Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da DAAD-nin “yay məktəbi” fəaliyyətə başlayıb

AzTU-da DAAD-nin “yay məktəbi” fəaliyyətə başlayıb

03.09.2024     341     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı və DAAD-nin (Alman Akademik Mübadilə Xidməti) “Şərqə Get” proqramı çərçivəsində “Multikultural Şəraitlərdə Mühəndislik Bacarıqlarının İnkişafı” adlı “yay məktəbi” öz işinə başlayıb. “Yay məktəbi” AzTU-nun ev sahibliyi ilə 14 sentyabra kimi davam edəcək.

İki həftəlik xüsusi proqram mühəndislik sahəsində biliklərini genişləndirmək və real iş şəraitində praktiki bacarıqlar əldə etmək üçün Azərbaycan və Almaniyadan 18 tələbəni bir araya gətirib. “Yay məktəbi”nə Almaniyanın müxtəlif universitetlərindən 8, AzTU-dan isə 10 tələbə qatılıb.

Tələbələr iki həftə ərzində müxtəlif seminarlarda iştirak edəcək, AzTU-nun müasir texnologiyalarla təchiz olunmuş MGP Emalatxana - 3D Printer Mərkəzində 3D (Layihələndir, Düzəlt və İşlət) iş prinsi əsasında müxtəlif layihələr üzərində komanda şəklində işləyəcəklər.

“Yay məktəbi”nin fəaliyyəti çərçivəsində tələbələr üçün peşəkar təlimçilərin iştirakı ilə müxtəlif mövzularda təlimlər, Azərbaycanı daha yaxından tanımaq üçün səfərlər və mədəni turlar təşkil ediləcək. 

Bu proqram tələbələrə mültikultural mühitlərdə ilk iş təcrübələrini formalaşdırmaqla yanaşı, yeni perspektivlər qazanmaq və beynəlxalq dostluqlar qurmaq üçün fürsət təqdim edir.


Digər xəbərlər