Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

Madrid Texniki Universitetinin professoru AzTU-nu ziyarət edib

İspaniyanın Madrid Texniki Universitetinin professoru Jorge Servert Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Madrid Texniki Universiteti və AzTU arasında qarşılıqlı faydalı əməkdaşlıqdan danışan qonaq bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Rektor Vilayət Vəliyev tədris və tədqiqat sahəsində universitetlər arasındakı əməkdaşlıqla yanaşı, yaşıl enerji texnologiyaları, informasiya texnologiyaları və sənaye elektronikası kimi sahələrdə müəllim və tələbə müdbadiləsinin aparılması, birgə layihələrin icrası və tədbirlərin keçirilməsinin də əhəmiyyətli olduğunu bildirib. Görüş zamanı müvafiq sahələrdə ikili diplom proqramlarının həyata keçirilməsi imkanları barədə də fikir mübadiləsi aparılıb. Məlumat üçün bildirək ki, ötən tədris ilində AzTU-nun magistrantları Madrid Texniki Universitetində dissertasiya mövzuları üzrə tədqiqat aparıblar.

İspaniyanın Madrid Texniki Universitetinin professoru Jorge Servert Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndəl ..

2023-09-21
AzTU

Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub

Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) Azərbaycan üzrə müşaviri İlker Türköz Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”nı ziyarət edib. Qonaq əvvəlcə AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Görüş zamanı universitetdə görülən işlər, həyata keçirilən layihələr və yeni əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov qonağa texnoparkın fəaliyyəti, burada icra olunan layihələr haqqında məlumat verib. İlker Türköz AzTU-nun müxtəlif laboratoriyaları və mərkəzlərində görülən işlərlə də tanış olub.

Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) Azərbaycan üzrə müşaviri İlker Türköz Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”nı ..

2023-09-21
AzTU

AzTU-nun rektoru ikili diplom proqramlarına qəbul olunan türkiyəli tələbələrlə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Ankara və Gazi universitetləri ilə birgə yerinə yetirilən ikili diplom proqramlarına qəbul olunan türkiyəli tələbələrlə görüşüb. Rektor qeyd edib ki, tələbələr iki il AzTU-da, iki il Türkiyənin müvafiq universitetlərində təhsil alacaqlar. Görüş zamanı tələbələrin təəssüratları dinlənilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Ankara Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramına qəbul olunan tələbələr kompüter mühəndisliyi, Gazi Universiteti ilə birgə yerinə yetirilən ikili diplom proqramına qəbul olunan tələbələr isə elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil alacaqlar.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Ankara və Gazi universitetləri ilə birgə yerinə yetirilən ikili diplom proqramlarına qəbul olunan türkiyəli tələbələr ..

2023-09-20
AzTU

AzTU, MAA və TUSAŞ yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi proqramın icrasına start verdi

Azərbaycan Texniki Universitetində (AzTU) yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi proqramın icrasına start verildi. Bununla bağlı keçirilən görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov, Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədov, Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) proqram rəhbəri Görkem Şimşek və hər iki ali məktəbin rəhbər şəxsləri iştirak edib. Qeyd olunub ki, “AzTU-Turkish Aerospace, MGP 2023.1” adlı proqram bu sahədə zəngin təcrübə və resursa malik TUSAŞ-ın xüsusi təcrübə proqramı əsasında həyata keçirilir. Layihə əsaslı açıq rəqabət öyrənmə-öyrətmə modelinə söykənən proqramın hazırlığında əsas mərhələ AzTU-nun 2022-ci ildə CDIO universitetlər ailəsinə qoşulması ilə başlayıb. Layihələndirmə, simulyasiya, prototipləndirmə və istehsal zənciri həlqələrini əhatə edən proqram konstruktiv dizayn, konstruktiv təhlil, uçuş elmləri, avionika/proqramlaşdırma istiqamətləri üzrə həyata keçirilir. Bölmələrin əsas hissəsini (60%) konstruktur dizayn və təhlil istiqamətləri əhatə edir. Qeyd edək ki, sözügedən istiqamət mühəndis hazırlığı üzrə universitetlərdə CAD/CAE/CAM üzrə proqram təminatlarının yüksək keyfiyyətli tədrisi ilə uyğunluq təşkil edir. AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin koordinatorluğu ilə həyata keçirilən proqramda baza təhsilləri aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika, xəbərləşmə (radioelektronika), metallurgiya və s. istiqamətlər olan namizədlər iştirak edir. Layihənin sonunda iştirakçılara sertifikat təqdim olunacaq. Proqramı uğurla başa vuran 10 iştirakçı isə TUSAŞ-da təcrübəyə göndəriləcək və MGP proqramının təlimat heyətinə daxil ediləcək.  

Azərbaycan Texniki Universitetində (AzTU) yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi proqramın icrasına start verildi. Bununla bağlı keçirilən görüşdə AzTU-nun rektoru Vilayət V ..

2023-09-18
AzTU

AzTU-da Bilik Günü qeyd olunub

AzTU-da Bilik Günü və yeni tədris ilinin başlanmasına həsr olunan tədbir keçirilib. Tədbirdə rektor Vilayət Vəliyev, müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Aerokosmik Agentliyinin direktoru Natiq Cavadov, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Qəzənfər Ağayev, universitetin müəllim-tələbə heyəti və valideynlər iştirak edib. Bilik Günü münasibətilə təbriklərini çatdıran rektor Vilayət Vəliyev tələbələri yenidən universitetdə görməkdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, bu il AzTU-nun bakalavriat səviyyəsinə 2300-ə, magistratura səviyyəsinə isə 1700-ə yaxın tələbə qəbul olunub. Vilayət Vəliyev deyib ki, universitetdə hər il müxtəlif reformalar aparılır ki, bu da tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Yeni tədris ilindən AzTU daha bir ikili diplom proqramının icrasına başlayır. Belə ki, Qazi Universiteti ilə birgə yerinə yetirilən ikili diplom proqramında elektrik və elektronika mühəndisliyi ixtisası üzrə kadrlar hazırlanacaq. Rektor bildirib ki, AzTU-nun Avropanın bir sıra universitetləri ilə ikili diplom proqramları istiqamətində əməkdaşlığa başlaması da nəzərdə tutulur. Daha sonra çıxış edən müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov da tələbələri və akademik heyəti təbrik edib. Bildirib ki, AzTU regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitetdir. Müdafiə sənayesi üzrə kadrlar AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsində hazırlanır və bütün tələbələr Müdafiə Sənayesi Nazirliyi tərəfindən işlə təmin olunur. AzTU-ya yüksək balla qəbul olunan tələbələr adından çıxış edən Nərmin Süleymanova bildirib ki, bu universitetdə təhsil almaq onun arzusu olub. Qeyd edək ki, Nərmin Süleymanova Ankara Universiteti ilə birgə kompüter mühəndisliyi ixtisası üzrə yerinə yetirilən ikili diplom proqramına qəbul olunub. Tədbirin sonunda AzTU-ya yüksək balla qəbul olunan tələbələrə hədiyyələr təqdim olunub.

AzTU-da Bilik Günü və yeni tədris ilinin başlanmasına həsr olunan tədbir keçirilib. Tədbirdə rektor Vilayət Vəliyev, müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov, YAP Yasa ..

2023-09-15
AzTU

AzTU-nun rektoru xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının yubiley medalı ilə təltif olunub

AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin 23 avqust 2023-cü il tarixli 351 nömrəli əmrinə əsasən, “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Yubiley medalını rektora Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi İltimas Məmmədov təqdim edib. Xatırladaq ki, “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Prezidentinin 4 avqust 2023-cü il tarixli Fərmanı ilə təsis olunub.

AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin 23 avqust 2023-cü il tarixli 351 nömrəli əmrinə əsasə ..

2023-09-15
AzTU

AzTU yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi proqramın icrasına başlayır

AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib. İclasda son 4 il ərzində AzTU-da CAD/CAM/CAE proqram təminatı əsaslı mühəndis hazırlığı üzrə görülən işlər dəyərləndirilib. Qeyd olunub ki, AzTU-nun 2022-ci ildə CDIO universitetlər ailəsinə qoşulması mühəndis hazırlığında əsas mərhələ olub. Mühəndis hazırlığı proqramı layihələndirmə, simulyasiya, prototipləndirmə və istehsal zənciri həlqələrini əhatə edir. Odur ki, proqram bu sahədə zəngin təcrübə və resursa malik Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) xüsusi təcrübə proqramı əsasında Milli Aviasiya Akademiyası (MAA) ilə birgə həyata keçiriləcək. Qeyd edilib ki, sentyabrın 18-də AzTU, MAA və TUSAŞ-ın birgə əməkdaşlığı çərçivəsində başladılan “AzTU-Turkish Aerospace, MGP 2023.1” adlı proqram layihə əsaslı öyrənmə-öyrətmə modelinə söykənir. AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin koordinatorluğu ilə həyata keçirilən proqramda baza təhsilləri aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika, xəbərləşmə (radioelektronika), metallurgiya və s. istiqamətlər olan namizədlər iştirak edir. Hər bir akademik il çərçivəsində 100 nəfərədək, 2030-cu ilədək isə ümumilikdə ən azı 1000 tələbənin hazırlanması nəzərdə tutulur. İclasda SmartTECH İnnovatorlar Mərkəzinin yaradılması ilə bağlı da qərar qəbul edilib. Bildirilib ki, mərkəz istedadlı tələbələrin (olimpiadalarda, startaplarda və s.) seçilməsi, onların inkişafına dəstək verilməsi, həmçinin innovasiyalara cəlb edilməsi üçün yaradılır.

AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib. İclasda son 4 il ərzində AzTU-da CAD/CAM/CAE proqram təminatı əsaslı mühəndis hazırlığı üzrə görülən işlər dəyərləndiri ..

2023-09-13
AzTU

AzTU “Kibermüharibə” yarışında iştirak edəcək

“CIDC 2023” tədbiri çərçivəsində kiberhücumların simulyasiyası ilə keçiriləcək "Kibermüharibə" yarışına qeydiyyat başa çatıb. Yarışda 41 komanda iştirak edəcək. 3 mərhələdə keçiriləcək yarışının ilk 2 mərhələsi sentyabr ayında onlayn, 3-cü mərhələsi isə 26-27 oktyabr tarixlərində 20 finalçı komanda ilə "Baku Convention Center"də "onsite" formatda təşkil olunacaq. Qeyd edək ki, yarışda Azərbaycan Texniki Universitetinin (AzTU) komandası da iştirak edəcək. Qeydiyyatı təsdiqlənmiş komandaların siyahısını təqdim edirik: 1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi - "0x5041" 2. Azərbaycan Respublikasının Baş Prokurorluğu - "Bas Prokurorluq" 3. Prezident Təhlükəsizlik Xidməti - "Iron Fist" 4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi - "MoD of Azerbaijan" 5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi - "CyberJustice" 6. Fövqəladə Hallar Nazirliyi - "1 Group" 7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi - "Cyber Force" 8. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - "Digital Rangers" 9. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - "KiberDost" 10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi - "TechLockDown" 11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi - "SN" 12. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti - "DSX" 13. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - "AS4NS3C" 14. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi - "Alinja-Gala Cyber Wizards" 15. Dövlət Gömrük Komitəsi - "Customs" 16. Azərbaycan Respublikasının Mərkəzi Bankı - "CBAR_Team" 17. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - "UEIB" 18. Azərbaycan İnvestisiya Holdinqi - "AİH" 19. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi - "ADSEA" 20. Şirvan Şəhər İcra Hakimiyyəti - "BRAVE" 21. Azercell - "CyberCell" 22. AZINTELECOM - "Seclusion" 23 Azerconnect - "CevahirTeam" 24 Simbrella Bakı LLC - "SIMOPS" 25. Global Service Provider - "NetVault31337" 26. PASHA Bank - "Old School" 27. Expressbank - "Xpr3ss1337" 28. Azer Turk Bank - “Bastion” 29. AFB BANK ASC - "AzeIntruders" 30. Bank "BTB" - "Bank BTB" 31. Unibank - "UniCyberWarriors" 32. Kapital Bank - "CyberKapitalists" 33. Xalq Bank - "XSecurity" 34. Muganbank - "MuganSec" 35. PASHA Technology LLC - "This is the way" 36. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) - "ACC Predators" 37. ADA Universiteti - "Firewall Force" 38. Azərbaycan Dövlət Pedaqoji Universiteti - "Müəllimlər" 39. French-Azerbaijani University - UFAZ - "CyberSiege" 40. Bakı Ali Neft Məktəbi - "Squadron" 41 Azərbaycan Texniki Universiteti – “AzTU- SEC”

“CIDC 2023” tədbiri çərçivəsində kiberhücumların simulyasiyası ilə keçiriləcək "Kibermüharibə" yarışına qeydiyyat başa çatıb. Yarışda 41 komanda iştirak edəcək. 3 mərhə ..

2023-09-13
AzTU

AzTU professorunun monoqrafiyası “Springer” nəşriyyatında çap olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamovun monoqrafiyası dünyanın ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer”də ingilis dilində nəşr olunub. “Radio Engineering and Telecommunications Waveguide Systems in the Microwave Range - Modeling and Synthesis” (Dalğaötürən tipli ifrat yüksək tezlik diapazonlu radiotexniki və telekommunikasiya sistemləri - modelləşdirilmə və sintez) adlı monoqrafiya radiotexnika və telekommunikasiya üzrə elmi-tədqiqat əsəridir. AzTU professorunun monoqrafiyası Azərbaycan üzrə bu sahədə “Springer” nəşriyyatında çap olunan ilk nəşrdir. Monoqrafiyada düzbucaqlı və dairəvi dalğaötürən tipli ifrat yüksək tezlik diapazonlu radiotexniki və telekommunikasiya sistemlərinin modelləşdirilməsi və sintezi üçün ədədi üsullar sistemləşdirilib və bu sistemlərin analizi, optimal sintezinin nəzəri əsasları verilib, yeni tədqiqat nəticələri təqdim olunub. E-tip və H-tip dalğalarında işləyən ifrat yüksək tezlik diapazonlu sistemlərin analizi, optimallaşdırılması və sintezi üçün ilk dəfə olaraq HFSS kompleksindən istifadə edilib. Analiz və sintez nəticəsində texniki və istismar parametrləri yaxşılaşdırılan ifrat yüksək tezlik diapazonlu müxtəlif qurğular işlənib hazırlanıb və onlar əsasında televiziya qüllələrində verici ilə anteni birləşdirən yeni dalğaötürən trakt sistemi təklif edilib. Monoqrafiya radiotexnika və telekommunikasiya sistemlərinin layihələndirilməsi ilə məşğul olan mühəndis-texniki və elmi işçilər üçün nəzərdə tutulub. Nəşrdən tələbə, magistrant və doktorantlar da yararlana bilərlər.

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamovun monoqrafiyası dünyanın ən nüfuzlu beynəlxalq e ..

2023-09-12
AzTU

“DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinin bağlanış tədbiri keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və  Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı,  Veysəloğlu Şirkətlər Qrupunun, “Code Academy” şirkətinin və “IBIS Baku City Hotel”in dəstəyi ilə həyata keçirilən “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı,  “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin Bilişim Vadisinin direktoru Serdar İbrahimcioğlu, “DIGIAGE” şirkətinin direktoru Emre Yıldız və digər şəxslər iştirak ediblər. Tədbirdə “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinin ən uğurlu komandaları haqqında videoçarx nümayiş olunub. Komandalar investorlar və münsiflər qarşısında düşərgə müddətində hazırladıqları oyunlarını təqdim ediblər.  14 komandadan müvafiq potensiallı hesab olunan 5-nə investisiya ayrılacaq və Bilişim Vadisi Bakı kampusunda ödənişsiz ofis imkanları veriləcək. Ümumilikdə 14 komandadan 11-nə isə Bilişim Vadisi tərəfindən mentorluq dəstəyi verilməklə investisiya potensiallarının artırılmasına dəstək göstəriləcək. 4 gün davam edən düşərgədə 267 müraciətçidən qəbul mərhələlərini tamamlayan 92 iştirakçı komanda və ya fərdi formada iştirak edib. İştirakçılara oyun hüququ və şirkətləşmə, bu sektorda karyera imkanları barədə məlumat verilib, “Game Art” oyun yaratma  təlimləri keçirilib, həmçinin tanınmış şirkət və oyun dizaynerlərinin motivasiya xarakterli hekayələri paylaşılıb.  Həmçinin komandaların ilkin kapital qazanmasına şərait yaratmaq məqsədilə Türkiyədən dəvət olunmuş investorlar layihələrlə tanış olub, onların investisiya imkanlarını dəyərləndiriblər. Düşərgənin məqsədi peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Həmçinin dünya bazarına çıxmaq imkanları ilə bağlı onların təcrübə əldə etmələrinə və yeni təşəbbüslərə imza atmalarına dəstək olmaq əsas hədəflərdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və ..

2023-09-11