Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu şəhid Nəriman Həmidovun xatirə gecəsi keçirilib.
Tədbirdə Nəriman Həmidovun ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, müharibə veteranları, AzTU-nun tələbə və müəllimləri iştirak edib.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva universitetdə şəhid məzunların xatirəsinin hər zaman yad olunduğunu bildirib. Daha sonra çıxış edən şəhidin bacısı Səkinə Həmidova, döyüş yoldaşları və yaxınları onun haqqında xatirələrini bölüşüb, keçdiyi şərəfli ömür yolundan və döyüşlərdəki qəhrəmanlıqlarından danışıblar.
Tədbirdə şəhid Nəriman Həmidov adına 208 nömrəli orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya təqdim olunub.
Qeyd edək ki, Nəriman Həmidov 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) metallurgiya ixtisasını bitirib. 1973-cü ildə könüllü olaraq birinci Qarabağ müharibəsində iştirak edib və ağır döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.
AzTU-da Metallurgiya və materialşünaslıq fakültəsinin auditoriyalarından birinə onun adı verilib.