Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

UniClad layihəsi çərçivəsində İspaniyada idarə heyətinin görüşü keçirilib

“Erasmus + KA2” proqramı üzrə həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində idarə heyətinin görüşü keçirilib. İspaniyanın Palencia şəhərində layihənin Avropa tərəfdaşı Valladolid Universitetinin təşkil etdiyi görüşdə Azərbaycan Texniki Universitetini (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq layihələr qrupunun rəhbəri Mətanət Paşayeva təmsil edib. O, görüş zamanı geniş təqdimatla çıxış edib.   Layihə konsorsiumunda benefisiar olaraq təmsil olunan Azərbaycan, Ukrayna və Moldova universitetlərinin və onların yerli tərəfdaşlarının iştirakı ilə keçirilən görüşdə komponentlər üzrə görülmüş işlərin hesabatı dinlənilib, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün gözlənilən risklər və həlli yolları müzakirə olunub. Daha sonra layihənin komponentlərinə rəhbərlik edən Litva, Macarıstan, İspaniya, İtaliya, Avstriya və Polşadan olan tərəfdaş universitetlərin nümayəndələri rəhbərlik etdikləri komponentlər üzrə görülməli olan işləri müzakirə edib və növbəti səfərlərin və konfransların vaxtını dəqiqləşdiribər.   Layihə çərçivəsində Avropa ölkələrinə magistr və doktorantların mobilliyi, onlar üçün seçilmiş mövzular üzrə dərs vəsaitlərinin tərtib olunması, klasterlərin formalaşdırlması ilə bağlı təlimatın hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.      

“Erasmus + KA2” proqramı üzrə həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının ..

2023-10-12
AzTU

AzTU-da DAAD-nin növbəti məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr üçün “Almaniyada təqaüdlü doktrantura təhsili, tədqiqat imkanları və fürsətlər” mövzusunda məlumatlandırma sessiyası keçirilib. Sessiyada Alman Akademik Mübadilə Proqramının (DAAD) AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Claudio Kasperl Almaniyada doktorantura səviyyəsində təqaüd proqramları, habelə akademik heyət üçün tədqiqat imkanları barədə məlumat verib. Bundan başqa, müraciət üçün şərtlər, tələb olunan sənədlər toplusu və seçim meyarları haqqında da ətraflı məlumat verilib. Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr üçün “Almaniyada təqaüdlü doktrantura təhsili, tədqiqat imkanları və f ..

2023-10-11
AzTU

A presentation by a professor from AzTU was included in the papers panel of the 74th IAC in Baku

A presentation by a professor from Azerbaijan Technical University (AzTU) was included in the papers panel of the 74th International Astronautical Congress (IAC) in Baku. Professor Valekh Bakhshali, the head of the Department of Mechanics at AzTU, delivered a presentation titled “Dynamic analysis of the mechanical motion of a variable-mass composition rocket system”. His paper was included in the congress’s program and the information panel on articles. (https://iafastro.directory/iac/paper/id/79158/summary/) The AzTU professor also provided detailed information about the scientific research conducted at the university and answered questions from both local and international participants. It is noteworthy that over 3,600 scientific papers were submitted to the Baku Congress from 95 countries. The Baku event outpaced previous congresses held in Paris (2022), Washington (2019), and Bremen (2018) in terms of submissions. The number of scientific papers submitted from Azerbaijan also reached a record high – 214. Azerbaijan ranked among the top five countries for submitting the most scientific papers, following the USA, Italy, India, and China.

A presentation by a professor from Azerbaijan Technical University (AzTU) was included in the papers panel of the 74th International Astronautical Congress (IAC) in Baku. Professor Valekh Bakhshali, t ..

2023-10-11
AzTU

“Erasmus” çərçivəsində daha bir yeni layihə ictimaiyyətə təqdim olunub

Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən “Erasmus+ KA2” proqramı üzrə “Azərbaycanda institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” (DIRNA) layihəsi ictimaiyyətə təqdim olunub. Xəzər Universitetinin koordinatorluğu və ev sahibliyi ilə keçirilən t'əqdimatda layihənin yerli tərəfdaşları olan Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Dövlət Universiteti (BDU), Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti (GDU), Naxçıvan Dövlət Universiteti (NDU), Mingəçevir Dövlət Universiteti (MDU), Lənkəran Dövlət Universiteti (LDU) ilə yanaşı Avropadan olan tərəfdaş ali təhsil müəssisələrinin (Jyvaskyla Universiteti (Finlandiya),  L’Aquilla Universiteti (İtaliya), İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə)) nümayəndələri də iştirak edib. Təqdimat mərasimində AzTU-nu Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva, mərkəzin rəqəmsallaşdırma üzrə baş məsləhətçisi İltifat İbrahimov və Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq layihələr üzrə qrup rəhbəri Mətanət Paşayeva təmsil edib. Görüşdə AzTU KİM-in direktoru Xəyalə Hacıyeva universitet haqqında geniş təqdimatla çıxış edib. İki gün davam edən görüşdə layihə çərçivəsində nəzərdə tutulmuş işlərin planı, maliyyə məsələləri, hər bir tərəfdaş universitetin layihədəki rolu və fəaliyyəti, potensial risk və onların həlli yolları müzakirə olunub.

Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən “Erasmus+ KA2” proqramı üzrə “Azərbaycanda institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensi ..

2023-10-10
AzTU

Milli Müdafiə Universitetinin nümayəndə heyəti AzTU-da tələbələrlə görüşüb

Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüb. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. AzTU-nun professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə ölkəmizdə gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində müxtəlif sahələrdə atılan addımlardan danışılıb. Qeyd olunub ki, Vətən müharibəsi, eləcə də digər uğurlu əməliyyatlarda qələbənin qazanılmasını təmin edən mühüm amillərdən biri də gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır. Görüş zamanı, həmçinin elm və təhsil sahəsində əməkdaşlıq haqqında bir sıra müzakirələr aparılıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə Milli Müdafiə Universitetinin (MMU) nümayəndə hey ..

2023-10-10
AzTU

Rumıniya universitetinin professoru AzTU-nun qonağı olub

Rumıniyanın Cluj-Napoca Texniki Universitetinin professoru Adrian Pisla ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Görüşdə Cluj-Napoca Texniki Universiteti ilə AzTU arasında tədris və tədqiqat sahəsində cari əməkdaşlığın vəziyyəti müzakirə edilib. Həmçinin gələcəkdə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, o cümlədən Rumıniya və Azərbaycanın tərəfdaş olduğu beynəlxalq layihələrin icrasına hər iki universitetin töhfəsi barədə fikir mübadiləsi aparılıb.  

Rumıniyanın Cluj-Napoca Texniki Universitetinin professoru Adrian Pisla ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaq AzTU-nun rektoru Vilay ..

2023-10-09
AzTU

AzTU-da proqramlaşdırma üzrə olimpiadada iştirak etmək istəyən tələbələr üçün seçim imtahanı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) proqramlaşdırma üzrə olimpiadada iştirak etmək istəyən tələbələr üçün seçim imtahanı keçirilib. İmtahanda bütün kurslar üzrə ümumilikdə 70 tələbə qeydiyyatdan keçib. Onlardan 41 nəfəri imtanada iştirak edib. AzTU-nun kompüter zallarında təşkil olunan imtahanda tələbələrə 10 məsələ təqdim olunub. Tələbələrin cavabları avtomatlaşdırılmış sistem tərəfindən dərhal qiymətləndirilib. Qeyd edək ki, məqbul qiymət alan tələbələr oktyabrın 22-də ICPC (International Collegiate Programming Contest) tərəfindən keçiriləcək növbəti imtahanda iştirak edəcəklər

Azərbaycan Texniki Universitetində (AzTU) proqramlaşdırma üzrə olimpiadada iştirak etmək istəyən tələbələr üçün seçim imtahanı keçirilib. İmtahanda bütün kurslar üzrə ümumili ..

2023-10-09
AzTU

Almaniyanın “Rohde&Schwarts International GmbH” şirkətinin nümayəndəsi AzTU-da olub

Radioelektron və telekommunikasiya nəzarət və ölçü avadanlıqları üzrə dünyada qabacıl nüfuza malik “Rohde & Schwarts International GmbH” şirkətinin Orta Asiya və Azərbaycan üzrə nümayəndəsi Sergey Rybinski Azərbaycan Texniki Universitetinin (AzTU) Radioelektron və aerokosmik sistemlər kafedrasının professor-müəllim heyəti ilə görüşüb.   Görüşdə kafedranın ölçmə və nəzarət cihazlarında siqnalların rəqəmli emalı texnologiyasının perspektiv inkişafı haqqında məlumat verilib. Həmçinin aerokosmik sistemlər, telekommunikasiya, radioelektron vasitələr, xüsusitəyinatlı rabitə sistemləri və elektromaqnit birgəliyi istiqmətlərində əməkdaşlığın qurulması müzakirə olunub və ilkin razılaşmalar əldə edilib. Sergey Rybinskinin 2024-cü ilin fevralında Azərbaycana nəzərdə tutulan növbəti səfəri çərçivəsində AzTU-da seminar keçməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Radioelektron və telekommunikasiya nəzarət və ölçü avadanlıqları üzrə dünyada qabacıl nüfuza malik “Rohde & Schwarts International GmbH” şirkətinin Orta Asiya və Azərbaycan üzr ..

2023-10-09
AzTU

AzTU rektoru Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin qocaman müəllimləri ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin qocaman müəllimləri iştirak edib. Akademik heyəti Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edən rektor onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, gənc müəllimlər pedaqoji və elmi fəaliyyətlərində qocaman müəllimlərin təcrübələrindən yararlanmalı, hər zaman onlardan məsləhət almalıdırlar. Görüşdə çıxış edən müəllimlər onlara göstərilən diqqətə görə təşəkkür ediblər.

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan görüş keçirilib. Görüşdə AzTU-nun rek ..

2023-10-05
AzTU

LMQS çərçivəsində AzTU-da yeni açılan magistr ixtisasına 20 tələbə qəbul olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsi üzrə yeni açılan səhiyyədə keyfiyyətin və risklərin idarə olunması ixtisası üzrə tələbə qəbulu artıq ikinci ildir uğurla davam etdilir. “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında bakalavr və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində açılan yeni ixtisasa 2023/2024 tədris ili üzrə 20 tələbə qəbulu olunub.     Layihə çərçivəsində AzTU əməkdaşları Yunanıstanın Qərbi Attika Universitetində təlim proqramında iştirak edib və yeni magistr ixtisası onların tədris proqramları əsasında hazırlanıb. Qeyd edək ki, sözügedən ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri səhiyyə müəssisələrində praktiki  təcrübə proqramlarında iştirak edəcəklər. 

Azərbaycan Texniki Universitetinin (AzTU) magistratura səviyyəsi üzrə yeni açılan səhiyyədə keyfiyyətin və risklərin idarə olunması ixtisası üzrə tələbə qəbulu artıq ikinci ildi ..

2023-10-05