Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU məzunu Gənclər üçün Prezident mükafatına layiq görülüb

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsi iştirakçısı, "Gənc Könüllülər" İctimai Birliyinin sədri Ayxan Allahverdiyev Prezident İlham Əliyevin Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülüb. Ayxan Allahverdiyev 2020-ci ildə AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsini bitirib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ayxan Allahverdiyev Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsi iştirakçısı, "Gənc Könüllülər" İctimai Birliyinin sədri Ayxan Allahverdiyev Prezident İlham Əliyevin Sərəncamın ..

2024-02-01
AzTU

AzTU-nun altı tələbəsi “Erasmus+” çərçivəsində xaricdə təhsil alacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) altı tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestrində “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq. Belə ki, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin II kurs tələbəsi Nuhin Xəlilov Ankara Universitetində, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin və SABAH qruplarının III kurs tələbələri Nurtəkin Quliyeva və Leyla Şəfiyeva Rumıniyanın Cluj-Napoca Texniki Universitetində, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbələri Nurlan Nərimanov və Nabat Yusifli Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində, həmin fakültənin II kurs tələbəsi Mirəli Əlili Polşanın Powislanski Universitetində bir semestrlik təhsil almaq hüququ qazanıblar. AzTU-nun rektoru Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) altı tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestrində “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq. Belə k ..

2024-01-30
AzTU

Azərbaycan gəncliyi “Yola Davam” edir

Azərbaycan Texniki Universitetinin (AzTU) dəstəyi və “Yola Davam: Birlik Platforması”nın təşkilatçılığı ilə “Müasir idarəetmə və yeni meyllər” mövzusunda interakiv müzakirə keçirilib.  AzTU-da keçirilən interaktiv müzakirə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, innovasiyalar üzrə mütəxəssis Şəbnəm Məmmədova və universitet tələbələrinin iştirakı ilə təşkil olunub. Görüşdə Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində idarəetmə sahəsində həyata keçirdiyi islahatlar, gənclər siyasəti, ölkəmizin gələcək inkişaf konsepsiyası üzrə atılacaq addımlar və gənclərin bu prosesdə iştirakından söhbət açılıb. Spikerlər eyni zamanda təcrübələrinə əsaslanan müasir idarəetmə metodlarından və bu istiqamətdə yeni yanaşmalardan da danışıblar. Məlumat üçün bildirək ki, “Yola Davam: Birlik Platforması” Azərbaycanda son 20 ili əhatə edən dövrdə həyata keçirilən islahatlar, ölkənin inkişaf transformasiyası və "Yola Davam" şüarı əsasında gələcəyə baxışı əks etdirən interaktiv müzakirələrin həyata keçiriləcəyi platformadır.

Azərbaycan Texniki Universitetinin (AzTU) dəstəyi və “Yola Davam: Birlik Platforması”nın təşkilatçılığı ilə “Müasir idarəetmə və yeni meyllər” mövzusunda interakiv müzakir ..

2024-01-29
AzTU

AzTU-da “TEKNOFEST-2024”lə bağlı infosessiya keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “TEKNOFEST-2024”lə bağlı infosessiya keçirilib. İnfosessiyada çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev 2018-ci ildən etibarən keçirilən TEKNOFEST - Aerokosmik və Texnologiya Festivalının əhəmiyyətindən danışıb. Bildirib ki, bu festival gənc tədqiqatçılar və tələbələrin özlərini sınaması üçün əhəmiyyətli platformadır. Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Baykar” şirkətinin texnoloji lideri Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə keçirilən festivala 2022-ci ildə Azərbaycan ev sahibliyi edib. Bu həm Azərbaycanla Türkiyənin qardaşlıq və dostluq əlaqələrinin ən yüksək səviyyədə olduğunun növbəti mesajı, eyni zamanda TEKNOFEST-in əhatə dairəsinin daha da genişlənməsinin göstəricisi idi. Rektor qeyd edib ki, hər il keçirilən festivalda AzTU tələbələri də iştirak edir və yeni təcrübələr qazanırlar. Daha sonra TEKNOFEST-in baş katibi Muhammet Saymaz festivalla bağlı geniş təqdimatla çıxış edib. Bildirib ki, “TEKNOFEST 2024” Türkiyənin Adana şəhərində keçiriləcək. “Gələcək Sənsən” şüarı altında təşkil olunan festivalda iştirak üçün qeydiyyat 20 fevrala kimi davam edəcək. Muhammet Saymaz yarışmaya qeydiyyatla bağlı zəruri məlumatları tələbələrin diqqətinə çatdırıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) “TEKNOFEST-2024”lə bağlı infosessiya keçirilib. İnfosessiyada çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev 2018-ci ildən etibarən keçiri ..

2024-01-26
AzTU

ENGAGE layihəsi çərçivəsində ilk hesabat konfransı keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsinin  ilk  hesabat konfransı keçirilib. Konfransda layihənin İsveç, İspaniya, Portuqaliya, Estoniya və Polşadan olan tərəfdaş universitetləri və 20-dən çox Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətləri iştirak edib. AzTU-nu konfransda tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva və Universitet –Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova təmsil edib. “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminə dair aparılmış tədqiqatın hesabat konfransı” mövzusunda tədbirdə ENGAGE layihəsinin qısa icmalı, fəaliyyət planı, aparılan tədqiqatların məqsəd və metodologiyası haqqında məlumat verilib. Eyni zamanda müxtəlif universitetlər tərəfindən layihə çərçivəsində həyata keçirilən səfərlər və qazanılmış təcrübələr, sahibkarlıq ekosisteminin müqayisəli təhlilinə əsasən əldə edilmiş nəticələr və “Azərbaycanda Ali Təhsildə Sahibkarlıq Ehtiyacları” mövzusunda keçirilən sorğunun nəticələri iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra tərəfdaş Avropa universitetlərinin təşkil etdikləri təlimlər nəticəsində müəyyən olunmuş sahibkar universitetlərin biznes modelləri təqdim edilib.        İki gün davam edən konfrans zamanı Avropanın tərəfdaş universitetlərinin nümayəndələri tərəfindən “Sahibkarlığın ali təhsil strategiyasına inteqrasiyası”, “Postsovet dövründə Polşa və Estoniyada ali təhsildə sahibkarlıq”, “Sahibkarlıq kurrikulumunun inkişafı: Avropanın ən yaxşı təcrübələri”, "İnnovasiyaların komersiyalaşdırılması: sahibkarlıq fəaliyyətlərində universitetlərin üçüncü missiyası" mövzularında təqdimatlar edilib, panel müzakirələr keçirilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsinin ilk hesabat konf ..

2024-01-26
AzTU

AzTU-nun müəllim və tələbələri SOCAR-ın Karbamid zavoduna səfər ediblər

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının bir qrup əməkdaşı və tələbələr (bakalavr və magistr) SOCAR-ın Karbamid zavoduna tanışlıq səfəri ediblər. Əvvəlcə AzTU nümayəndə heyətinə zavod haqqında ətraflı məlumat verilib. Daha sonra müəllim və tələbələr zavodunun texnoloji prosesləri, alınan məhsulun keyfiyyəti, yenidənqurma işləri ilə tanış olublar. Qeyd olunub ki, Azərbaycanın karbamidə olan tələbatı SOCAR-ın Karbamid zavodu tərəfindən təmin edilir.  Karbamidə olan yüksək tələbat onun aşağı maya dəyəri, qənaətcil və təhlükəsiz daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlıq verməsi ilə əlaqədardır. Karbamid yanğın və ya partlayış təhlükəsi yaratmadığına görə saxlanılma və daşınma baxımından etibarlı və qənaətcil məhsul hesab edilir. Ən yüksək azot tərkibinə (46.3%) və suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidin başqa bir üstünlüyü onun həm ayrı, həm də digər gübrələrlə birgə istifadə oluna bilməsidir. Bundan başqa, karbamiddən mal-qara yemi və digər kimyəvi maddələrin istehsalında, eləcə də əczaçılıqda geniş istifadə olunur. Səfər çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının bir qrup əməkdaşı və tələbələr (bakalavr və magistr) SOCAR-ın Karbamid zavoduna tanı ..

2024-01-25
AzTU

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum tərəflər arasında müvafiq istiqamətlər üzrə münasibətlərin qurulması və inkişaf etdirilməsi, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi, təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi məqsədini daşıyır. İmzalanma mərasimində çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, texnika elmləri doktoru, professor Ülkər Səttarova müvafiq sənədin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində imzalandığını bildirib. Professor Ülkər Səttarova Memorandum çərçivəsində həyata keçiriləcək tədbirlərin elmin və təhsilin inteqrasiyasına, mövcud elmi potensialın qorunub saxlanılmasına və inkişaf etdirilməsinə, həmçinin ali təhsil müəssisələrində təhsilin məzmununu zənginləşdirməklə yüksəkixtisaslı kadrların hazırlanmasına böyük töhfə verəcəyini söyləyib. Agentliyin elmi-tədqiqat institutları və ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, elmin maliyyələşdirilməsində yeni mexanizmlərin formalaşdırılması ilə bağlı lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb. İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov bildirib ki, Memorandum AzTU-nun və elmi-tədqiqat institutlarının əməkdaşları arasında qarşılıqlı təcrübə və fikir mübadiləsinin aparılması, onların birgə fəaliyyətinin həyata keçirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də elmi tədqiqatların nəticələrinin praktikaya tətbiqi baxımından böyük əhəmiyyətə malikdir. AzTU-nun rektoru, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev Memorandum çərçivəsində həyata keçiriləcək tədbirləri elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi ilə yanaşı, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində atılan mühüm addım kimi yüksək qiymətləndirib. Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov Memorandumun elmi-tədqiqat institutlarının elmi potensialının qorunması və inkişaf etdirilməsi, onların ali təhsil müəssisələri ilə əlaqələrinin qurulması və vahid hədəfə yönəldilərək ölkədə elm və təhsilin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev bildirib ki, elmin potensialından səmərəli istifadə edilməsi, Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi, eləcə də elm və təhsilin birgə idarə olunması dövlət siyasətinin tərkib hissəsidir. AMEA-nın vitse-prezidenti dövlət başçısı İlham Əliyevin  Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı müvafiq Fərmandan irəli gələn vəzifələrin icrası istiqamətində ölkənin elmi qurumları və ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq münasibətlərinin təşkilinin zəruriliyini vurğulayıb. Elmin əsas missiyasının əldə olunmuş qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, eyni zamanda müasir dövrün tələblərinə cavab verən intellektual insan resurslarının yetişdirilməsindən ibarət olduğunu diqqətə çatdırıb. Akademik AzTU ilə imzalanan Anlaşma Memorandumunun əhəmiyyətini önə çəkərək bildirib ki, əsas məqsəd iki qurum arasında əməkdaşlığı yeni mexanizmlər əsasında qurmaq, inkişaf etdirmək, kadr və təcrübə mübadiləsi aparmaq, o cümlədən birgə layihələrdə iştirak etməklə elmin inkişafına və maliyyələşdirilməsinə dəstək verməkdir.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi ..

2024-01-24
AzTU

AzTU İdman klubunun yetirməsi boks üzrə Azərbaycan çempionu olub

Azərbaycan Texniki Universitetinin (AzTU) İdman klubunun yetirməsi Gülər Hüseynova boks üzrə Azərbaycan çempionu olub. Gənclər və İdman Nazirliyinin Boks Federasiyası ilə birgə keçirdiyi ölkə birinciliyində Gülər Hüseynova 44 kq çəki dərəcəsində mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. O, bütün görüşlərində rəqiblərinə tam üstünlüklə qalıb gələrək ölkə çempionu adına layiq görülüb. AzTU-nun rektoru Vilayət Vəliyev Gülər Hüseynova və onun məşqçisi AzTU İdman klubunun əməkdaşı İskəndər Rizayevlə görüşüb, qələbə münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) İdman klubunun yetirməsi Gülər Hüseynova boks üzrə Azərbaycan çempionu olub. Gənclər və İdman Nazirliyinin Boks Federasiyası ilə birgə keçi ..

2024-01-22
AzTU

AzTU-nun professor-müəllim heyəti Qazi Universitetində mübadilədə iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının müdiri Mətanət Mehrabova, Radiotexnika və telekommunikasiya kafedrasının müdiri Mehman Həsənov və Kompüter texnologiyaları kafedrasının baş müəllimi Şəhla Əliyeva “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Türkiyənin Qazi Universitetində akademik heyət üçün nəzərdə tutulmuş bir həftəlik mübadilədə iştirak edib. Mübadilə çərçivəsində AzTU əməkdaşları Qazi Universitetinin Fizika, Kompüter mühəndisliyi, Elektrik və elektronika və Memarlıq kafedralarında görüşlər keçirib, tədris prosesi ilə tanış olub, birgə tədqiqatların aparılması və layihələrin hazırlanması imkanlarını müzakirə ediblər. Həmçinin AzTU-nun kafedra müdirləri Mətanət Mehrabova və Mehman Həsənov seminarlar keçirib, baş müəllim Şəhla Əliyeva isə tələbələrə mühazirə deyib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının müdiri Mətanət Mehrabova, Radiotexnika və telekommunikasiya kafedrasının müdiri Mehman Həsənov v ..

2024-01-22
AzTU

AzTU-nun professoru vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Müdafiə Mahmudov 78 yaşında vəfat edib.Müdafiə Mahmudov 1989-cu ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb. O, 40-dan çox dərslik və metodiki vəsaitin, 10 monoqrafiyanın, 220-dən çox elmi və elmi-pedaqoji əsərin müəllifi idi.Prezident İlham Əliyevin Sərəncamına əsasən, Müdafiə Mahmudov 2020-ci ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.AzTU-nun rəhbərliyi və kollektivi Müdafiə Mahmudovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.Allah rəhmət eləsin! 

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Müdafiə Mahmudov 78 yaşında vəfat edib.Müdafiə Mahmudov 1989-cu ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb. O, 40-dan çox dərs ..

2024-01-20