Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-ya 2024-2025-ci tədris ili üzrə müsabiqədənkənar tələbələr qəbul olunub

AzTU-ya 2024-2025-ci tədris ili üzrə müsabiqədənkənar tələbələr qəbul olunub

30.08.2024     490     AzTU

Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan qəbul zamanı 2024-2025-ci tədris ili üzrə 2585 nəfər Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat səviyyəsində texniki və texnoloji, eyni zamanda iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu üzrə təhsil almaq hüququ qazanıb. Onlardan 2072 nəfəri müsabiqə yolu ilə, 513 nəfər müsabiqədənkənar qəbul nəticəsində tələbə adı qazanıblar.

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu aparıldığına görə, Riyaziyyat fənni üzrə Respublika fənn olimpiadasının qalibi Atayev Fuad Ramil oğlu qəbul imtahanlarında iştirak etmədən AzTU-da təhsil almağa başlayıb. Əlavə olaraq 512 nəfər subbakalavr müxtəlif ixtisaslar üzrə alternativ qəbul formasının üstünlüklərindən yararlanıb. Bu tələbələrin ixtisaslar üzrə proporsiyası aşağıdakı kimidir:

-116178 Kompüter elmləri (tədris ingilis dilində) – 1 nəfər;

-116218 Cihaz mühəndisliyi – 9 nəfər;

-116242 Elektrik və elektronika mühəndisliyi – 37 nəfər;

-116259 Energetika mühəndisliyi – 80 nəfər;

-116267 Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi – 3 nəfər;

-116275 İnformasiya təhlükəsizliyi – 8 nəfər;

-116348 Kimya mühəndisliyi – 6 nəfər;

-116389 Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi – 9 nəfər;

-116397 Maşın mühəndisliyi – 28 nəfər;

-116412 Materiallar mühəndisliyi – 27 nəfər;

-116429 Mədən mühəndisliyi – 20 nəfər;

-116437 Metallurgiya mühəndisliyi – 11 nəfər;

-116445 Mexanika mühəndisliyi – 10 nəfər;

-116478 Nəqliyyat mühəndisliyi – 106 nəfər;

-116494 Qida mühəndisliyi – 20 nəfər;

-116526 Radiotexnika və telekommunikasiya mühəndisliyi – 90 nəfər;

-116534 Sənaye mühəndisliyi – 4 nəfər;

-116559 Beynəlxalq ticarət və logistika – 7 nəfər;

-116615 İqtisadiyyat – 10 nəfər;

-116689 Menecment – 10 nəfər;

-116712 Statistika – 17 nəfər.


Digər xəbərlər