Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da Alman Mədəniyyət Günü keçirilib

AzTU-da Alman Mədəniyyət Günü keçirilib. Rektor Vilayət Vəliyev AzTU ilə Almaniya universitetlərinin, o cümlədən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) uzunillik əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, AzTU-da Alman Mədəniyyət Gününün keçirilməsi müəllim və tələbələrə bu ölkənin müxtəlif sahələri ilə daha yaxından tanış olmaq imkanı yaradır. Alman mühəndislik fakültəsinin dekanı Ərəstun Məmmədov və AzTU-da alman dili müəllimi kimi fəaliyyət göstərən Klaudio Kasperl AzTU-DAAD əlaqələrinin inkişafı ilə bağlı təqdimatla çıxış ediblər. Daha sonra tədbir iştirakçıları AzTU-nun foyesində Almaniyanın müxtəlif sahələrini əks stendlərə baxıblar. Tədbir çərçivəsində iştirakçılar arasında viktorinalar, həmçinin  tələbələrin təqdim etdikləri stendlərlə bağlı müxtəlif nominasiyalar üzrə müsabiqələr keçirilib. Qaliblərə Almaniyanın Azərbaycandakı səfirliyi və DAAD tərəfindən hədiyyələr təqdim olunub. Sonda iştirakçılar Almaniya istehsalı olan “Qaç, Lola, qaç” filminə baxıblar.

AzTU-da Alman Mədəniyyət Günü keçirilib. Rektor Vilayət Vəliyev AzTU ilə Almaniya universitetlərinin, o cümlədən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) uzunillik əməkdaşlıq əla ..

2023-06-09
AzTU

AzTU məzunların işlə təmini ilə bağlı sorğuda ikinci yerə layiq görülüb

İyunun 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məktəb guşəsi” təhsil portalının "Hansı universitetin məzunu əmək bazarında daha tez iş tapa bilir?" mövzusunda keçirdiyi sorğunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.  Görüşün moderatoru professor Şahlar Əsgərov ictimaiyyətin iştirakı ilə ilk dəfə belə bir tədqiqatın aparılmasını hər bir ali təhsil müəssisəsi üçün önəmli hadisə kimi dəyərləndirib.  Sorğu haqqında məlumat verən "Məktəb guşəsi” portalının baş redaktoru Məzahir Məmmədli bildirib ki, sorğuda 3709 nəfər iştirak edib.  Nəticələrə əsasən, Azərbaycan Texniki Universiteti (AzTU) ikinci yerə layiq görülüb.  Tədbirdə çıxış edən ADPU rektoru Cəfər Cəfərov, millət vəkilləri, İctimai şuranın üzvləri və ali təhsil müəssisələrinin nümayəndələri son illər təhsil sahəsində aparılan islahatlar, məzunların məşğulluq vəziyyəti və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.  Sonda sorğunun qaliblərinə diplomlar təqdim olunub.  Qeyd edək ki, tədbirdə AzTU-nu İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova təmsil edib. 

İyunun 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məktəb guşəsi” təhsil portalının "Hansı universitetin məzunu əmək bazarında daha tez iş tapa bilir?" mövzusunda k ..

2023-06-08
AzTU

Böyük Britaniyanın Coventry Universitetinin nümayəndələri AzTU-da olub

Böyük Britaniyanın Coventry Universitetinin Tədqiqat məsələləri üzrə prorektoru Riçard Daşvud və universitetin nəzdində Etimad, Sülh və Sosial Münasibətlər İnstitutunun icraçı direktoru Maykl Hardi Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. AzTU-da görülən işlər haqqında məlumat verən rektor Vilayət Vəliyev universitetin fəaliyyətində universitet-sənaye işbirliyi, multidisiplinar tədqiqatlar və beynəlmiləlləşmənin əhəmiyyətini vurğulayıb. Coventry Universiteti haqqında məlumat verən prorektor Riçard Daşvud bildirib ki, sözügedən ali təhsil müəssisəsinin Şərqi Avropa və Asiyada da nümayəndəlikləri var. O, qeyd edib ki, Coventry Universitetində əsasən təbiət elmləri, humanitar,  səhiyyə və mühəndislik sahələrində tədris və tədqiqatlar aparılır. Görüş zamanı birgə tədris və tədqiqat imkanları da müzakirə olunub. 

Böyük Britaniyanın Coventry Universitetinin Tədqiqat məsələləri üzrə prorektoru Riçard Daşvud və universitetin nəzdində Etimad, Sülh və Sosial Münasibətlər İnstitutunun icraçı d ..

2023-06-07
AzTU

TÜBİTAK-ın rəhbəri AzTU-da olub

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri professor Hasan Mandal ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru  professor Vilayət Vəliyev və universitetin rəhbər heyəti ilə görüşüb. Rektor Vilayət Vəliyev son illər AzTU-da həyata keçirilən yeniliklər, o cümlədən Türkiyənin aparıcı universitetləri ilə əməkdaşlıq əlaqələri, ikili diplom proqramları barədə məlumat verib. Bildirib ki, hazırda AzTU-nun hədəflərindən biri də universitet-sənaye əməkdaşlığının inkişafına nail olmaqla sahibkar universitetinə çevrilməkdir. Rektor bunun universitetdə tədqiqatların inkişafına töhfə verəcəyini deyib, həmçinin AzTU-nun tədqiqat institutları, onların fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. TÜBİTAK-ın rəhbəri professor Hasan Mandal Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərdən danışıb. Bildirib ki, hazırda TÜBİTAK uzunmüddətli tədqiqat platformalarının yaradılması, birgə layihələrin həyata keçirilməsi, gənclərin tədqiqat işlərinə dəstək göstərilməsi, elmi informasiya bazalarına daxil olmaq üçün lazımi dəstək mexanizmlərinin tətbiqini inkişaf etdirmək niyyətindədir. Görüş zamanı yeni əməkdaşlıq istiqamətləri də müzakirə olunub. Daha sonra TÜBİTAK-ın rəhbəri professor Hasan Mandal AzTU-nun kampusu və universitet-sənaye işbirliyi çərçivəsində aparılan yenidənqurma işləri ilə tanış olub.

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri professor Hasan Mandal ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun ..

2023-06-06
AzTU

AzTU-nun akademik heyəti üçün APTİS imtahanı keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “British Council” təşkilatının əməkdaşlığı çərçivəsində universitetin akademik heyətinin ingilis dili biliyinin qiymətləndirilməsi məqsədilə ilə APTİS imtahanı keçirilib. İmtahanda 80-ə yaxın professor-müəllim heyəti iştirak edib.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “British Council” təşkilatının əməkdaşlığı çərçivəsində universitetin akademik heyətinin ingilis dili biliyinin qiymətləndirilməsi m ..

2023-06-05
AzTU

AzTU-da yaz semestrinin imtahan sessiyası keçirilir

Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası keçirilir. Sessiya iyulun 5-də yekunlaşacaq. Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 7-13 iyun tarixlərini əhatə edəcək. İmtahanlar əyani təhsil alanlar üçün şifahi və test (humanitar fənlər) üsulu ilə keçirilir. Qiyabi təhsil alan I, II, III kurslar üçün imtahanlar test, IV və V kurslar üçün isə şifahi üsulla təşkil edilib. Şifahi imtahanların keçirilməsi üçün AzTU-da 75 imtahan otağı, test imtahanları üçün isə 8 kompüter zalı ayrılıb. Bakalavriat səviyyəsində təhsil alan 8215, magistratura səviyyəsində isə 2468 tələbənin yaz semestrini imtahan sessiyasında iştirakı nəzərdə tutulub. Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə iyulun 11-dən 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq. Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apellyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir.  

Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası keçirilir. Sessiya iyulun 5-də ye ..

2023-06-05
AzTU

Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru AzTU-da olub

Qazaxıstanın Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru Murat Syzdykovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər haqqında məlumat verib. Bildirib ki, AzTU və Almatı Energetika və Telekommunikasiya Universiteti müvafiq sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, müəllim-tələbə mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması və digər istiqamətlərdə əməkdaşlıq edə bilər. AzTU-da olmaqdan məmnunluğunu ifadə edən Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru Murat Syzdykov rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, AzTU ilə müvafiq sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində təklifləri dəstəkləyir. Universitetlər arasında əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan və Qazaxıstan təhsil sahəsinin inkişafına da müsbət təsir edəcəyini qeyd edən Murat Syzdykov AzTU rektorunu rəhbərlik etdiyi universitetə dəvət edib. Görüşdə hər iki universitet tərəfindən telekommunikasiya, energetika, avtomatika, aerokosmik texnlogiyalar sahəsində birgə fəaliyyətlərin həyata keçirlməsi istiqamətində əməkdaşlığın faydalı olacağı vurğulanıb. Daha sonra qonaqlar AzTU-nun kampusu və maddi-texniki bazası ilə tanış olublar.

Qazaxıstanın Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru Murat Syzdykovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Qona ..

2023-06-03
AzTU

AzTU-nun rektoru İstanbul Texniki Universitetinin rektoru və nümayəndə heyəti ilə görüşüb

İstanbul Texniki Universitetinin (İTÜ) rektoru İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində  Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, universitetin rəhbər heyəti və struktur bölmələrinin rəhbərləri ilə görüşüb. Rektorlar AzTU və İTÜ arasında mövcud əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Həmçinin müvafiq sahələr üzrə yeni əməkdaşlıq imkanları müzakirə olunub.   Daha sonra İTÜ nümayəndə heyəti və AzTU-nun struktur rəhbərlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Rektor Vilayət Vəliyev qonaqlara AzTU-da həyata keçirilən və perspektivdə nəzərədə tutulan yeni layihələr barədə ətraflı məlumat verib.  Nümayəndə heyəti ilə müzakirələr zamanı mütərəqqi nəqliyyat texnologiyaları, elektromobillər, yaşıl enerji, dağ-mədən sənayesi, yeni materilalar, dəmiryolu, süni intellekt və  kibertəhlükəsizlik, müdafiə sənayesi sahəsində tətbiq olunan texnologiyalar, enerji texnologiyaları kimi sahələrdə birgə layihələrin yerinə yetirilməsi imkanları müzakirə olunub. Tərəflər eyni zamanda süni intellekt və kibertəhlükəsizlik, həmçinin enerji sahələrində birgə tədqiqat mərkəzlərinin yaradılması imkanlarını da müzakirə ediblər.

İstanbul Texniki Universitetinin (İTÜ) rektoru İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) rekto ..

2023-06-03
AzTU

“SKY Global Internship” Mübadilə Proqramı başa çatıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Texniki Universitetinin (AzTU) magistr, doktorant və gənc mütəxəssislərinin (Müdafiə Sənayesi İnstitutunun mütəxəssisi Nicat Bəkirli, Sosial İnkişaf Mərkəzinin baş mütəxəssisi, Radioelektron və aerokosmik sistemlər kafedrasının assistenti Malik Əliyev, 3311.01-cihazqayırma texnologiyası ixtisası üzrə (qiyabi) doktorant Bibixanım Cabbarlı və maşın mühəndisliyi ixtisası üzrə I kurs magistr tələbəsi Merac Abasquliyev) təmsil olunduğu “SKY Global Internship” Mübadilə Proqramı başa çatıb. 4 həftə müddətini əhatə edən proqram (2-26 may 2023-cü il) 5 tapşırıq blokundan ibarət olub və “Uçuş Elmləri Modulu: pilotsuz uçuş aparatının (PUA) layihələndirilməsi” mövzusunda təşkil edilib. İştirakçılar proqram çərçivəsində çəkisi 10-50 kq olan şaquli formada qalxan və enən PUA-ların tədqiqi, uçuş profilinin və çəkisinin qiymətləndirilməsi, uçuş profilinin və qanad parametrlərinin seçimi, quyruq mövqeyinin, ağırlıq mərkəzinin ilkin qiymətləndirilməsi, yastı plitələrin komponentlərinin yığılması, komponentlərin forma faktorlarının, düyünlərin, səthi sürtünmə əmsalının, səsaltı qaldırma əyrisinin mailliyinin, dözümlülüyünün, əsas komponentlərin və aerodinamik yüklərin hesablanması, sükan və həndəsi xarakteristikaların nizamlanması kimi layihələndirmə mərhələləri üzrə iş aparıblar. Qeyd olunan işlər Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) “MGP Academy” laboratoriyasında “MS Excel”, “XFLR5”, “MatLab”, “Siemens NX” və “Ansys” proqram paketlərindən istifadə edilməklə həyata keçirilib. Proqram çərçivəsində dinləyicilər üçün sosial fəaliyyətlər təşkil edilib.    İştirakçılar proqramın sonunda verilən tapşırıqlar üzrə yekun hesabat hazırlayıblar. Onlara proqramı bitirdikləri ilə bağlı sertifikat təqdim olunub. “SKY Global Internship” Mübadilə Proqramında AzTU ilə yanaşı Milli Aviasiya Akademiyasının da magistr, doktorant tələbələri və gənc müəllimləri təmsil olunub. Qeyd edək ki, AzTU-nun TUSAŞ-la sıx əməkdaşlığı 2022-ci ildən başlayıb və bu istiqamətdə işlərin koordinasiyası Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzi tərəfindən həyata keçirilir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Texniki Universitetinin (AzTU) magistr, doktorant və gənc mütəxəssislərinin (Müdafiə Sənayesi İnstitutunun mütəxəssisi Nicat Bəkirli, Sosial İnkişa ..

2023-06-03
AzTU

Bursa Texniki Universitetinin müəllimləri AzTU-da mühazirə oxuyub

Türkiyənin Bursa Texniki Universitetinin (BTU) Metallurgiya və materiallar mühəndisliyi kafedrasının dosenti Ayşe Kalemtaş və Polimer materiallar mühəndisliyi kafedrasının assistenti Duyqu Rüzgar Qazioğlu “Erasmus+” Mobillik Proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb, metallurgiya və materialşünaslıq sahəsində AzTU-da görülə biləcək işlər və birgə layihələrlə bağlı fikir mübadiləsi aparıb. Səfər çərçivəsində Ayşe Kalemtaş Metallurgiya və materialşünaslıq fakültəsinin tələbələrinə, həmçinin akademik heyətə mühazirə oxuyub. Duyqu Rüzgar Qazioğlu isə AzTU-nun müvafiq kafedrasının əməkdaşları üçün təlim keçirib.

Türkiyənin Bursa Texniki Universitetinin (BTU) Metallurgiya və materiallar mühəndisliyi kafedrasının dosenti Ayşe Kalemtaş və Polimer materiallar mühəndisliyi kafedrasının assistenti Duy ..

2023-06-02