Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU Qazaxıstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunur

AzTU Qazaxıstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunur

06.04.2026     64     AzTU

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. 

Sərgi iki ölkə arasında təhsil və elm sahələrində strateji tərəfdaşlığın gücləndirilməsi, tələbələr, eləcə də gənc mütəxəssislərin Azərbaycanda təhsil almaq imkanları barədə məlumatlandırılması məqsədi daşıyır.  

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Sərgidə Azərbaycan Texniki Universitetini (AzTU) rektor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Həmçinin sərgidə AzTU-nun stendi də nümayiş olunur.

Sərgi çərçivəsində abituriyent və tələbələr Azərbaycandakı ali təhsil proqramları, akademik imkanlar və elmi nailiyyətlər haqqında məlumat əldə edə bilərlər. Sərgidə həmçinin qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı ətraflı məlumatlar verilir. 

Sərginin açılışında çıxış edən Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bu təşəbbüsün ikitərəfli əməkdaşlığın məntiqi davamı olduğunu vurğulayıb. Qeyd edib ki, ötən il Azərbaycanda təşkil olunmuş "Study in Kazakhstan" sərgisində 2500-dən çox azərbaycanlı gənc iştirak edib. Həmin sərgi zamanı 80-ə yaxın mühüm razılaşma əldə olunub. Bugünkü tədbir də belə səmərəli əməkdaşlığın nəticəsidir.  

Elm və təhsil naziri Emin Əmrullayev öz növbəsində təhsildə inteqrasiyanın vacibliyini bildirib. Nazir vurğulayıb ki, Qazaxıstan və Azərbaycan ortaq tarixi və mədəni köklərə malik ölkələrdir. Təhsil sahəsində əməkdaşlıq bu mənəvi yaxınlığı daha da gücləndirir. Nazir qeyd edib ki, bu cür platformalar gənclərə gələcək peşəsini düzgün seçməyə və beynəlxalq rəqabətədavamlı olmağa kömək edir.  

Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Farabi Hub KazNU Mərkəzində davam edəcək.


Related news