Fevralın 2-də Ağ Şəhərdə yerləşən Bazar Meydanında Azərbaycan Gəncləri Günü münasibətilə “GenZ FEST” festivalı keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən keçirilən festivalda 5 mindən çox tələbə iştirak edib.
Tədbirdə Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ruslan Qənbərov və təşkilat üzvləri iştirak edib.
Festival çərçivəsində “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyasına layiq görülən TGT-lərin adları açıqlanıb.
Qeyd olunub ki, il ərzində ölkənin ictimai-sosial həyatına verdiyi töhfəyə və aktiv fəaliyyətinə görə AzTU TGT “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb.