Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Kibertəhlükəsizlik kafedrasında “Pedaqoji ustalıq” həftəsi keçirilib

Kibertəhlükəsizlik kafedrasında “Pedaqoji ustalıq” həftəsi keçirilib

23.01.2025     209     AzTU

Müəllim heyətinin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədilə Kibertəhlükəsizlik kafedrasında bir həftə ərzində "Pedaqoji ustalıq" mövzusunda təlim keçirilib.

Məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi üçün kafedra müəllimlərinin öz həmkarları ilə pedaqoji ustalıq istiqamətində müxtəlif mövzularda müzakirələr aparması və təlimlərin verilməsi olub.

Təlim zamanı tədrisdə inovativ üsulların tətbiqi, rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası, yeni praktiki təlim metodologiyaları və pedaqoji texnologiyalar, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqi, pedaqoji münaqişələrin həlli yolları, təlimin psixoloji əsasları, müəllim modelləri, müəllimin emosional vəziyyətini idarəetmə ustalığı, gənc müəllimlərin pedaqoji peşəkarlığının yüksəldilməsi yolları kimi bir effektiv metodlar, real pedaqoji situasiyalar və qabaqcıl təcrübələr müzakirə edilib.


Digər xəbərlər