Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da SciVal platforması üzrə təlim keçirilib

AzTU-da SciVal platforması üzrə təlim keçirilib

29.04.2026     49     AzTU

“Elsevier” şirkətinin Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Ayhan Akanay Saracoğlu və şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi Saida Sak Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb.

Görüş zamanı professor-müəllim heyətinin və tədqiqatçılarının elmi fəaliyyətinin qiymətləndirilməsi və analitik təhlili üçün nəzərdə tutulmuş SciVal platformasının imkanları barədə müzakirə aparılıb.

Qeyd olunub ki, bu platforma “Scopus” məlumat bazasına əsaslanaraq elmi fəaliyyətin müxtəlif aspektlər üzrə dərin təhlilinə imkan yaradır. Bu mənada professor-müəllim heyətinin, tədqiqatçıların SciVal platformasının funksional imkanları barədə bilik və bacarıqlarının artırılması məqsədəuyğundur.

Görüşdən sonra Saida Sak AzTU-nun professor-müəllim heyəti üçün SciVal platformasından istifadə ilə bağlı təlim keçib.

Təlimdə platformanın əsas modulları, tədqiqat məhsuldarlığının və sitat göstəricilərinin təhlili üsulları, müəllif təşkilat və ölkə səviyyəsində müqayisəli analiz imkanları, eləcə də beynəlxalq elmi əməkdaşlıq göstəricilərinin qiymətləndirilməsi mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin platformadan istifadə qaydaları praktiki nümunələr əsasında nümayiş etdirilib, iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.

Belə təlimlərin təşkili AzTU-da elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi, müasir analitik alətlərin tətbiqinin genişləndirilməsi və tədqiqat nəticələrinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Digər xəbərlər