Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin tələbələri Azərbaycan Universitetinin təşkil etdiyi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qarabağın dirçəlişi – ekolayihələr” mövzusunda “Ən yaxşı tələbə elmi işi” müsabiqəsində iştirak edib.
Tələbələr Rəhman Əhmədov və Nazim Orucovun “Azərbaycan Respublikasında aşağı temperaturlu termal sulardan istifadə etməklə elektrik və istilik enerjisinin istehsalı” mövzusunda təqdim etdiyi layihə “Ən interaktiv təqdimat ilə iştirakına” görə nominasiyasında diplomla təltif olunub.
Qeyd edək ki, tələbələrin elmi rəhbəri AzTU-nun Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri dos. Ramiz Kəlbiyevdir.