Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər DIRNA layihəsi çərçivəsində tədqiqat bacarıqlarının inkişafı üzrə onlayn təlimlər təşkil olunub

DIRNA layihəsi çərçivəsində tədqiqat bacarıqlarının inkişafı üzrə onlayn təlimlər təşkil olunub

28.01.2025     207     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramının “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişafı” (DIRNA) layihəsi çərçivəsində onlayn təlimlər təşkil edilib.

Təlimlər layihənin tərəfdaş universiteti İzmir Yüksək Texnologiya İnstitutunun (İYTE) Kitabxana və sənədləşdirmə şöbəsinin müdiri Gültəkin Gürdal tərəfindən keçirilib.

Akademik heyətin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunan təlimlər “Təhsil və tədqiqatda süni intellektin rolu” və “Repozitoriyanın uzunmüddətli dəstək və idarəetmə üzrə tətbiq planı” mövzularını əhatə edib.

Təlimlərdə AzTU Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva, Beynəlxalq layihələr sektorunun aparıcı mütəxəssisi Nubar Fərhadzadə, İqtisadiyyat və statistika kafedrasının baş müəllimi Sevinc Rzayeva iştirak edib.

İki günlük təlimlərdə süni intellektin rolu, üstünlükləri, tədqiqatda süni intellektdən istifadə, təhsildə süni intellekt vasitələri və repozitoriyanın uzunmüddətli dəstək və idarəetmə üzrə tətbiq planı barədə məlumatlar verilib və mövzular ətrafında müzakirələr təşkil edilib. 


Digər xəbərlər