Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU-nun Energetika və avtomatika fakültəsinin tələbələri üçün ustad dərsi keçirilib

Türkiyənin “Friterm” şirkətinin meneceri Hayati Can Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin üçüncü kurs tələbələri üçün “İstilik dəyişdiricilər” mövzusunda ustad dərsi keçib. Dərsdə hava istilik dəyişdiricilər, hava soyuducular, quru soyuducular, su-buxar hava qızdırıcıları və kondisionerlər barədə məlumat verilib. Eyni zamanda kondisioner, isitmə sistemləri və soyuducu qurğuları istehsal edən “Friterm” şirkətinin müasir texniki avadanlıqları haqqında məlumatlar da tələbələrin diqqətinə çatdırılıb.   Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Türkiyənin “Friterm” şirkətinin meneceri Hayati Can Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin üçüncü kurs tələbələri üçün “İstilik dəyi ..

2023-05-19
AzTU

AzTU tələbəsi Avropa Birliyinin veb səhifələrində boşluq aşkar edib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 2-ci kurs tələbəsi Sadiq Qasımov Avropa Birliyinin rəsmi veb səhifələrində boşluq aşkar edib. Aşkarladığı boşluğu CERT-EU (The Computer Emergency Response Team for the EU institutions, bodies and agencies) saytına bildirən tələbə təsdiq cavabını alıb və bir müddət sonra məlumatlar saytın "Hall of Fame" hissəsində 2 dəfə paylaşılıb. Bu məlumatla CERT-EU HoF: https://cert.europa.eu/hall-of-fame saytında tanış olmaq olar. Qeyd edək ki, Sadiq Qasımov bu yaxınlarda AzTU-da keçirilən kibertəhlükəsizlik üzrə CTF (Capture-The-Flag) yarışında birinci yerə layiq görülüb.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 2-ci kurs tələbəsi Sadiq Qasımov Avropa Birliyinin rəsmi veb səhifələrində boşlu ..

2023-05-18
AzTU

“Erasmus+” proqramı çərçivəsində Həsən Kalyoncu Universitetinin müəllimi AzTU-da olub

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Həsən Kalyoncu Universiteti arasında “Erasmus+ KA1” proqramı çərçivəsində əməkdaşlıq davam etdirilir. Əməkdaşlıq çərçivəsində Həsən Kalyoncu Universitetinin Pilotsuz uçuş aparatlarının texnologiyası və əməliyyatları kafedrasının müəllimi Metehan Atay AzTU-da səfərdə olub.           AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində tələbə və akademik heyətlə görüşən qonaq tədris infrastrukturu ilə yaxından tanış olub. Metehan Atay dərslərdə iştirak edərək tələbələrə mövzu üzrə mühazirə oxuyub. Qonaq həmçinin Radiotexnika və telekommunikasiya kafedrasının texniki bazası və laboratoriyaları ilə yaxından tanış olub və birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıb.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Həsən Kalyoncu Universiteti arasında “Erasmus+ KA1” proqramı çərçivəsində əməkdaşlıq davam etdirilir. Əməkdaşlıq çərçi ..

2023-05-18
AzTU

AzTU-nun dekanı Bursa Texniki Universitetində mühazirə oxuyub

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı Nizami Poladov “Erasmus+ KA1” proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetinə (BTU) səfər edib. Səfər çərçivəsində Nizami Poladov BTU-nun müvafiq fakültə və kafedralarında görüşlərdə iştirak edib, laboratoriyalarla tanış olub, həmçinin metallurgiya və materiallar mühəndisliyi ixtisasında təhsil alan tələbələrə mühazirə oxuyub. Nizami Poladov hazırda BTU-da “Erasmus+” çərçivəsində təhsil alan AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin bakalavr tələbəsi İlqar Qənbərov və təcrübə keçən magistr tələbəsi Turiyyə Kərimova ilə görüşüb, onların fəaliyyəti ilə maraqlanıb.   

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı Nizami Poladov “Erasmus+ KA1” proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universi ..

2023-05-18
AzTU

Türkiyə və Azərbaycan universitetləri birgə konfrans keçiriblər

Mayın 16-18-də Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Azərbaycan-Türkiyə əməkdaşlığı: İKT, energetika, logistika və ekoloji mühit” mövzusunda elmi-praktik konfrans keçirilib. Onlayn formatda keçirilən konfransda hər üç ali təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbə, magistrant və doktorantları iştirak ediblər. Konfransın açılışında çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız, AzTU-nun rektoru Vilayət Vəliyev və MDU-nun rektoru Şahin Bayramov iki qardaş ölkənin tərəfdaş universitetləri arasında əməkdaşlığın davamlı inkişafından məmnunluqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, hər il mayın 17-də qeyd olunan Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü bu il “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə ən az inkişaf etmiş ölkələrin imkanlarının artırılması” mövzusuna həsr olunub. Bu günün beynəlxalq səviyyədə qeyd olunması cəmiyyətlərin informasiya-kommunikasiya texnologiyalarından istifadənin verdiyi imkanlara, eləcə də rəqəmsal fərqliliyin aradan qaldırılmasına diqqəti çəkmək məqsədi daşıdığı bildirilib. Bu kontekstdə “Heydər Əliyev İli” çərçivəsində keçirilən üçtərəfli elmi tədbirin önəmini vurğulayan rektorlar, habelə regionda İKT, energetika, logistika və ekologiya sahəsində mövcud əməkdaşlıq imkanlarının və perspektivlərinin dəyərləndirilməsi baxımından konfransın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Sonra konfrans 3 bölmə iclası ilə işini davam etdirib.

Mayın 16-18-də Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” ç ..

2023-05-18
AzTU

“Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, nazirlik yanında İctimai şuranın üzvləri, özəl və dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.   Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə keçirilən müsabiqəni tələbələrin potensialının qiymətləndirilməsi istiqamətində təqdirəlayiq addım hesab edib. Bildirib ki, müasir çağırışlar sənaye və təhsilin inteqrasiyasını qaçılmaz faktora çevirib və bu prosesdə ali təhsil müəssisələrinin müstəsna rolu danılmazdır. Bu önəmli missiyanın icrasına AzTU-nun çox ciddi hazırlaşdığını qeyd edən rektor universitetdə müasir innovasiyalara uyğun islahatların həyata keçirildiyini, texnopark və inkubasiya mərkəzinin yaradılması istiqamətində mühüm işlər görüldüyünü bildirib. Çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov tədbir iştirakçılarının diqqətinə fondun fəaliyyət istiqamətləri haqqında məlumatları çatdıraraq bildirib ki, qurumun məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, təhsil və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir. Elnur Nəsibov “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin keçirilməsində əsas məqsədin Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsi olduğunu qeyd edib. Bildirilib ki, müsabiqə zamanı 28 dövlət və özəl ali təhsil müəssisəsindən 150 müraciət daxil olub. Tələbələr “İnklüziv təhsilin inkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi” və “Təhsildə idarəetmə” mövzuları üzrə ideya və təkliflərini təqdim ediblər. Çıxışının sonunda Elnur Nəsibov qalibləri və finalçıları təbrik edib, onlara uğurlar arzu edib. Tədbir “Təhsil TV”nin təqdimatında müsabiqənin gedişatına dair video-çarxın nümayişi ilə davam edib. Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Ümummilli Liderin ölkəmizdə elmə və təhsilə göstərdiyi qayğı və diqqətindən bəhs edib. Ulu Öndərin təşəbbüsü ilə 15 mindən çox gəncin SSRİ-nin 170-ə yaxın ali təhsil müəssisələrinə təhsil almağa göndərildiyini, bu siyasətin müstəqillik illərində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, Dövlət Proqramları ilə minlərlə gəncin dünyanın aparıcı universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb. 3 qalib tələbə ideyalarını tədbir iştirakçılarına təqdim etdikdən sonra 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri elan olunub, qaliblər mükafatlandırılıblar. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Lətafət Qardaşova çıxışlarında müasir təhsil idarəçiliyinə töhfə verəcək bu cür müsabiqələrinin önəmliliyini vurğulayaraq Təhsilin İnkişafı Fonduna minnətdarlıqlarını bildiriblər. Tədbirin yekununda müsabiqənin həlledici mərhələsində böyük rolu olan münsiflər heyətinin üzvləri Təhsilin İnkişafı Fondu tərəfindən mükafatlandırılıbar.   

Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar” müsabiq ..

2023-05-17
AzTU

AzTU tələbələri sərbəst güləş üzrə açıq birincilikdə birinci yerə layiq görülüb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilik keçirilib. Müxtəlif çəki dərəcələrində ümumilikdə 50 idmançının qatıldığı yarışda Azərbaycan Texniki Universitetinin (AzTU) üç tələbəsi birinci, beş tələbəsi ikinci, bir tələbəsi isə üçüncü yerə layiq görülüb. Qaliblərə diplom, medal və Milli Olimpiya Komitəsinin hədiyyələri təqdim olunub. Qeyd edək ki, AzTU komanda hesabında 2-ci yerdə qərarlaşıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilik ke ..

2023-05-17
AzTU

AzTU-da “Yüz Ölç, Bir Kliklə – Virtual Təhdidlərə Qarşı” mövzusunda təlim keçirilib

“Prosol” şirkətinin əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) “Yüz Ölç, Bir Kliklə – Virtual Təhdidlərə Qarşı” mövzusunda təlim keçirib. Təlimin məqsədi yaranan virtual təhlükələrlə mübarizə aparmaq və təhlükəsiz rəqəmsal mənzərəni inkişaf etdirmək üçün tələbələrə əsas bilik və bacarıqları aşılamaqdan ibarətdir. Təlimdə ümumi hücum vektorları, təhlükəsiz kodlaşdırma təcrübələri, insidentlərə qarşı cavab strategiyaları və fəal müdafiə tədbirləri də daxil olmaqla kibertəhlükəsizliklə bağlı geniş mövzular əhatə olunub. Sonda keçirilən sual-cavab sessiyasında fəal iştirak edən tələbələrə hədiyyələr təqdim olunub.    

“Prosol” şirkətinin əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) “Yüz Ölç, Bir Kliklə – Virtual Təhdidlərə Qarşı” mövzusunda təlim keçirib. Təlimin məqsə ..

2023-05-17
AzTU

Individual career consultation services have been conducted for AzTU students

An express career consultation service was provided for students of the Azerbaijan Technical University (AzTU) through the joint organization of AzTU’s Career and Employment Center and the Central Career Branch of the State Employment Agency. Nargiz Bayramova, a specialist from the Central Career Branch of the State Employment Agency, informed students benefiting from individual consultations about career planning, the labor market, preparing resumes (CVs) and cover letters, job interview preparation, important aspects of work life, and the alignment between supply and demand. During the day-long service, students' questions were answered.

An express career consultation service was provided for students of the Azerbaijan Technical University (AzTU) through the joint organization of AzTU’s Career and Employment Center and the Centr ..

2023-05-15
AzTU

"Heydər Əliyev və azərbaycançılıq ideologiyası" adlı məntiq olimpiadasının mükafatlandırma mərasimi keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və “Prestij-S” tədris mərkəzinin birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev və azərbaycançılıq ideologiyası” adlı məntiq olimpiadasının mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva olimpiada qaliblərini təbrik edib. Bildirib ki, belə olimpiadaların keçirilməsi tələbələrin məntiqi təfəkkürünün inkişaf etdirilməsi, onların potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyətə malikdir. Nərmin Rzayeva məntiq olimpiadalarının universitetdə mütəmadi təşkil ediləcəyini də diqqətə çatdırıb. Daha sonra “Prestij-S” tədris mərkəzinin direktoru Samid Səfərov çıxış edərək təbriklərini çatdırıb və olimpiadanın qaliblərinin adlarını açıqlayıb. Nəticələrə əsasən, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Əkrəm Məlikov 1-ci, Energetika və avtomatika fakültəsinin tələbəsi Tofiq Nəsibli 2-ci, Maşınqayırma və robototexnika fakültəsinin tələbəsi Vüsal Şaməmmədli isə 3-cü yerə layiq görülüb. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. Bundan başqa, olimpiadada uğurlu nəticə göstərən ilk 100 yerin sahibinə və könüllülərə sertifikat təqdim olunub.

Azərbaycan Texniki Universiteti (AzTU) və “Prestij-S” tədris mərkəzinin birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev və azər ..

2023-05-15