Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU tələbələri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən müsabiqədə təltif olunub

AzTU tələbələri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən müsabiqədə təltif olunub

14.06.2024     258     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin tələbələri Azərbaycan Universitetinin təşkil etdiyi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qarabağın dirçəlişi – ekolayihələr” mövzusunda “Ən yaxşı tələbə elmi işi” müsabiqəsində iştirak edib.

Tələbələr Rəhman Əhmədov və Nazim Orucovun “Azərbaycan Respublikasında aşağı temperaturlu termal sulardan istifadə etməklə elektrik və istilik enerjisinin istehsalı” mövzusunda təqdim etdiyi layihə “Ən interaktiv təqdimat ilə iştirakına” görə nominasiyasında diplomla  təltif olunub.

Qeyd edək ki, tələbələrin elmi rəhbəri AzTU-nun Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri dos. Ramiz Kəlbiyevdir.


Related news