Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Tələbələr Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinə ekskursiya ediblər

Tələbələr Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinə ekskursiya ediblər

29.12.2024     168     AzTU

AzTU-nun həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri proqram (ixtisas) rəhbəri dosent Natiq Paşanın müşaiəti ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinə ekskursiya ediblər.

Əvvəlcə mərkəzin akt zalında aidiyyəti idarələrin məsul əməkdaşları tələbələrə master klass keçib.

FHN-in fəaliyyəti haqqında video çarx təqdim edildikdən sonra nazirliyin strukturuna daxil olan qurumların fəaliyyət istiqamətləri və fövqəladə hallar zamanı həyata keçirilən tədbirlərlə bağlı tələbələrə məlumat verilib.

Mülki müdafiə işinin təşkili, yanğın təhlükəsizliyi və yanğınlara müdaxilə qaydaları, həmçinin fövqəladə hallar zamanın davranış qaydaları da tələbələrin diqqətinə çatdırılıb.

Tələbələr xüsusi təyinatlı nəqliyyat vasitələrinə baxış keçirib, avadanlıqlar və xüsusi ekipaj tərəfindən onların istifadəsi, döyüş açılışı və taktiki texniki xüsusiyyətləri barədə vacib məlumatlar əldə ediblər.

Ekskursiyanın sonunda FHN Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev tələbələrlə görüşüb, təcrübə və tövsiyələrini bölüşüb və onların suallarını cavablandırıb.


Digər xəbərlər