AzTU Elmi şurasının 2024-cü ildə sonuncu genişləndirilmiş iclası keçirilib.
Əvvəlcə dekabrın 25-də “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rəqəmsal Transformasiya Şurasının əsasnaməsi təsdiq edilib. Rektorun yanında Beynəlxalq Məşvərət Şurasının yaradılması ilə bağlı qərar qəbul olunub.
Universitetin beynəlxalq reytinqlərdə və akademik nüfuzun artırılması ilə bağlı görüləcək işlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.