Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU tələbələri üçün “Kibertəhlükəsizlikdə yeni trendlər” mövzusunda seminar keçirilib

AzTU tələbələri üçün “Kibertəhlükəsizlikdə yeni trendlər” mövzusunda seminar keçirilib

21.05.2024     184     AzTU

“TEXIO Academy” Azərbaycan Texniki Universitetində (AzTU) informasiya təhlükəsizliyi ixtisasında təhsil alan tələbələr üçün  “Kibertəhlükəsizlikdə yeni trendlər” mövzusunda seminar keçirib. Gələcək kibermüdafiəçilərin təcrübələrinin artırılması məqsədilə təşkil olunan seminarda kibertəhlükəsizlik sahəsində ən son irəliləyişlər və problemlər araşdırılıb, bu sahədə ixtisaslaşan tələbələr üçün zəruri informasiyalar verilib.

Kibertəhlükəsizlik kafedrsının müdiri t.e.d, dosent Yadigar İmamverdiyev açılış nitqi ilə çıxış edərək müasir dövrdə kiber rəqiblərlə effektiv mübarizə aparmaq üçün ən son tendensiya və texnologiyalardan xəbərdar olmağın vacibliyini vurğulayıb.

Maarifləndirici seminarın spikeri, kibertəhlükəsizlik sahəsində geniş təcrübəyə malik olan “TEXIO Academy”nin təsisçisi və təlimçisi Elgün Bəxtiyaroğlu praktiki biliklərini və sahənin yeni trendlərini iştirakçılarla bölüşüb. Bildirib ki, son tendensiyaları mənimsəmək kibermüdafiəçilərə təhdidləri qabaqcadan görmək, müdafiəni gücləndirmək və rəqəmsal ekosistemləri artan risklərdən qorumaq üçün mühüm əhəmiyyət kəsb edir.

Seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.


Related news