Azərbaycan Texniki Universitetində (AzTU) ənənəvi olaraq Alman Mədəniyyət Günü keçirilib.
Tədbirdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov və universitetdə alman dili müəllimi kimi fəaliyyət göstərən Klaudio Kasperl açılış nitqi ilə çıxış ediblər. AzTU-DAAD əməkdaşlığının perspektivi və burada alman dilinin təşviqi ilə bağlı görülən işlər haqqında ətraflı məlumat verilib.
Daha sonra AzTU-nun alman dili qruplarında təhsil alan tələbələri Almaniyanın milli adətləri, şəhərləri və texniki universitetləri barədə təqdimatla çıxış ediblər.
Həmçinin alman dilində mahnı və şeirlər səsləndirilib, rəqslər təqdim olunub.
Tədbir çərçivəsində AzTU-nun foyesində alman mətbəxinə məxsus təamlar nümayiş etdirilib.
Sonda iştirakçılar Almaniya istehsalı olan “Almaniyaya xoş gəlmisiniz” filmini izləyiblər.