Azərbaycan Texniki Universitetinin (AzTU) radiotexnika və telekommunikasiya ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ahməd İbişov beynəlxalq uğura imza atıb. Belə ki, Ahməd İbişov Çinin “Huawei” şirkətinin “Seeds for the Future” beynəlxalq təcrübə proqramında Azərbaycanı təmsil edən 10 ən yaxşı tələbədən biri seçilərək şirkətdə 1 həftəlik təcrübə imkanı qazanıb.
“Seeds for the Future” beynəlxalq təcrübə proqramı “Huawei”nin Qlobal Rəqəmsal Kadr Bazasının Formalaşdırılmasına dəstək verən təcrübə proqramıdır. İştirakçılar fərqli ölkələrdən olan tələbələrlə işləyərək, liderlik, əməkdaşlıq, mədəniyyətlərarası ünsiyyət və komandada işləmək bacarıqlarını təkmilləşdirirlər.
Məqsəd gəncləri gələcəyin “ağıllı” dünyasının qurulmasına hazırlamaq, rəqəmsal transformasiya proseslərində aktiv iştirak etməyə təşviq etməkdir.