Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU nümayəndələri Türkiyə universitetlərində səfərdə olub

AzTU nümayəndələri Türkiyə universitetlərində səfərdə olub

11.08.2025     47     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika fakültəsinin müəllimləri Nicat Hüseynov və Şamxal Əliyev Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən olan İstanbul Texniki Universiteti, Yıldız Texniki Universiteti və Arel Universitetində səfərdə olub.

Səfərin əsas məqsədi universitetlərarası əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və tələbə-müəllim mübadiləsinin genişləndirilməsi olub.

İstanbul Texniki Universitetinə səfər çərçivəsində iki ali təhsil müəssisəsi arasında elmi əməkdaşlıq və gələcək ortaq layihələr istiqamətində qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə olunub.

AzTU nümayəndələri İstanbul Texniki Universitetinin Elektrik və elektronika mühəndisliyi fakültəsinin maddi-texniki bazası və laboratoriyaları ilə yaxından tanış olub.

Yıldız Texniki Universitetinin prorektoru Vatan Karakaya ilə görüşdə tərəflər Azərbaycan və Türkiyə arasında təhsil sahəsində mövcud əməkdaşlıq ənənələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Daha sonra nümayəndə heyəti Elektrik və elektronika fakültəsinin professor-müəllim heyəti ilə görüşərək fakültə nəzdində fəaliyyət göstərən müasir laboratoriyalarla tanış olub. Burada iştirakçılara universitetdə həyata keçirilən layihələr və sənaye ilə əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verilib.

Arel Universitetində keçirilən görüşdə universitetin ümumi strukturu, tədris prosesinin təşkili, beynəlxalq əməkdaşlıq proqramları və tələbələr üçün yaradılan imkanlar barədə təqdimat keçirilib. AzTU nümayəndələri Arel Universitetinin müasir maddi-texniki bazası, həmçinin “Sənaye 4.0” laboratoriyası, bərpa olunan enerji, virtual reallıq laboratoriyaları və digər tədqiqat mərkəzləri ilə tanış olub.


Related news