Azərbaycan Texniki Universitetinin 70 tələbəsi Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (ITE) tərəfindən təşkil edilən beynəlxalq imtahanlarda yüksək nəticələr göstərib. Ümumilikdə 110 tələbə imtahanlarda iştirak edib. Bu uğur təkcə tələbələrimizin deyil, həm də Azərbaycan təhsilinin beynəlxalq səviyyədə inkişafının göstəricisidir.
İmtahan istiqamətləri:
Cisco Certified Support Technician - Networking
Cisco Certified Support Technician - Cybersecurity
IT Specialist - Cybersecurity
IT Specialist - Network Security
Bu sertifikatlar tələbələrimizin qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır və onları gələcəyin IT mütəxəssislərinə çevirir.