Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

“CulTech” İnkubasiya Proqramı haqqında infosessiya keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və “SUP.VC” MMC-nin birgə təşkilatçılığı ilə tələbələr üçün “CulTech” İnkubasiya Proqramı haqqında infosessiya keçirilib. “CulTech” İnkubasiya Proqramı Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə “SUP.VC” MMC tərəfindən həyata keçirilir. İnfosessiya mədəniyyət sahəsində innovativ startapların inkişafını dəstəkləmək məqsədi daşıyan “CulTech” İnkubasiya Proqramı haqqında tələbələri məlumatlandırmaq və bu proqramdan yararlanmağa təşviq etmək üçün təşkil olunub. 12 həftəlik proqram çərçivəsində iştirakçılar texnologiya, dizayn, biznes və incəsənət sahələrində təlimlərdən yararlanmaq və mentorluq sessiyaları vasitəsilə layihələrini inkişaf etdirmək imkanı əldə edirlər. Tədbirdə “CulTech”in məqsədləri, fəaliyyət istiqamətləri və qeydiyyat qaydaları barədə ətraflı məlumat təqdim edilib. Sonda tələbələrin sualları cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və “SUP.VC” MMC-nin birgə təşkilatçılığı ilə tələbələr üçün “CulTech” İnkubasiya Proqram ..

2024-12-10
AzTU

AzTU 26 şəhər və rayonda şəhərdaxili mobillik planının icrasını uğurla davam etdirir

Azərbaycan Texniki Universiteti (AzTU) “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 26 şəhər və rayonda şəhərdaxili mobillik planının icrasını uğurla davam etdirir. Bu məqsədlə 6-7 dekabr tarixlərində Gəncə şəhər, Ağstafa və Qazax rayonlarında görülən işlərlə tanışlıq olub, müvafiq icra hakimiyyətlərində görüşlər keçirilib. AzTU-nun rektoru Vilayət Vəliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun iştirakı ilə keçirilən görüşlərdə mobillik planının əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, sözügedən layihə rayonların dayanıqlı inkişafına, yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına xüsusilə əhəmiyyətli olacaq. Belə ki, layihə hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, o cümlədən həssas əhali qrupundan olanların, qadınların, uşaqların, fiziki qüsurlu və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir. Bildirilib ki, dövlət-universitet-sənaye tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin–layihəsi adıçəkilən şəhər və rayon icra hakimiyyətləri ilə AzTU arasında yerinə yetiriləcək ilk layihədir. Görüşlərdə Gəncə şəhər, Qazax və Ağstafa rayon icra hakimiyyətlərinin nümayəndələri ilə yanaşı, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov və Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova iştirak edib. 

Azərbaycan Texniki Universiteti (AzTU) “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 26 şəhər və rayonda şəhərdaxili mobillik planının icrasını uğurla ..

2024-12-09
AzTU

"Ordulu Texnologiya" şirkətinin baş icraçı direktoru AzTU-da olub

"Ordulu Texnologiya" şirkətinin baş icraçı direktoru Nizaməddin Ordulu Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Görüşdə "Ordulu Texnologiya" şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələrlə bağlı məlumat verilib. Tələbələrin şirkətdə təcrübə keçməsi, həmçinin şirkətlə universitetin birgə layihələr yerinə yetirməsi ilə bağlı müzakirələr aparılıb.

"Ordulu Texnologiya" şirkətinin baş icraçı direktoru Nizaməddin Ordulu Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Görüşdə "Or ..

2024-12-09
AzTU

Rektor “Ovuc içi” layihəsi ilə qalib olan AzTU tələbələrini təbrik edib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Startaplar üçün Layihə Dəyərləndirmə Formu”nda “Ovuc içi” adlı layihə ilə birinci yerə layiq görülən tələbələrlə görüşüb. Görüş zamanı tələbələr qeyd edib ki, “Ovuc içi” layihəsi müasir texnologiyaları ovucun içinə sıxacaq ölçüyə gətirmək və beləliklə istifadəçilərin texnoloji bacarıqlarını daha sadə və anlaşıqlı yolla öyrənməsini hədəfləyir. CDİO (Öyrən, Layihələndir, Reallaşdır, İşlət) konsepti əsasında hazırlanan qurğudan mühəndisliyə marağı olan şagirdlər və tələbələr yararlana bilər.   Çoxfunksiyalı qurğu mobil telefonla idarə olunur. Qurğu müxtəlif kiçik həcmli əşyalar üzərində lazer vasitəsi ilə istənilən görüntünü vizuallaşdırmağa imkan verir. Tələbələri təbrik edən rektor, onlara növbəti müsabiqələrdə də uğurlar arzulayıb. Qeyd edək ki, layihənin mentoru AzTU-nun prorektoru Rəşad Əliyev, komandanın üzvləri isə Mirsahib Ağazadə, Ömər və Sübhan Ələskərovlardır.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Startaplar üçün Layihə Dəyərləndirmə Formu”nda “Ovuc içi” adlı layihə ilə birinci yerə layiq görülən təl ..

2024-12-09
AzTU

Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi üzrə tədris paketi hazırlanıb

4-cü sənaye inqilabı sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi məsələsini xüsusilə aktual edir. Qeyd etmək vacibdir ki, bu sistemlər çox zaman həm də kritik informasiya infrastrukturu obyektlərinin vacib elementlərindən biri olur. AzTU-nun Kibertəhlükəsizlik kafedrasında ikinci ildir ki, informasiya təhlükəsizliyi ixtisasında təhsil alan tələbələrə “Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi” fənni tədris olunur və bu müddətdə həmin fənn üzrə tədris materialları paketi hazırlanıb. Tədris paketinə fənnin proqramı, sillabusu, mühazirə mətnləri və təqdimatları, video dərslər, mövzular üzrə biliyi qiymətləndirmə testləri, laboratoriya işləri və digər didaktik materiallar daxildir. Laboratoriya işlərinin hazırlanmasında və test edilməsində 4-cü kurs tələbələri yaxından iştirak edib. Laboratoriya işləri sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi sahəsində həllərin öyrənilməsi məqsədilə Kibertəhlükəsizlik kafedrasının müəllimi Fərid Qasımlının rəhbərliyi ilə 641a1 və 641a2 qruplarının tələbələri tərəfindən həm praktiki və nəzəri, həm də video formatda hazırlanıb. Bura virtual sənaye idarəetmə sistemi (VSİS) mühitinin qurulması, VSİS şəbəkəsinin daranması və şəbəkə paketlərinin analizi, açıq mənbəli alətlər vasitəsilə sənaye idarəetmə sistemlərinin aktiv və passiv monitorinqi, müxtəlif kiberhücumların simulyasiyası mühitlərinin qurulması daxildir.

4-cü sənaye inqilabı sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi məsələsini xüsusilə aktual edir. Qeyd etmək vacibdir ki, bu sistemlər çox zaman həm də kritik informasiya in ..

2024-12-09
AzTU

AzTU tələbələrinin “Ovuc içi” layihəsi birinci yerə layiq görülüb

“Özbahçeci İnvest klub”un təşkilatçılığı ilə “Startaplar üçün Layihə Dəyərləndirmə Formu” keçirilib. Forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkilləri və gənc sahibkarlar çıxış ediblər. Forum çərçivəsində “Özbahçeci İnvest klub”la Azərbaycan Texniki Univertsiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Daha sonra gənc sahibkarların startap ideyalarının dəyərləndirilməsi üçün təqdimatlar olub. 11 startap müəllifi mütəxəssislərdən ibarət münsiflər heyəti və investorlar qarşısında ideyalarını təqdim ediblər. Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrindən ibarət “İntech” komandasının “Ovuc içi” layihəsi münsiflərin və investorların rəyinə əsasən birinci yerə layiq görülüb. Qeyd edək ki, “Ovuc içi” layihəsi müasir texnologiyaları ovucun içinə sıxacaq ölçüyə gətirmək və beləliklə istifadəçilərin texnoloji bacarıqlarını daha sadə və anlaşıqlı yolla öyrənməsini hədəfləyir. CDİO (Öyrən, Layihələndir, Reallaşdır, İşlət) konsepti əsasında hazırlanan qurğudan mühəndisliyə marağı olan şagirdlər və tələbələr yararlana bilər.   Çoxfunksiyalı qurğu mobil telefonla idarə olunur. Qurğu müxtəlif kiçik həcmli əşyalar üzərində lazer vasitəsi ilə istənilən görüntünü vizuallaşdırmağa imkan verir. Qeyd edək ki, layihənin mentoru AzTU-nun prorektoru Rəşad Əliyev, komandanın üzvləri isə Mirsahib Ağazadə, Ömər və Sübhan Ələskərovlardır.

“Özbahçeci İnvest klub”un təşkilatçılığı ilə “Startaplar üçün Layihə Dəyərləndirmə Formu” keçirilib. Forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İda ..

2024-12-06
AzTU

DIRNA layihəsi çərçivəsində “Açıq giriş və elm diplomatiyası” adlı tədbir keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramının “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişafı” (DIRNA) layihəsi çərçivəsində tədbir keçirilib.  Tədbirdə layihənin tərəfdaş universitetləri, o cümlədən Azərbaycanın digər ali təhsil müəssisələrinin rektor, prorektorları, kafedra və kitabxana rəhbərləri iştirak ediblər.  “Açıq giriş və elm diplomatiyası” mövzusunda keçirilən tədbirdə əvvəlcə DIRNA layihəsinin məqsədi, fəaliyyəti və başlandığı dövrdən bu günə qədər görülən işlər haqqında tərəfdaşlara ətraflı məlumat verilib.  Tədbir İzmir Yüksək Texnologiya İnstitutunun (İYTE) rektoru professor Yusuf Baranın "Açıq giriş və elm diplomatiyası" mövzusunda çıxışı ilə davam edib. Daha sonra İYTE kitabxana direktoru Gültekin Gürdal “Araşdırmanızın sərhədlərini aşın: açıq giriş ilə fərq yaradın” mövzusunda çıxış edib.  Tədbirdə AzTU-nu Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyala Hacıyeva və beynəlxalq əməkdaşlıq və mübadilə üzrə qrup rəhbəri Mənzər Məmmədli təmsil edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramının “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İ ..

2024-12-06
AzTU

AzTU TGT sədri ATGTİ-nin İdarə Heyətinə üzv seçilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları I‌ttifaqının (ATGTİ) VII Hesabat-Seçki Konfransında ATGTİ-nin yeni sədri və İdarə Heyəti seçilib. Səsvermənin nəticələrinə əsasən, Rəşad Zeynalov səs çoxluğu ilə İttifaqın yeni sədri seçilib. Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ruslan Qənbərov isə 79,36% səslə ATGTİ İdarə Heyətinə üzv seçilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları I‌ttifaqının (ATGTİ) VII Hesabat-Seçki Konfransında ATGTİ-nin yeni sədri və İdarə Heyəti seçilib. Səsvermənin nəticələrinə əsas ..

2024-12-06
AzTU

IQAinAR layihəsinin yekun konfransı keçirilib

“Erasmus+ KA2” proqramı üzrə “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsi çərçivəsində yekun konfrans keçirilib. Konfransda Azərbaycan Texniki Universiteti (AzTU) ilə yanaşı, layihənin Avropa tərəfdaşları Niderlandın Vittenborq Tətbiqi Elmlər Universiteti (WUAS), Avropa tərəfdaşları “415 International BV” təşkilatı və İspaniyanın Müqəddəs Entoni Katolik Universiteti (UCAM), həmçinin yerli tərəfdaşlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Naxçıvan Dövlət Universitetinin nümayəndələri iştirak edib.  Konfransda Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, “Milli Erasmus” ofisinin direktoru Pərviz Bağırov və layihənin kordinatoru Vittenvburq Universitetinin icaçı direktoru Maggie Feng çıxış ediblər.   Yekun konfransda layihə çərçivəsində görülən işlər və əldə olunan nəticələr barədə məlumat verilib. Tədbirdə AzTU-nu beynəlxalq layihələr üzrə qrup rəhbəri Mətanət Paşayeva, beynəlxalq layihələr üzrə qrupun baş mütəxəssisi Nabat Cabbarova və beynəlxalq layihələr üzrə qrupun aparıcı mütəxəssisi Nübar Fərhadzadə təmsil edib. Layihə çərçivəsində habelə konsorsium üzvlərinin hesabat görüşü də olub. Hesabat görüşündə layihənin başa çatması ilə əlaqədar tərəfdaşların maliyyə və yekun hesabatları barədə tələblər izah olunub və müzakirələr aparılıb. Aparılan görüşlər çərçivəsində Niderlandın Vittenborq Tətbiqi Elmlər Universiteti (WUAS) ilə Erasmus+ mobillik imkanları barədə görüləcək işlər haqqında məlumatlar paylaşılıb.

“Erasmus+ KA2” proqramı üzrə “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi ..

2024-12-06
AzTU

AzTU-nun İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin ilin iqtisadi yekunlarına həsr olunan brifinqi keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin 2024-cü ilin iqtisadi  yekunlarına həsr olunan brifinqi keçirilib. Mərkəzin rəhbəri professor Elşad Məmmədov il ərzində iqtisadi sahədə baş verən proseslərlə bağlı jurnalistləri məlumatlandırıb. Brifinqin sonunda jurnalistlərin sualları cavablandırılıb.  

Azərbaycan Texniki Universitetinin (AzTU) İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin 2024-cü ilin iqtisadi yekunlarına həsr olunan brifinqi keçirilib. Mərkəzin rəhbəri professor Elşa ..

2024-12-05