Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da beynəlxalq seminar keçirilib

AzTU-da beynəlxalq seminar keçirilib

28.01.2025     269     AzTU

AzTU-da həyata keçirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində “Şəhər avtobus marşrut şəbəkəsinin effektivliyinin yüksəldilməsi üsullarının və modellərinin işlənilməsi” mövzusunda beynəlxalq seminar keçirilib.

Məqsəd AzTU-da yüksəkixtisaslı kadr hazırlıq tempinin yüksəldilməsi və genişlənməsi zərurəti, layihə çərçivəsində magistr dissertasiyaları üzrə mözvularların qoyuluşu ilə yanaşı, yüksəkixtisaslı kadrların, doktorantların hazırlanması prosesinə xüsusi diqqət ayrılması olub.

Həmçinin seminarda AzTU-da yerinə yetirilən layihə və aparılan tədqiqatlarda ümumilikdə şəhələrdə hərəkətliliyin yaxşılaşdırılması üçün müasir metodlara əsasalanan həllər müzakirə edilib, bu həllərin tətbiqi imkanları araşdırılıb.

Bundan başqa, avtobus marşrut şəbəkəsində marşrut sahələri və dayanacaqlarda vaxt itkilərinin azaldılması, marşrutlarda sərnişinlərin tələbinə cavab verən avtobusların seçilməsi, marşrut şəbəkəsinin effektivliyinin qiymətləndirilməsi üzrə yeni yanaşmalar geniş müzakirə edilib və nəqliyyat sıxlığının artdığı bir dövrdə əhəmiyyəti qeyd edilib.

Seminarın nəticələri ümumiləşdirilərək elmi-tədqiqatların genişləndirilməsi, nəticələrin real marşrut şəbəkəsində istifadəsi ilə əlaqadar tövsiyələr hazırlanıb.

Tədbirdə Daşkənd Perfect Universitetinin rektoru professor Daurenbek İlesaliev İxtiyaroviç və Daşkənd Dövlət Nəqliyyat Universitetinin Avtomobil mühəndisliyi kafedrasının professoru Akmal Muxitdinov Anvaroviç, Daşkənd Dövlət Nəqliyyat Universitetinin Avtomobil nəqliyyatı mühəndisliyi fakültəsinin dekan müavini Aşurov Ortik Foziljonoviçlə yanaşı Daşkənd Perfect Universitetinin 4 tələbəsi iştirak edib.

Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb, universitet haqqında təqdimatı dinləyib, görülən işlər, yeni layihələr haqqında məlumat alıblar. 

Qeyd edək ki, seminarda adı çəkilən nümayəndələr eyni zamanda AzTU-da fəaliyyət göstərən Dissertasiya Şurasının üzvləridir.


Digər xəbərlər