Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Maşınqayırma texnologiyası kafedrasının doktorantı Amsterdamda beynəlxalq konfransda məruzə ilə çıxış edib

Maşınqayırma texnologiyası kafedrasının doktorantı Amsterdamda beynəlxalq konfransda məruzə ilə çıxış edib

02.09.2024     155     AzTU

26-26 avqust  2024-cü ildə Niderland Krallığının paytaxtı Amsterdam şəhərində İn­for­ma­­siya Texnologiyaları, Robototexnika, Dizayn, Mühəndislik və Tətbiqi Elmdə Yeni Trendlər üzrə 6-cı Beynəlxalq Konfransı  (6th International Conference on Emerging Trends in Information Technology, Robotics , Design, Engineering and Applied Scien­ce (ETITR-AUG-2024)) keçirilib.

Bu konfrans tədqiqatçılara yeni ideyalar və tətbiq təcrübələri mübadiləsi, biz­nes və ya tədqiqat əlaqələri qurmaq və gələcək əməkdaşlıq üçün qlobal tərəfdaşlar tap­maq imkanı verir. Bu ümumi platformanın cəmiyyətə daha yaxşı xidmət etmək üçün müxtəlif sahələr arasında birgə sahibkarlıq fəaliyyətinə zəmin yaradacağı göz­lə­nilir.

Maşınqayırma texnologiyası kafedrasının doktorantı Samir Əmirli 26 avqust 2024-cü ildə Amster­dam şəhərində bu konfransda “S.Simon, N.Yusubov, S.Amirli, F.Ami­rov.  Hidroabrazivlə HARDOX-500 markalı poladın kəsilməsində kələ-kötür­lüyün tədqiqi üçün tam faktorlu eksperimentlərin planlaşdırılması (“Planning of full Factorial Experiments For The Investigation Of Roughness In Hydroabrasive Waterjet Cutting of HARDOX-500 Steel”)” adlı məruzə ilə çıxış edib. Məruzə maraqla qarşılanıb və seçilmiş konfrans məqaləsi kimi çap üçün Scopus xülasələn­dir­mə və indeksləmə sisteminə düşən jurnalda çap üçün tövsiyə olunub. Qeyd edək ki, dərc ediləcək konfrans materiallar eyni zamanda xülsələndirmək və indeksləşdirmək üçün ISI Thomson Reuters Web of Science-a təqdim olunacaq.


Related news