Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-nun baş müəllimi Polşada mühazirə deyib

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektrotexnika kafedrasının baş müəllimi Mehti Camalov “Erasmus+ KA171” çərçivəsində Polşanın Rzeszow Texniki Universitetində mübadilədə iştirak edib. Mehti Camalov Rzeszow Texniki Universitetində Elektrik və kompüter mühəndisliyi fakültəsi və müvafiq kafedraların akademik heyəti ilə görüşüb. O həmçinin laboratoriyalar və burada aparılan tədqiqat işləri ilə tanış olub, elektrik mühəndisliyi ixtisasında təhsil alan tələbələrə mühazirə deyib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektrotexnika kafedrasının baş müəllimi Mehti Camalov “Erasmus+ KA171” çərçivəsində Polşanın Rzeszow Texniki Universitetində mübadilədə ..

2024-03-29
AzTU

AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İzmir, Ankara və Bilecik şəhərlərinin universitet və bir sıra istehslat sahələrində səfərdə olub. Səfərdə həmçinin AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktroru Cəmil Səfərov da iştirak edib. AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində SOCAR-ın Türkiyənin İzmir şəhərindəki istehsalat sahəsində bərpa olunan enerjinin istifadə imkanlarının araşdırılması istiqamətində həyata keçiriləcək layihəsi üzrə Boğaziçi Universiteti və AzTU-nun tərəfdaşı olduğu tədbirdə iştirak edib.  Daha sonra Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun (İYTE) rektoru professor Yusuf Baran və nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AzTU, İzmir Yüksək Texnologiya İnstitutu və “Azəralüminium” MMC tərəfindən Gəncənin boksit və alunit tullantılarının təkrar emalı və onlardan sənaye təyinatlı müxtəlif məmulatların istehsalı ilə bağlı araşdırmaların nəticələri, bu istiqamətdə görülən işlər müzakirə olunub. Həmçinin indiyədək AzTU, “Azəralüminium” MMC tədqiatçıları və İYTE-nin professoru Mustafa Güdənin birgə rəhbərlik etdikləri tədiqat və praktiki işlər barədə də fikir mübadiləsi aparılıb. Hər iki universitetin rektorları birgə elmi-tədqiqat layəhələri, magistrant və doktorantlara birgə elmi rəhbərlik, maddi-texniki bazalardan və kadr potensiallarından qarşlıqlı istifadə ilə bağlı razılıqlarını bildiriblər. Nümayəndə heyətinin institutun laboratoriyaları, ən müasir cihazlarla təchiz edilmiş Tümləşik Araşdırma Mərkəzi ilə tanışlığı zamanı bu imkanlarından AzTU tədqiqatçılarının istifadəsi barədə razılıq əldə olunub. AzTU ilə sıx əməkdaşlıq edən İYTE-nin professoru Mustafa Güdənin rəhbərliyi ilə qurulmuş müasir laboratoriyalar və burada aparılan tədqiqat işləri ilə də tanışlıq olub. Səfər çərçivəsində qonaqlar İzmirin Torbalı sənaye zonasında müxtəlif qida tullantılarının təkrar emalından məhsul istehsal edən “Ilgınlar” şirkətinin istehsalat fabriki ilə tanış olub, bu istiqamətdə Azərbaycanda fəaliyyətlərin qurulması imkanları müzkirə edilib. Nümayəndə heyətinin Bilecik şəhərində yerləşən “Chemical Kimya Sənaye və Ticarət A.Ş.” şirkətinə səfəri zamanı Gəncə şəhərində mövcud olan boksit və alunit tullantılarının təkrar emalı və onlardan sənaye təyinatlı müxtəlif məmulatların, o cümlədən keramika sahəsində istifadə edilən boya istehsalı istiqamətində araşdırmaların nəticələri ilə tanışlıq olub. Həmçinin tədqiqatların nəticələri, gələcəkdə görüləcək işlər və Azərbaycanda bu məhsulların alınma texnologiyalarının qurulması üçün imkanlar müzakirə edilib. Nümayəndə heyəti eyni zamanda Ankara şəhərində “TMC Powder Metal” metallurgiya şirkətinə də səfər edib, müxtəlif tərkibli metal və ərintilərin ovuntularının (tozlarının) istehsal texnologiyası ilə tanış olublar. Azərbaycanda tədqiqat və istehsalat sahələrinin belə elmtutumlu texnologiyalarla təmin olunması üçün müəssisənin imkanlarından istifadə olunması vurğulanıb. Səfər çərçivəsində Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) baş direktoru professor Temel Kotillə də görüş keçirilib. Görüşdə TUSAŞ-ın Mühəndis Gəlişdirmə Proqramı (MGP) əsasında AzTU, Milli Aviasiya Akademiyası (MAA) ilə birgə həyata keçirdiyi proqram, onun yekunları və proqramın davamı üçün görüləcək işlər müzakirə edilib. 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İzmir, Ankara və Bilecik şəhərlərinin universitet və bir sıra istehs ..

2024-03-28
AzTU

Azərbaycan Texniki Universitetində Novruz festivalı keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Novruz festivalı keçirilib.  Festival çərçivəsində “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə valideyn himayəsindən məhrum olmuş uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub.  Festival iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev baharın gəlişi münasibətilə təbriklərini çatdırıb. AzTU THİK-in sədri Mirməhəmməd Ələkbərli və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı festivalla bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.  Bir tərəfdə Kosa ilə Keçəlin şən zarafatları, digər tərəfdə isə tələbələrin hazırladığı Novruz xonçaları festivala daha da gözəllik qatıb.  Minlərlə gəncin iştirak etdiyi festival konsert proqramı ilə davam edib.

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə N ..

2024-03-19
AzTU

AzTU əməkdaşları DIRNA layihəsi çərçivəsində İtaliyada səfərdə olublar

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda  institutsional repozitoriyalar (rəqəmsal arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” (DIRNA) layihəsi çərçivəsində İtaliyanın L’Aquila Universitetinə səfər həyata keçirilib. Səfər çərçivəsində L’Aquila Universitetinin Akademik Kitabxanasının rəhbərliyinin keçirdiyi təlimlərdə AzTU-nu Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva, kitabxana sitemləri və rəqəmsallaşdırma prosesləri üzrə baş məsləhətçi İltifat İbrahimov təmsil ediblər. Təlimlərdə İtaliya universitetlərində “Açıq elm” və “Açıq əlyetərlilik” təşəbbüslərinin həyata keçirilməsi, L’Aquila Universiteti kitabxanasının bu sahədə fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Həmçinin universitet kitabxanasının rəqəmsal repozitoriyası, onun texniki infrastrukturu və idarəetmə paneli, metaverilənlərin beynəlxalq standartlar və protokollar çərçivəsində idarə olunması ilə bağlı sessiyalar da təşkil edilib. Bundan başqa, layihə üçün repozitoriya sisteminin seçimi və infrastrukturunun qurulması, sistemin tətbiqi zamanı beynəlxalq protokol və standartlardan istifadə və metadatanın formalaşdırılması istiqamətlərində müzakirələr aparılıb. Proqram çərçivəsində iştirakçılar həm də universitetin humanitar elmlər və mühəndislik elmləri korpuslarının kitabxanalarını ziyarət ediblər. Sonda iştirakçılara sertifikat təqdim olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda institutsional repozitoriyalar (rəqəmsal arxivlər) şəbək ..

2024-03-19
AzTU

AzTU-nun yeni yeməkxanası istifadə verilib

Azərbaycan Texniki Universitetinin (AzTU) yeni yeməkxanası müəllim və tələbələrin istifadəsinə verilib. Müasir avadanlıqlarla təchiz olunmuş yeməkxana 300 yerlikdir. Burada əsasən milli mətbəxə xas olan yeməklər və şirniyyatlar təqdim olunur.  

Azərbaycan Texniki Universitetinin (AzTU) yeni yeməkxanası müəllim və tələbələrin istifadəsinə verilib. Müasir avadanlıqlarla təchiz olunmuş yeməkxana 300 yerlikdir. Burada əsasən ..

2024-03-18
AzTU

AzTU əməkdaşı Tbilisidə davamlılıq mövzusunda dəyirmi masada iştirak edib

Tbilisidə Qazaxıstan-Alman Universitetinin (DKU) “Mərkəzi Asiya və Qafqaz universitetlərində davamlı həyat tərzi” layihəsi çərçivəsində “Universitetlər üçün davamlı həyat tərzi” mövzusunda dəyirma masa təşkil edilib. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) Davamlı İnkişaf İnstitutunun direktoru Natavan Namazova təmsil edib. Görüşdə iştirakçılar davamlı həyat tərzi ilə bağlı ən yaxşı beynəlxalq və regional təcrübələrini bölüşüblər. Müzakirələr həmçinin regionda davamlı həyat tərzinin inkişafını təşviq etmək məqsədi daşıyan potensial əməkdaşlıq fəaliyyətləri ətrafında da aparılıb. Məqsəd icma daxilində davamlı həyat təcrübələrinin inkişafına müsbət töhfə vermək idi. Burada aparılan təcrübə mübadiləsi Qafqaz universitetləri daxilində davamlılığın tətbiqi üçün innovativ strategiyaların tədqiqi üçün əsas platforma rolunu oynayıb.

Tbilisidə Qazaxıstan-Alman Universitetinin (DKU) “Mərkəzi Asiya və Qafqaz universitetlərində davamlı həyat tərzi” layihəsi çərçivəsində “Universitetlər üçün davamlı həyat t ..

2024-03-16
AzTU

AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “IDTECH Academy” MMC və “AVICOM” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev, “IDTECH Academy ” MMC-nin direktoru Samir Nuriyev və “AVICOM” MMC-nin direktoru Rəşad Nəsirov imzalayıblar. Memoranduma əsasən, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrinin şirkətdə təcrübə keçməsi, onların məşğulluğuna dəstək göstərilməsi nəzərdə tutulub. Tərəflər həmçinin innovativ layihələrin hazırlanması istiqamətində də əməkdaşlıq edəcəklər.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “IDTECH Academy” MMC və “AVICOM” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev, “IDT ..

2024-03-15
AzTU

AzTU və “İKTex” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “İKTex” MMC şirkətinə səfər edib. Nümayəndə heyəti MMC-nin direktoru Qabil Qasımovla görüşüb, həmçinin şirkətin fəaliyyəti ilə tanış olublar. Görüşdə universitet-sənaye əməkdaşlığının önəmi qeyd olunub, qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Görüşdən sonra AzTU və “İKTex” MMC arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, IT sahəsində birgə tədqiqatların aparılması, tələbələrin məşgulluğunun təmin edilməsi məqsədilə innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “İKTex” MMC şirkətinə səfər edib. Nümayəndə heyəti MMC-nin direktoru Qabil ..

2024-03-14
AzTU

AzTU-nun İnformatika Olimpiada Mərkəzinin fəaliyyəti ilə bağlı toplantı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) proqramlaşdırma üzrə olimpiadalara hazırlıq məqsədilə yaradılan İnformatika Olimpiada Mərkəzinin fəaliyyəti ilə bağlı toplantı keçirilib. Toplantıda “Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” (ICPC) olimpiadasına hazırlığı istiqamətində AzTU-da aparılan işlər müzakirə olunub.   Olimpiadanın əhəmiyyətindən danışan rektor Vilayət Vəliyev universitetdə bu məqsədlə görülən işlər haqqında məlumat verib. Bildirib ki, bu istiqamətdə yeni strukturlar yaradılıb, istedadlı tələbələrin aşkarlanması və inkişaf etdirilməsi üçün məqsədyönlü işlər həyata keçirilib.   “Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” olimpiadasının Azərbaycan üzrə regional direktoru və koordinatoru Etibar Seyidzadə ICPC regional və final mərhələləri haqqında məlumat verib, beynəlxalq təcrübədə bu istiqamətdə atılan vacib addımları qeyd edib.    Toplantıda iştirak edən AzTU müəllimləri tələbələrin respublikadaxili, regional və beynəlxalq olimpiadalara hazırlanması üçün AzTU-da görüləcək işlər, universitetdə proqramlaşdırma və infromatika üzrə keçiriləcək yarışların formatı və digər məsələlər barədə fikirlərini bölüşüblər.   Sonda toplantı iştirakçıları İnformatika Olimpiada Mərkəzinə baxış keçiriblər.

Azərbaycan Texniki Universitetində (AzTU) proqramlaşdırma üzrə olimpiadalara hazırlıq məqsədilə yaradılan İnformatika Olimpiada Mərkəzinin fəaliyyəti ilə bağlı toplantı keçirilib ..

2024-03-14
AzTU

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) universitet-sənaye əməkdaşlığının inkişafı məqsədilə yaradılan Texnologiya Transfer Ofisinin (TTO) təqdimatı keçirilib. Təqdimatda Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov, “Cihaz” İB-nin direktoru Fəlah Quliyev, AzTU-nun professor-müəllim heyəti, həmçinin dövlət və özəl şirkətlərin nümayəndələri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları AzTU-da qurulan KOB Model Müəssisəsi, Mühəndis Gəliştirmə Proqramının (MGP) Emalatxanası, Texnologiya Transfer Ofisi və “Bilişim Vadisi Bakı”da görülən işlərlə tanış olublar. Tədbirdə qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev TTO-nun əhəmiyyətindən, yaradılma zərurətindən və məqsədindən danışıb. AzTU-nun strateji məsələlər üzrə müşaviri Şəbnəm Məmmədova TTO-nun missiyası, fəaliyyət formatı və prinsipləri barədə məlumat verib. Daha sonra tədbir universitet-sənaye nümayəndələrinin müzakirələri, şirkətlərin bu prosesdən gözləntiləri və digər məsələlərlə bağlı çıxışlarla davam edib.  Məlumat üçün bildirək ki, TTO universitetlə sənaye arasında bilik, texnologiya və təcrübə mübadiləsini asanlaşdırmaq üçün platforma rolunu oynamağı planlaşdırır.

Azərbaycan Texniki Universitetində (AzTU) universitet-sənaye əməkdaşlığının inkişafı məqsədilə yaradılan Texnologiya Transfer Ofisinin (TTO) təqdimatı keçirilib. Təqdimatda Müdaf ..

2024-03-13