Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU və “EPC Engineering & Technologies” şirkəti arasında görüş keçirilib

AzTU və “EPC Engineering & Technologies” şirkəti arasında görüş keçirilib

31.01.2025     264     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Enerji və Dayanıqlı İnkişaf İnstitutu ilə Almaniyanın “EPC Engineering & Technologies” şirkəti filament texnologiyası sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək üçün görüş keçirib. Görüşdə hər iki tərəf innovasiya, istehsal imkanları və potensial tərəfdaşlıq istiqamətləri barədə geniş fikir mübadiləsi aparıb.

Həmçinin texnoloji təqdimatlar və məlumat mübadiləsi məsələləri müzakirə olunub. Belə ki, “EPC” nümayəndələri “spinning” texnologiyası barədə geniş məlumat təqdim ediblər.

Daha sonra əməkdaşlığın növbəti addımları haqqında tədqiqat və təhsil imkanları müzakirə olunub. “Vət-spinning”in laboratoriya səviyyəsində tətbiqi tələbələr və tədqiqatçılar üçün geniş öyrənmə və araşdırma imkanları, “PAN”, “Lyocell” və “Carbacell” kimi müxtəlif filament növlərinin işlənib hazırlanması və kiçik miqyaslı istehsalın təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.


Digər xəbərlər