Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

İtaliyanın “Proges Engineering” şirkətinin rəhbəri AzTU-da olub

İtaliyanın “Proges Engineering” şirkətinin texniki direktoru Andrea İmbrenda və direktor müavini Asif Namazov Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər. Andrea İmbrenda rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib. Bildirib ki, şirkət Azərbaycanın nüfuzlu universitetlərindən olan AzTU ilə İtaliyanın texniki sahə üzrə ixtisaslaşan ali təhsil müəssisələri arasında əlaqələrin qurulması, doktorant mübadiləsi və birgə tədqiqatların həyata keçirilməsi istiqamətində öz dəstəyini göstərə bilər. Görüş zamanı gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən olunması ilə bağlı fikir mübadiləsi aparılıb.  

İtaliyanın “Proges Engineering” şirkətinin texniki direktoru Andrea İmbrenda və direktor müavini Asif Namazov Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaqlar AzTU-nun rekt ..

2023-12-13
AzTU

AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.  AzTU-nun Heydər Əliyev Mərkəzində davam edən anım tədbirində Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib. AzTU-nun rektoru Vilayət Vəliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Bildirib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi. Müasir Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə bütün sahələr kimi elmin, təhsilin, mədəniyyətin inkişafını hər zaman diqqət mərkəzində saxlayıb. Onun idarəçilik məktəbi bu gün də gənc nəslin formalaşmasında mühüm rol oynayır. Rektor bildirib ki, Ulu Öndərin siyasi kursunu onun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyev Ulu Öndərin bütün vəsiyyətini yerinə yetirib. Ali Baş Komandan həm siyasi arenada, həm də döyüş meydanında Azərbaycanın gücünü dünyaya sübut etdi. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin Azərbaycan tarixində oynadığı mühüm roldan söhbət açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev həyatını xalqın xoşbəxt gələcəyinə həsr edib. Onun azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü böyük işlər hər zaman qürurla xatırlanacaq. Daha sonra çıxış edən ADPU-nun kafedra müdiri professor Fərrux Rüstəmov da ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı yolunda tarixi xidmətlərindən danışıb, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd edib.

Azərbaycan Texniki Universiteti (AzTU) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr oluna ..

2023-12-11
AzTU

AzTU-nun ixtisaslarını Almaniyanın Beynəlxalq Akkreditasiya Agentliyi akkreditasiya edəcək

Almaniyanın Köln şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi (AQAS) arasında AzTU-nun 20 ixtisasının beynəlxalq akkreditasiyası üzrə müqavilə imzalanıb.   Müqaviləyə əsasən, 2024-2025-ci illərdə AQAS tərəfindən AzTU-nun bakalavriat (10 ixtisas) və magistratura (10 ixtisas) səviyyələrində beynəlxalq akkreditasiya prosesi aparılacaq. İmzalanma mərasimində AzTU-nun rektoru professor Vilayət Vəliyev universitet haqqında məlumat verib, beynəlxalq proqram akkredisiyasının keçirilməsinin əhəmiyyətini qeyd edib. O, bir ilə yaxın müddətdə Azərbaycanın Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə AQAS-la aparılmış müzakirələr barədə də fikirlərini bildirib. Rektor vurğulayıb ki, AzTU-nun ixtisaslarının beynəlxalq akkreditasiyası “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, habelə AzTU-nun 2030-cu ilədək olan dövrü əhatə edən İnkişaf Strategiyasında beynəlmiləlləşmə ilə bağlı vəzifələrin icrası çərçivəsində həyata keçirilir. İxtisasların beynəlxalq akkreditasiyası AzTU-nun beynəlxalq miqyasda daha da tanınması və əcnəbi tələbə qəbulunun artırılmasına imkan verəcək. AQAS-ın İdarə Heyətinin sədri professor Mentz AzTU ilə əlaqələrə əhəmiyyət verdiyini bildirib. O, gələcək əməkdaşlıq imkanları və akkreditasiya proseduru barədə məlumat verib. Daha sonra müqavilənin təfərrüatları, proqramlar üzrə akkreditasiyanın keçirilmə qrafiki və digər məsələlər müzakirə olunub. İmzalanma mərasimində TKTA-nın İdarə Heyətinin üzvü, Keyfiyyət Təminatı Departamentinin direktoru İlham Hümbətov da iştirak edib. İlham Hümbətov AzTU və AQAS arasında imzalanan müqavilənin milli ali təhsil sisteminin dünya səviyyəsində qiymətləndirilməsi və tanınması baxımından əhəmiyyəti barədə fikirlərini bildirib və hər iki tərəfi təbrik etməklə uğurlar arzulayıb. O, TKTA tərəfindən AzTU və AQAS-a lazımi dəstək veriləcəyini də bildirib.

Almaniyanın Köln şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi (AQAS) arasında AzTU-nun 20 ixtisasının ..

2023-12-11
AzTU

ENGAGE layihəsinin növbəti təlimi Polşada keçirilib

“Erasmus+” çərçivəsində həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi üzrə növbəti təlim Polşada keçirilib. Azərbaycanın 11 universitetinin nümayəndə heyətindən ibarət qrup təlimlərdə iştirak etmək üçün Polşanın Bydqoş şəhərində işgüzar səfərdə olub. Polşanın Bydgoszcz İqtisadiyyat Universitetinin (WSG) ev sahibliyi etdiyi təlimdə Azərbaycan Texniki Universitetini (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və beynəlxalq layihə qrupunun rəhbəri Mətanət Paşayeva təmsil edib. Təlim çərçivəsində WSG fəaliyyət modelləri və sahibkarlığın şaxələndirilməsi istiqamətində akademik heyət və tələbələr üçün yaradılan şərait və şərtlər barədə təcrübəsi öyrənilib. Səfər zamanı nümayəndə heyətinə sahibkarlıq universitetinin strategiyası, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi mövzularında ətraflı məlumat verilib. 

“Erasmus+” çərçivəsində həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi üzrə növbəti təli ..

2023-12-11
AzTU

AzTU ilə Özbəkistanın Cizzak Politexnik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

Özbəkistanın Cizzak Politexnik İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Camşid Abdunazarov Azərbaycana səfəri çərçivəsində AzTU-nun qonağı olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-nun beynəlmiləlləşməsi istiqamətində müxtəlif ölkələr, o cümlədən Özbəkistanın texniki ali təhsil müəssisələri ilə əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayıb. Camşid Abdunazarov təmsil etdiyi ali təhsil müəssisəsində görülən işlər haqqında geniş məlumat verib. Görüşün sonunda hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Özbəkistanın Cizzak Politexnik İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Camşid Abdunazarov Azərbaycana səfəri çərçivəsində AzTU-nun qonağı olub. Qonaq AzTU-nun rektoru Vi ..

2023-12-07
AzTU

Azərbaycan Texniki Universitetinin bir qrup tələbəsi Bakı Limanına səfər edib

Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat texnlogiyaları mühəndisliyi ixtisasında təhsil alan bir qrup tələbə Bakı Limanına səfər edib. Səfər zamanı tələbələrə Bakı Limanının geostrateji yerləşmə mövqeyi, tarixi, texniki imkanları və burada yaradılan iş imkanları barədə məlumat verib həmçinin, liman haqqında videoçarxlar göstərilib. Qeyd edək ki, tələbələr Bakı Limanının terminallarını da gəzərək yükaşırma əməliyyatlarını izləyib və onların sualları cavablandırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat texnlogiyaları mühəndisliyi ixtisasında təhsil alan bir qrup tələbə Bakı Limanına səfər edib. Səfər zamanı tələbəl ..

2023-12-07
AzTU

AzTU-da “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir

Azərbaycan Texniki Universiteti (AzTU), Özbəkistanın “Transproyekt” MMC şirkəti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə təşkilatçılığı ilə "Nəqliyyat planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi" mövzusunda konfrans işinə başlayıb. İştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev konfransın işinə uğurlar arzulayıb. Rektor konfransda əldə olunan nəticələrin nəqliyyat sektorunda yeni yanaşmaların tətbiqi baxımından faydalı olacağını qeyd edib. Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AYNA-nın nümayəndələri çıxış edərək konfransın əhəmiyyətindən danışıblar. AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması istiqamətində görülən işlərlə bağlı geniş təqdimatla çıxış edib. Qeyd edək ki, konfransda Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Gürcüstandan olan ali təhsil müəssisələri və şirkətlərin nümayəndələri iştirak edirlər. İki gün davam edəcək konfransda nəqliyyat modellərinin inkişafı, ictimai nəqliyyatın inkişafı və planlaşdırılması, nəqliyyat sistemlərinin real vaxt rejimində idarə olunması, işıqforun tənzimlənməsinin optimallaşdırılması kimi bir sıra mövzularda məruzələrlə yanaşı, “PTV Visum 2024”, “PTV Vissim” və “PTV Viswalk 2024” proqram təminatlarının yenilənən imkanlarına dair təqdimatlar dinləniləcək.

Azərbaycan Texniki Universiteti (AzTU), Özbəkistanın “Transproyekt” MMC şirkəti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə təşkilatçılığı ilə "Nəqliyyat planla ..

2023-12-06
AzTU

AzTU tələbəsi dünya çempionatında gümüş medal qazanıb

Türkiyənin Bursa şəhərində Naim Süleymanoğlu adına İdman Kompleksində təşkil olunan Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı başa çatıb. 23 ölkənin yığma komandalarının iştirak etdiyi çempionat idmançıların gərgin mübarizəsi ilə yadda qalıb. Çempionatda Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 2-ci kurs tələbəsi Toğrul Zeynallı 55 kq çəki dərəcəsində gümüş medala layiq görülüb. Qeyd edək ki, çempionatın ümumi nəticələrinə görə Azərbaycan komandası 3-cü yeri tutub.

Türkiyənin Bursa şəhərində Naim Süleymanoğlu adına İdman Kompleksində təşkil olunan Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı başa çatıb. 23 ölkənin yığma k ..

2023-12-06
AzTU

AzTU-nun Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib. İclasda AzTU-nun rektoru Vilayət Vəliyev "İT əsaslı mühəndis hazırlığı" mövzusunda geniş təqdimatla çıxış edib. O, əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması prosesində rəqəmsal transformasiyanın və texnologiyaların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rektor Türkiyə universitetləri və Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə əməkdaşlıq çərçivəsində AzTU-da mühəndis hazırlığı istiqamətində tətbiq edilən yeni yanaşmalar, texnologiyalar və rəqəmsal həllər barədə məlumat verib. Müzakirələr zamanı AzTU -nun Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının üzvləri tələbələrdə müasir bacarıqların formalaşdırılması, tədris prosesində rəqəmsal həllərin və texnologiyaların tətbiqi, onlardan effektiv istifadə edilməsi üçün atılacaq addımlar ətrafında təklif və rəylərini bildiriblər.

Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib. İclasda AzTU-nun rektoru Vilayət Vəliyev "İT əsaslı mühəndi ..

2023-12-06
AzTU

AzTU tələbələri “TUSAŞ Lift Up” müsabiqəsinin qalibi olub

2023/2024-cü tədris ilində Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq və Maşınqayırma və robototexnika fakültələrinin IV kurs bakalavr tələblərindən ibarət 3 komanda “TUSAŞ Lift Up” – Sənaye Yönümlü Buraxılış (Məzun) Layihələri Müsabiqəsinin qalibi olub. Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) tərəfindən təşkil olunan müsabiqədə məqsəd sonuncu kursda təhsil alan tələbələrin komanda şəklində buraxılış işi – məzun layihəsi həyata keçirməsidir. Bununla bakalavriat səviyyəsini bitirən tələbələr aviasiya problemlərinin həllinə istiqamətlənən mövzularda diplom rəhbərləri və sənaye üzrə məsləhətçilərlə birlikdə TUSAŞ məhsul qrupları (vertolyot, təyyarə, PUA, milli döyüş təyyarələri, kosmik sistemlər və aviasiya konstruksiyaları) istiqamətində aktual məsələlərin tədqiqində iştirak edirlər. Ölkəmizin ilk dəfə iştirak etdiyi bu müsabiqədə AzTU-nun 3 layihə komandası Türkiyənin 355 layihə komandası ilə eyni vaxtlı prosesdə iştriak edəcək. Layihə başa çatdıqdan sonra komandaların nəticələri yenidən qiymətləndirilərək ən yaxşı 5 fərdi mükafata layiq görüləcək. Komandalarla keçirilən başlanğıc (kick-off meeting) görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev qalib komanda üzvlərini bu böyük uğurları münasibətlə təbrik edib, layihəyə töhfəsi olan professor-müəllif heyətinə təşəkkürünü bildirib və bunun universitet-sənaye işbirliyinə ciddi töhfə olacağını vurğulayıb. O, TUSAŞ-ın baş direktoru Prof. Dr. Təməl Kotil başda olmaqla TUSAŞ ailəsinə, xüsusilə TUSAŞ-ın Universitet-Sənaye Əməkdaşlığı Departamantində fəaliyyət göstərən komandanın üzvlərinə öz təşəkkürünü bildirib.  Qeyd edək ki, professor Arif Məmmədovun rəhbərliyi ilə 5, dosent Heyran Abbasovanın rəhbərliyi ilə 3 və dosent Malik Qarayevin rəhbərliyi ilə 5 bakalavr tələbəsindən (4-cü kurs) ibarət komandalar iş aparacaqlar. Komandalar müvafiq olaraq "Alətlərin istehsalında istifadə olunan polad lövhələrin və profillərin qaz qaynaq qabiliyyətinə pas, soyuducu və səthin təmizlənməsi təsirinin öyrənilməsi" (Takım Üretiminde Kullanılan Çelik Plaka ve Profillerde Pas, Soğutucu Sıvı ve Yüzey Temizliğinin Gaz altı Kaynak Kabiliyetine Etkisinin incelenmesi), "Aluminium xəlitəsindən hazırlanan hissələrin emalı üçün qüvvə analizi əsasında kəsici alətlərin modelləşdirilməsi" (Alüminyum Alaşım İşlemesinde Kuvvet Analizlerine Bağlı Olarak Kesici Takım Modellenmesi) və "Nazik divarlı səthlərin mexaniki emal əməliyyatlarında yonqar çıxarma prosesinin analizi" (İnce Cidarlı Yüksek Duvarlarda Talaş Kaldırma Operasyonları) mövzularında diplom işlərini – məzun layihələrini yerinə yetirəcəklər. Hər bir layihənin büdcəsi 20.000 türk lirəsi olmaqla cəmi 60.000 türk lirəsi təşkil edir. Bu məbləğ komandaların material xərclərinin ödənilməsi üçün nəzərdə tutulur. Xatırladaq ki, AzTU-nun TUSAŞ ilə əməkdaşlığı 2022-ci ildən etibarən başlayıb və hazırkı istiqamət Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi tərəfindən koordinasiya edilir. 

2023/2024-cü tədris ilində Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq və Maşınqayırma və robototexnika fakültələrinin IV kurs bakalavr tələblərindən ..

2023-12-05