Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU-da ENGAGE layihəsi çərçivəsində məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Azərbaycan ali təhsil sistemində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində akademik heyət üçün məlumatlandırma sessiyası keçirilib. Sessiya zamanı Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah ENGAGE layihəsinin qısa icmalı, layihə çərçivəsində həyata keçirilən səfərlər və qazanılmış təcrübələr haqqında məlumat verib. Eyni zamanda, layihənin Avropa tərəfdaşları olan İsveçin Kral Texnologiya Universiteti, Estoniyanın Tallin Texnologiya Universiteti, İspaniyanın Kataloniya Politexnik Universiteti və Portuqaliyanın Lissabon Universitetində mövcud sahibkarlıq ekosistemi haqqında təqdimat nümayiş olunub, Azərbaycan universitetlərində tətbiq oluna biləcək yeniliklər müzakirə olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Azərbaycan ali təhsil sistemində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində aka ..

2024-02-20
AzTU

Azərbaycan Texniki Universiteti və İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

İnformasiya Texnologiyaları İnstitutu ilə Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şuralarının birgə iclası keçirilib. Görüşdə hər iki elmi müəssisənin professor və müəllim heyəti, alim və mütəxəssisləri, eləcə də digər aidiyyəti şəxslər iştirak ediblər. Əvvəlcə AzTU-nun rəhbərliyi və digər məsul əməkdaşları institutun AzScienceNet, Tədris-İnnovasiya, Multimedia Texnologiyaları və Elektron Kitabxana Mərkəzi ilə yaxından tanış olublar. Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq ali məktəblə elmi müəssisənin elm, təhsil və innovasiyanın inteqrasiyası naminə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə dövlət başçısı İlham Əliyevin müvafiq dövlət qurumları və alimlərin qarşısına mühüm strateji vəzifələr qoyduğunu söyləyib. Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrə əldə olunmuş qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, yüksəkixtisaslı kadrların hazırlanması və s. istiqamətlərdə ciddi tapşırıqların verildiyini bildirib.   Akademik Rasim Əliquliyev Azərbaycan Texniki Universiteti və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, praktiki vəzifələr barədə məruzə ilə çıxış edib. İnstitutun əsas elmi problemləri və prioritetləri, bu elmi müəssisədə beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində görülən işlər, elmi və texnoloji dəstək qrantları, AzScienceNet şəbəkəsinin xidmətləri, institutun kadr potensialı, həmçinin Azərbaycan Texniki Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlığın tarixi haqqında məlumat verib. Alim iki qurum arasında əməkdaşlıq çərçivəsində AzScienceNet şəbəkəsi, Data Mərkəz, Elektron Kitabxana və Tədris-İnnovasiya Mərkəzinin imkanlarından istifadənin nəzərdə tutulduğunu qeyd edib. Daha sonra Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev çıxış edib. O, universitetin əsas fəaliyyət istiqamətləri, qarşısında duran vəzifələr və prioritetlər, bu ali məktəbdə həyata keçirilən layihələr, əməkdaşlıq əlaqələri və s. haqqında ətraflı məlumat verib. Vilayət Vəliyev İnformasiya Texnologiyaları İnstitutu ilə elmi-tədqiqat üzrə birgə fəaliyyətlə yanaşı, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə əminliyini ifadə edib. Texniki Universitetin bu elmi müəssisənin qabaqcıl təcrübəsindən, elmi potensialı və imkanlarından səmərəli istifadə etməsinin vacibliyini vurğulayıb. Professorun sözlərinə görə, AzTU-nun əsas prioritet istiqamətləri bilavasitə informasiya texnologiyalarının inkişafı, kibertəhlükəsizlik problemləri, süni intellekt həllərinin yaradılması kimi çox ciddi, aktual və ölkə əhəmiyyətli məsələlərin həllinə yönəlib. Rektor AzTU-da İT Departamentinin yenidən qurulmasında İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərinin imkanlarından istifadə olunmasının vacibliyindən də danışıb. AzTU-nun İnformasiya Texnologiyaları İnstitutunda gedən rəqəmsallaşma və innovasiya proseslərinə inteqrasiyasının məqsədəuyğun olduğunu qeyd edib: “Bu, universitetin resurslarına qənaət edilməsi, yeni baxışların ortaya qoyulması və daha səmərəli elmi tədqiqatların aparılması üçün geniş imkanlar yaradacaq”. Vilayət Vəliyev eyni zamanda AzTU tərərfindən daxili “Qrant Layihəsi Müsabiqəsi”nin elan olunması üçün prioritet elmi istiqamətlərin seçilməsi və müsabiqənin keçirilməsi şərtləri haqqında məlumat verib. Tədbirdə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev də çıxış edərək kibertəhlükəsizlik ixtisası üzrə SABAH Magistri Proqramında təhsil alan magistrantların hazırlığının İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri ilə birgə həyata keçirilməsi, mövzuların seçilməsi və rəhbərlərin təyin olunması ilə bağlı məlumatları diqqətə çatdırıb. Eləcə də institunun “Problems of Information Technology” jurnalının beynəlxalq elmmetrik bazalarda indeksləşdirilməsi istiqamətində birgə fəaliyyətin təşkili barədə məlumat verib. İclasda həmçinin iki qurum arasında birgə tədqiqatların həyata keçirilməsi, qrant layihələrdə iştirak, İKT kurslarının, konfrans, seminar və dərslərin təşkili, elmi-ekspertiza fəaliyyətinin  həyata keçirilməsi, dərsliklərin, tədris resurslarının hazırlanması, tərcümə olunması və s. istiqamətlərdə geniş fikri mübadiləsi aparıldı, müvafiq qərarlar qəbul edilib.

İnformasiya Texnologiyaları İnstitutu ilə Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şuralarının birgə iclası keçirilib. Görüşdə hər iki elmi müəssisənin professor və müəllim ..

2024-02-19
AzTU

AzTU Library Information Center started a series of training programs

The Library Information Center (LIC) of Azerbaijan Technical University (AzTU), in collaboration with “Informascope”, the regional representative of “Elsevier”, a leading company in academic information databases, has launched a series of training programs on the use of the “Scopus” and “ScienceDirect” academic databases in higher education institutions across Azerbaijan. The initiative aims to promote and enhance the use of “Scopus” and “ScienceDirect” in the country.  The first session of the training series was attended by librarians, faculty members, and researchers from various universities and institutes.  The event began with a speech by AzTU's Vice-Rector for Academic Affairs, Professor Nurali Yusifbeyli, who emphasized the significance of the training.   Following that, Ayhan Saracoglu, Regional Manager of “Elsevier”, provided a comprehensive overview of the “Scopus” and “ScienceDirect” databases, covering their scope, usage capabilities, and recent updates. Practical demonstrations were conducted, and participants’ questions were addressed.  The session concluded with a discussion regarding the next phase of the training program.  It is worth noting that, in addition to AzTU staff and academic personnel, representatives from ADA University, Azerbaijan State University of Economics, Azerbaijan State Pedagogical University, Azerbaijan University of Languages, Azerbaijan State Academy of Physical Education and Sports, Baku Slavic University, Institute of Molecular Biology and Biotechnology, Police Academy, Academy of the Ministry of Emergency Situations, Academy of the State Customs Committee, Azerbaijan State Oil and Industry University, Azerbaijan State University of Culture and Arts, and Odlar Yurdu University also participated in the training.

The Library Information Center (LIC) of Azerbaijan Technical University (AzTU), in collaboration with “Informascope”, the regional representative of “Elsevier”, a leading company in academic i ..

2024-02-16
AzTU

“Reza Deqatinin gözündə Xocalı soyqırımı”

“Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Azərbaycan Gənclər Fondu və Azərbaycan Texniki Universitetinin (AzTU) dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Reza Deqatinin gözündə Xocalı soyqırımı” adlı görüş keçirilib. AzTU-da təşkil olunan görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə Xocalı faciəsini çəkdiyi fotolarla dünyaya çatdıran fotojurnalist Reza Deqati də iştirak edib. Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva Xocalı faciəsinin hər il yad edilməsinin önəmini diqqətə çatdırıb. Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov soyqırımı barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan dövlətinin zəruri addımlar atdığını qeyd edib.  Reza Deqati Xocalı faciəsi, Vətən müharibəsi və Qarabağda yenidənqurma işləri zamanı çəkdiyi fotoları təqdim edib və şahidi olduğu hadisələrdən danışıb. O, həmin ağrılı və acılı günlərin indi də gözünün önündə olduğunu deyib. Fotoqraf Xocalıda çəkdiyi fotolarla bağlı həqiqətləri hər zaman dünyaya çatdırmağa çalışdığını bildirib. Qeyd edək ki, Reza Deqati Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib.

“Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Azərbaycan Gənclər Fondu və Azərbaycan Texniki Universitetinin (AzTU) dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctim ..

2024-02-16
AzTU

AzTU-nun tələbəsi vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin II kurs tələbəsi Səbuhi Əhmədli ürək tutmasından vəfat edib. AzTU-nun rəhbərliyi və kollektivi Sahil Əhmədlinin vaxtsız vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.   Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin II kurs tələbəsi Səbuhi Əhmədli ürək tutmasından vəfat edib. AzTU-nun rəhbərliyi və kollekt ..

2024-02-15
AzTU

AzTU-nun rektoru dünyaşöhrətli fotojurnalist Reza Deqati ilə görüşüb

Dünyaşöhrətli fotojurnalist, həmyerlimiz Reza Deqati Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonağı AzTU-da salamlamaqdan məmnunluğunu bildirən rektor Vilayət Vəliyev Reza Deqatinin 90-cı illərdə xalqımıza qarşı törədilən faciələr zamanı lentə aldığı fotolar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rolunu qeyd edib.   44 günlük Vətən müharibəsi zamanı ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərin geniş auditoriyaya Reza Deqatinin obyektivi vasitəsilə çatdırılması da xüsusi vurğulanıb.   Dünyaşöhrətli fotojurnalist Reza Deqati bildirib ki, fotojurnalistika təcrübəsində onu 1992-ci ildə Xocalıda gördüyü dəhşətli mənzərə qədər təsirləndirən məqamlar olmayıb. Fotojurnalist deyib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, ordumuzun gücü nəticəsində haqq-ədalət öz yerini tapıb, işğala son qoyulub, Xocalı azad olunub.   o, Xocalı faciəsi, Vətən müharibəsi və Qarabağda yenidənqurma işləri zamanı çəkdiyi fotoları hər zaman beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağını bildirib.   Qeyd edək ki, görüşdə Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov da iştirak edib.    

Dünyaşöhrətli fotojurnalist, həmyerlimiz Reza Deqati Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonağı AzTU-da salamlamaqdan məmnunluğunu bildirən rektor Vilayət Vəliyev Re ..

2024-02-15
AzTU

Ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə görüş keçirilib

Ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə görüş keçirilib.   Görüşdə Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.   Söhbət zamanı ictimaiyyət və media ilə işin təkmilləşdirilməsi, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaq, ali təhsil müəssisələri arasında kommunikasiyanın gücləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq imkanları müzakirə olunub.   Görüşdə Azərbaycan Texniki Universitetini (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat katibi Sevinc İsgəndərova təmsil edib. 

Ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə görüş keçirilib. Görüşdə Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentli ..

2024-02-14
AzTU

A meeting was held with representatives of companies that are members of “Bilisim Valley Baku”

A meeting was held at Azerbaijan Technical University (AzTU) with representatives from 20 companies affiliated with “Bilisim Vadisi Baku”.   The Director of “Bilisim Vadisi Baku”, Gamet Karimov, welcomed the attendees, emphasizing that the primary goal of the meeting was to discuss potential collaboration opportunities between the government, universities, and industry, as well as to explore the implementation of innovative projects.   AzTU Rector Vilayat Valiyev highlighted the growing global importance of technoparks and underscored that the main objective of the collaboration with “Bilisim Vadisi” is to provide technological support from member companies to AzTU and other universities.   Elnur Nasibov, Chairman of the Board of the Education Development Fund, briefed the participants on the establishment, core activities, and ongoing projects of the Fund. He emphasized the Fund’s openness to partnerships with both public and private companies, highlighting that social and business-oriented projects are being implemented in collaboration with various stakeholders. He also noted that the Sustainable Development Center at AzTU, where the meeting was held, was established as part of the Fund's cooperation initiatives.   The meeting continued with presentations and discussions led by representatives of companies affiliated with “Bilisim Vadisi Baku”.

A meeting was held at Azerbaijan Technical University (AzTU) with representatives from 20 companies affiliated with “Bilisim Vadisi Baku”. The Director of “Bilisim Vadisi Baku”, Gamet Karim ..

2024-02-14
AzTU

Khanbaba Sultanlı, the winner of the second "Yukseliş" competition, met with AzTU students within the framework of the Mentoring program

As part of the Mentorship Program, the next meeting between the winners of the “Yükseliş” (Ascension) competition and students was held. The winner of the second “Yükseliş” competition, Khanbaba Sultanli, met with Sanan Veyselov, a fourth-year student from the Faculty of Special Equipment and Technology at Azerbaijan Technical University (AzTU), who was accepted into the program.  During the meeting, Khanbaba Sultanli discussed the initial steps needed to develop skills, acquire new knowledge, and accurately define career goals. He provided insights on reforms aimed at enhancing competitiveness through the successful implementation of new projects and the use of innovative technologies. Sultanli also listened to the student’s perspectives on these topics and shared the planned steps for the future progression of the Mentorship Program. In response, AzTU student Sanan Veyselov expressed his interest in participating in projects that would contribute to his professional development and thanked the organizers for the opportunity and the productive meeting.  The primary goal of the Mentorship Program is to enable third- and fourth-year students to benefit from the management experience of “Yükseliş” competition winners and receive guidance for their future careers. At the conclusion of the program, the competition winners will provide recommendation letters to the participating students. The program, initiated under the auspices of the “Yükseliş” competition, has admitted 65 students, selected based on their resumes and motivation letters. The program is expected to continue until the end of June 2024. It is noteworthy that the selection process for the Mentorship Program, including the submission of students’ resumes and motivation letters, is facilitated by AzTU’s Career and Employment Center.  The “Yükseliş” competition was established by a decree signed by President Ilham Aliyev on July 26, 2019, with the aim of identifying, supporting, and fostering promising leaders with high intellectual and managerial capabilities, as well as creating a talent pool for the country.

As part of the Mentorship Program, the next meeting between the winners of the “Yükseliş” (Ascension) competition and students was held. The winner of the second “Yükseliş” competition, Kh ..

2024-02-09
AzTU

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

Türkiyənin İstanbul Texniki Universitetinin (İTÜ) nümayəndələri Nafiz Ünlü və Ayhan Güzelyurt Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaqları salamlayan rektor Vilayət Vəliyev AzTU və İTÜ arasında uzunmüddətli əməkdaşlığı qeyd edərək birgə tədris və tədqiqat layihələrinin, xüsusilə sənayeyönümlü təlim proqramlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. İTÜ-də həyata keçirilən təlim proqramları barədə ətraflı məlumat verən qonaqlar bu proqramların univesitet-sənaye əməkdaşlığının gücləndirilməsinə xidmət etdiyini bildiriblər. Görüşdə universitetlərdə sənayeyönümlü birgə təlim proqramlarının, habelə müxtəlif sənaye sahələri üçün konsaltinq xidmətlərinin təşkili məsələləri müzakirə olunub.

Türkiyənin İstanbul Texniki Universitetinin (İTÜ) nümayəndələri Nafiz Ünlü və Ayhan Güzelyurt Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaqları salamlayan rektor Vilay ..

2024-02-08