Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Yay məktəbi”nin tələbələri “Bakı Gəmiqayırma Zavodu”na səfər edib

“Yay məktəbi”nin tələbələri “Bakı Gəmiqayırma Zavodu”na səfər edib

09.09.2024     461     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı və DAAD-nin (Alman Akademik Mübadilə Xidməti) “Şərqə Get” proqramı çərçivəsində “Multikultural Şəraitlərdə Mühəndislik Bacarıqlarının İnkişafı” adlı “yay məktəbi”nin tələbələrinin “Bakı Gəmiqayırma Zavodu”na səfəri təşkil edilib.

Zavodun Təlim Mərkəzinin təşkil etdiyi səfər çərçivəsində “yay məktəbi”ndə iştirak edən tələbələrə əvvəlcə müəssisənin fəaliyyəti haqqında təqdimatlar və videosüjetlər şəklində ətraflı məlumat verilib. Daha sonra onlar üçün sahə gəzintisi təşkil edilib. Tələbələr Xəzər dənizinin ən müasir tərsanəsində təmir gəmisinin göyərtəsi, kəsim sexi, təmir prosesinə nəzarət sistemləri ilə tanış olub, iş prosesləri barədə məlumat alıblar. Layihənin məqsədinə uyğun olaraq tələbələr üçün Təlim Mərkəzində qaynaq, kəsim və yanğınsöndürmə əməliyyatları nümayiş etdirilib. Həmçinin “yay məktəbi”nin proqramına uyğun olaraq tələbələrin birbaşa iştirakı ilə qeyd edilmiş sahə işləri praktiki icra olunub.    


Digər xəbərlər