Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU rektoru Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin qocaman müəllimləri ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin qocaman müəllimləri iştirak edib. Akademik heyəti Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edən rektor onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, gənc müəllimlər pedaqoji və elmi fəaliyyətlərində qocaman müəllimlərin təcrübələrindən yararlanmalı, hər zaman onlardan məsləhət almalıdırlar. Görüşdə çıxış edən müəllimlər onlara göstərilən diqqətə görə təşəkkür ediblər.

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan görüş keçirilib. Görüşdə AzTU-nun rek ..

2023-10-05
AzTU

LMQS çərçivəsində AzTU-da yeni açılan magistr ixtisasına 20 tələbə qəbul olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsi üzrə yeni açılan səhiyyədə keyfiyyətin və risklərin idarə olunması ixtisası üzrə tələbə qəbulu artıq ikinci ildir uğurla davam etdilir. “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında bakalavr və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində açılan yeni ixtisasa 2023/2024 tədris ili üzrə 20 tələbə qəbulu olunub.     Layihə çərçivəsində AzTU əməkdaşları Yunanıstanın Qərbi Attika Universitetində təlim proqramında iştirak edib və yeni magistr ixtisası onların tədris proqramları əsasında hazırlanıb. Qeyd edək ki, sözügedən ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri səhiyyə müəssisələrində praktiki  təcrübə proqramlarında iştirak edəcəklər. 

Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsi üzrə yeni açılan səhiyyədə keyfiyyətin və risklərin idarə olunması ixtisası üzrə tələbə qəbulu artıq ikinci ildi ..

2023-10-05
AzTU

Türkiyənin sənaye və texnologiyalar naziri “Bilişim Vadisi Bakı”da yeni rezidentlərin açılışını edib

Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”nı ziyarət edib. Qonaqları AzTU-nun rektoru Vilayət Vəliyev və Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu qarşılayıb. Əvvəlcə “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov texnoparkda  görülən işlər, rezident şirkətlər haqqında məlumat verib. Daha sonra ötən ay AzTU-da keçirilən “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə qatılan komandalar öz təqdimatlarını nümayiş etdirib.  Qeyd olunub ki, rəqəmsal oyun düşərgəsində uğurlu olan 3 startapa investisiya ayrılıb. Tədbir çərçivəsində “Havelsan” və “Baykar” şirkətlərinin ən böyük tərəfdaşlarından olan “Ordulu Texnologiya” şirkətinin Tədqiqat və İnkişaf mərkəzlərinin, həmçinin Avropanın ən böyük müdafiə, aviasiya və aerokosmik klasteri olan “SAHA İstanbul”un Azərbaycan Mərkəzinin açılışı olub.

Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transfo ..

2023-10-03
AzTU

AzTU employee held a seminar at Baku DOST Center No. 4

Lamiya Miryagubova, head of the Department of Training and Research Services of the Library Information Center of the Azerbaijan Technical University (AzTU), held a seminar at the Baku DOST Center within the framework of the "Volunteer Groups" project. The seminar organized on the topic "Bibliotherapy - psychology of readers" provided detailed information about the history of bibliotherapy, its development, adequate book databases, and free platforms for readers and writers. At the end of the seminar, the questions of the participants were answered.

Lamiya Miryagubova, head of the Department of Training and Research Services of the Library Information Center of the Azerbaijan Technical University (AzTU), held a seminar at the Baku DOST Center wit ..

2023-10-03
AzTU

AzTU TGT-nin yeni logosu təqdim olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) yeni loqosu təqdim olunub. Minimalist üslubda hazırlanan loqonun təsvirində göy rəngdən istifadə olunub ki, bu da müasirliyi, gücü, həmçinin əzmi özündə əks etdirir. Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının çətiri altında birləşən, fəaliyyəti və keyfiyyəti ilə seçilən  ümumilikdə 9 TGT sözügedən yeni loqodan istifadə edəcək. TGT-lərin fəaliyyətinin vahid loqo altında təqdim olunmasında əsas məqsəd gələcək perspektivdə nəzərdə tutulan yeni fəaliyyət planını və PR strategiyasını həyata keçirmək, keyfiyyət meyarlarını təyin etməkdir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) yeni loqosu təqdim olunub. Minimalist üslubda hazırlanan loqonun təsvirində göy rəngdən istifadə olunub k ..

2023-09-29
AzTU

ENGAGE layihəsi çərçivəsində İspaniyanın Kataloniya Politexnik Universitetinin təcrübəsi öyrənilir

“Erasmus+ KA3” proqramı üzrə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində növbəti təlimlər İspaniyanın Kataloniya Politexnik Universitetinin ev sahibliyi və təşkilatçılığı ilə keçirilib. Səfər çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu layihənin sahə üzrə ən güclü tərəfdaşlarından olan Kataloniya Politexnik Universitetinin innovasiyaların idarəedilməsi və sahibkarlıq fəaliyyətləri üzrə təcrübəsi paylaşılıb. İnnovasiyaların idarəedilməsi, akademik sahibkarlığa institusional dəstək mexanizmi, sahibkarlığın universitet strategiyasına inteqrasiya edilməsi və digər mühüm mövzularını üzrə təşkil olunan səfərdə layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan universitetinin rektorları, prorektorları, inzibati və akademik heyətindən 25 nəfərlik nümayəndə iştirak edib. Səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) Elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah təmsil edib.

“Erasmus+ KA3” proqramı üzrə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində n ..

2023-09-29
AzTU

Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror tədbirlərində AzTU-nun iki məzunu şəhidlik zirvəsinə yüksəlib

19-20.09.2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin məzunu, leytenant Şəhriyar Əliyev, Metallurgiya və materialşünaslıq fakültəsinin məzunu, leytenant Davud Bayramov şəhidlik zirvəsinə yüksəlib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

19-20.09.2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika f ..

2023-09-29
AzTU

AzTU rəhbərliyi və kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, çəhidlərin əziz xatirəsi yad edilib.

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Parkın girişində xatirə d ..

2023-09-27
AzTU

AzTU rəhbərliyi və kollektivi II Fəxri xiyabanı ziyarət edib

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi II Fəxri xiyabanı ziyarət edib. Torpaqlarımızın ərazi bütövlüyü uğrundan canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi yad olunub, məzaları üzərinə gül dəstələri düzülüb.

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi II Fəxri xiyabanı ziyarət edib. Torpaqlarımızın ərazi bütövlüyü uğrundan canla ..

2023-09-27
AzTU

The dear memory of our martyrs was commemorated with a minute of silence

On September 27 at 12:00, the management and employees of Azerbaijan Technical University (AzTU) held a minute's silence in front of the university's Martyrs' Monument in memory of our martyrs who sacrificed their lives in the struggle for the territorial integrity of Azerbaijan.  It should be noted that according to the Decree December the 2nd in 2020 the President of Azerbaijan Ilham Aliyev dated, September 27 was declared the Day of Remembrance in Azerbaijan as a sign of deep respect for our soldiers and officers who fought heroically in the Patriotic War and sacrificed their lives in the struggle for the territorial integrity of our country, as well as all our martyrs.   May God have mercy on our martyrs! We bow before the souls of our martyrs!

On September 27 at 12:00, the management and employees of Azerbaijan Technical University (AzTU) held a minute's silence in front of the university's Martyrs' Monument in memory of our ..

2023-09-27