildən başlayan əməkdaşlığının uğurla davam etdirildiyini vurğulayıb. Görüşdə “Web of Science” beynəlxalq reytinqli elmi nəşrlər platforması ilə əməkdaşlıq, elmi jurnalların, dissertasiya işlərinin beynəlxalq bazalara daxil edilməsi və istinadların artırılması istiqamətində müzakirələr aparılıb.     Eyni zamanda müxtəlif sahələrdə konfrans nəşrlərinin “Web of Science” platformasına daxil edilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Clarivate Analytics” şirkətinin Baltik, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə koordinatoru Anna Trifonova və şirkətin ..

2024-04-04
AzTU

AzTU-da professor-müəllim heyəti və tələbələr üçün vorkşop keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “StrikePlagiarism.com” şirkəti tərəfindən professor-müəllim heyəti və tələbələr üçün vorkşop keçirilib. Vorkşopda əsərlərin yoxlanılışı zamanı əsas meyarlar, oxşarlıq göstəricilərinin təhlili və digər məsələlər haqqında məlumatlar verilib. Tədbirdə oxşarlıq hesabatının təfsiri qaydaları, müəllimlər, rəyçilər üçün elmi metodologiya, tələbə işlərinin plagiata dair qiymətləndirilməsi üzrə metodologiya, sistemin istifadəsini asanlaşdıran tapşırıqlar opsiyası, süni intellekt alətləri vasitəsilə yazılan mətnin aşkarlanması modulu və digər istiqamətlər üzrə müzakirələr aparılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) “StrikePlagiarism.com” şirkəti tərəfindən professor-müəllim heyəti və tələbələr üçün vorkşop keçirilib. Vorkşopda əsərlərin yoxl ..

2024-04-03
AzTU

Azərbaycan Texniki Universitetinin tələbələri üçün növbəti ustad dərsi keçirilib

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış əməkdaşlıq haqqında memorandumda nəzərdə tutulan tədbirlər çərçivəsində universitetin tələbələri üçün növbəti ustad dərsi keçirilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları Nadir Novruzov və Azər Məlikov “Praktiki nüfuzetmə testləri” mövzusunda tələbələrə praktiki təlim keçiblər. Məruzəçilər nüfuzetmə testlərinin məqsədləri, mərhələləri və alətləri barədə məlumat verib, sızma testlərinin bütün mərhələlərini, o cümlədən boşluqların aşkarlanması və istismarını əhatə edən praktiki laboratoriya işlərini nümayiş etdirib, boşluqların aradan qaldırılması üzrə zəruri tədbirləri diqqətə çatdırıblar. Sonda tələbələrin sualları cavablandırılıb və onlara tövsiyələr verilib.

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış əməkdaşlıq haqqında memorandumda ..

2024-04-03
AzTU

AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib

Aprelin 2-də Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) hesabat-seçki yığıncağı keçirilib. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra AzTU THİK-in universitetdə gördüyü işlər, tələbələrin sosial və akademik həyatında oynadığı əhəmiyyətli roldan danışılıb.  İclasın gündəliyə uyğun olaraq əvvəlcə sədr Mirməhəmməd Ələkbərli THİK-in fəaliyyəti haqqında hesabat verib. THİK-in təftiş komisiyasının hesabatı dinlənildikdən sonra yeni tərkibin seçilməsi məsələsinə baxılıb. Açıq səsvermə formatında keçirilən seçkidə THİK-in yeni tərkibi seçilib. Gündəliyə uyğun olaraq THİK-in yeni sədrinin seçilməsi ilə bağlı yığıncaq iştirakçılarının təklifləri dinlənilib. Təkliflərə əsasən, THİK-in hazırkı sədri Mirməhəmməd Ələkbərlinin yenidən sədr seçilməsi ilə bağlı namizədliyi irəli sürülüb. Təklif iclasın sədri tərəfindən səsə qoyulub və yığıncaq iştirakçılarının yekdil səsi ilə növbəti müddətdə AzTU THİK-in sədri Mirməhəmməd Ələkbərli seçilib. Yığıncaqda AzTU THİK-in təftiş komisiyasının yeni tərkibi də təsdiq edilib.

Aprelin 2-də Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) hesabat-seçki yığıncağı keçirilib. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüy ..

2024-04-02
AzTU

Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarımızı qürurla anırıq

2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı.  Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2016-cı il aprelin 2-də Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Ordumuzun qəti zərbələri nəticəsində Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu. Ordumuz Aprel döyüşlərində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.  Dördgünlük Aprel döyüşləri zamanı Ermənistan ordusu haqqında ermənilərin yaratdığı “məğlubedilməzlik” mifi darmadağın edildi. Aprel döyüşləri Azərbaycanın işğalla heç vaxt barışmayacağını dünyaya göstərdi və 44 günlük müharibədə qazanılan Şanlı Qələbənin təməli oldu. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Ordumuzun zabit və əsgərləri həmin döyüşlərdə böyük hünər və rəşadət göstərdilər. Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları - Mahir Quliyev, Əbdülməcid Axundov, Müşfiq Orucov və Elvin Mirzəyev də Aprel döyüşləri zamanı qəhrəmanlıqları ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksəldilər. AzTU şəhidlik zirvəsinə yüksələn tələbə və məzunlarını qürurla anır, onların xatirəsini ehtiramla yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Ermənistan ..

2024-04-02