Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri "Cisco" sertifikat imtahanlarında yüksək nəticələr göstəriblər

AzTU tələbələri "Cisco" sertifikat imtahanlarında yüksək nəticələr göstəriblər

29.12.2024     257     AzTU

Azerbaycan Texniki Universiteti (AzTU) tərəfindən tələbələrin tanınmış sənaye sertifikatlarını alması sahəsində aparılan çoxşaxəli işlər və dəstək çərçivəsində informasiya təhlükəsizliyi ixtisasında təhsil alan 80 tələbə "Cisco" şirkətinin iki sertifikat imtahanında iştirak edib. 

32 tələbə “Cisco Certified Support Technician Cybersecurity”, 35 tələbə isə “Cisco Certified Support Technician Networking” sertifikatını qazanıb. 

Qeyd edək ki, tələbələrin cavabları və nəticələr müxtəlif aspektlərdən analiz edilərək Kibertəhlükəsizlik kafedrasında tədris edilən müvafiq fənlərin sillabuslarının  təkmilləşdirilməsində istifadə olunacaq.


Digər xəbərlər