Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Gənclər Günü münasibətilə keçirilən müsabiqənin nəticələri açıqlanıb

AzTU-da Gənclər Günü münasibətilə keçirilən müsabiqənin nəticələri açıqlanıb

31.01.2025     276     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

AzTU HİK sədri Elvin Bəxtiyarlı Gənclər Günü münasibətilə təbriklərini bölüşüb. O, ölkədə aparılan gənclər siyasəti və gənclərə göstərilən diqqət və qayğıdan danışıb.  HİK sədri qeyd edib ki, AzTU-da da il ərzində tələbə və gənc müəllimlərin bilik və bacarıqlarının, həmçinin innovativ ideyalarının təşkmilləşdirilməsi istiqamətində müxtəlif tədbirlər və interaktiv yarışlar keçirilir.

AzTU-nun prorektoru Rəşad Əliyev Gənclər Gününün tarixinə nəzər salıb. O, bu günün təşəbbüskarı ümummilli lider Heydər Əliyevi yad edərək onun gənclər siyasətinin formalaşmasındakı rolu və gördüyü işlərdən danışıb.

Daha sonra AzTU-nun İnsan resursları departamentinin müdiri Aytən Şıxəliyeva, “Dent House Group”un rəhbəri doktor Anar Əmiraslanov, “Prestij S tədris Mərkəzi”nin rəhbəri Samid Səfərov çıxış edərək gəncləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar və hər zaman öz üzərlərində çalışmağı arzulayıblar.

Tədbir çərçivəsində ənənvi olaraq HİK tərəfindən Gənclər Günü münasibətilə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə il ərzində namizədlik dissertasiyası müdafiə edən, elmi məqaləsi nəşr olunan, AzTU-nun ictimai-sosial həyatında aktivlik nümayiş etdirən, nizam-intizamı ilə fərqlənən gənc əməkdaşlar iştirak edib.

Müsabiqənin nəticələrinə görə, Ramil Dadaşov “İlin gələcək vəd edən gənci” nominasiyası üzrə III, Şamxal Əliyev “İlin peşəkar gənci” nominasiyası üzrə II, Rüxsarə Seyfullalı isə I yerə layiq görülərək “AzTU Gəncləri - 3” müsabiqəsinin qalibi olub.

Müsabiqənin qalibləri, eləcə də il ərzində nizam-intizamı ilə seçilən və universitetin fəaliyyətinə verdiyi töhfəyə görə fərqlənən gənc əməkdaşlara fəxri fərman və hədiyyələr təqdim olunub.


Digər xəbərlər