Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-nun professoru Bartın Universitetində mühazirə deyib

AzTU-nun professoru Bartın Universitetində mühazirə deyib

21.05.2024     543     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının professoru Bəyalı Əhmədov “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bartın Universitetində akademik heyət üçün nəzərdə tutulmuş bir həftəlik mobillikdə iştirak edib.

Bəyalı Əhmədov Bartın Universitetinin Maşın mühəndisliyi kafedrasının əməkdaşlarına seminar keçib, həmçinin bu ali təhsil müəssisəsinin tələbələrinə mühazirə deyib.

Səfər çərçivəsində professor Bəyalı Əhmədov Bartın Universitetinin rektoru professor Orhan Uzunla görüşüb. Görüşdə hər iki universitetin gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.


Related news