Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU ilə Türkiyənin TİS şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə Türkiyənin TİS şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

20.08.2024     661     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin dünyada seysmik dayanıqlılığı təmin etmək üçün kifayət qədər böyük təcrübəyə malik olan TİS (Texnoloji İzolyator Sistemləri) şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AzTU-nun rektoru Vilayət Vəliyev və TİS şirkətinin baş direktorunun müavini Sadun Tanışer imzalayıblar.

Tərəflər böyük bina və qurğuların seysmik dayanıqlılığının təmin olunması üçün mütəxəssislərin maarifləndirilməsi, təlim və seminarların verilməsi, birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.  

Razılaşmaya əsasən, TİS şirkətinin mütəxəssisləri Azərbaycanda bu sahə üzrə ixtisaslaşan şəxslərə AzTU-da təlimlər və seminarlar verəcək, həmçinin universitet qurğuların layihələndirilməsi istiqamətində dəstək göstərəcək.   


Digər xəbərlər