Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU əməkdaşları LMQS layihəsi çərçivəsində Fransada səfərdə olub

AzTU əməkdaşları LMQS layihəsi çərçivəsində Fransada səfərdə olub

19.07.2024     450     AzTU

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi üzrə Fransada yeni yaradılan tədris proqramı üzrə təlimlər təşkil edilib. Təlimlər layihənin Avropa tərəfdaşı olan Kot d’Azur Universitetində keçirilib.

Səfərdə AzTU-nu beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva təmsil edib.

Tədbir layihə çərçivəsində yaradılan “Səhiyyədə keyfiyyətin və risklərin idarə olunması” magistr proqramının məzmununun təkmilləşdirilməsinə xidmət edib.

10 gün davam edən təlimlərdə tədris modullarının hazırlanması, Boloniya prosesinə uyğun tədrisin təşkili, ikili diplom proqramlarının və distant təhsilin təşkili, eyni zamanda səhiyyədə keyfiyyət və risklərlərin idarə olunması ilə bağlı mövzularda təqdimatlar edilib.


Related news