Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU rəhbərliyi və kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, şəhidlərin əziz xatirəsi yad edilib.

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Parkın girişində xatirə d ..

2023-09-27
AzTU

AzTU rəhbərliyi və kollektivi II Fəxri xiyabanı ziyarət edib

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi II Fəxri xiyabanı ziyarət edib. Torpaqlarımızın ərazi bütövlüyü uğrundan canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi II Fəxri xiyabanı ziyarət edib. Torpaqlarımızın ərazi bütövlüyü uğrundan canla ..

2023-09-27
AzTU

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub

27 sentyabr saat 12:00-da Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və əməkdaşları universitetin Şəhidlər abidəsinin qarşısında Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib. Allah şəhidlərimizə rəhmət eləsin!  Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

27 sentyabr saat 12:00-da Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və əməkdaşları universitetin Şəhidlər abidəsinin qarşısında Azərbaycanın ərazi bütövlüyü uğrunda m ..

2023-09-27
AzTU

AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib. Gənclər Fondunun dəstəyi, AzTU-nun və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə universitetin Şəhidlər abidəsinin qarşısında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini anıb. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Anım Gününə həsr olunan tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı, tarix elmləri doktoru professor Anar İsgəndərov, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü Əhliyyət Mehdiyev, Vətən müharibəsi iştirakçısı Elşad Təhməzov və digər şəxslər çıxış ediblər. Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də başladılan Vətən müharibəsi 30 illik işğala son qoydu. 27 sentyabr şanlı Qələbəmizin başlanğıc tarixi oldu. 44 günlük müharibə Azərbaycanın hərbi gücünü bütün dünyaya sübut etdi. Tədbirdə 2023-cü il sentyabrın 19-da ordumuzun keçirdiyi antiterror tədbirlərindən də danışılıb. Bildirilib ki, uğurla sona çatan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Ərazi bütövlüyümüzün bərpa olunmasında hərbçilərimizin qəhrəmanlığı, şücaəti və peşəkarlığı da xüsusi olaraq diqqətə çatdırılıb. O da qeyd olunub ki, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.   Tədbirin sonunda 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş olunub.

Azərbaycan Texniki Universitetində (AzTU) 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib. Gənclər Fondunun dəstəyi, AzTU-nun və “Böyük Qayıdış” Gənclər Təşkilatın ..

2023-09-27
AzTU

AzTU tələbələri "Azərişıq" ASC-nin Yarımstansiya Muzeyinə ekskursiya edib

Azərbaycan Texniki Universitetinin (AzTU) elektrik və elektronika mühəndisliyi ixtisası üzrə Qazi Universiteti ilə birgə yerinə yetirdiyi ikili diplom proqramında təhsil alan 1-ci kurs tələbələrinin "Azərişıq" ASC-nin Yarımstansiya Muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiya zamanı tələbələrə Azərbaycan energetikasının və Yarımstansiya Muzeyinin tarixi haqqında məlumat verilib.  Tələbələr muzeydə XIX əsin sonlarında və XX əsrin əvvəllərində istehsal olunan, uzun müddət istismarda olmuş yarımstansiya avadanlıqları və ilk Elektrik Stansiyasının dispetçer idarəetmə sistemi ilə tanış olublar. Qeyd edək ki, elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına qəbul olunan azərbaycanlı və türkiyəli tələbələr iki il AzTU-da, iki il Qazi Universitetində təhsil alacaqlar.

Azərbaycan Texniki Universitetinin (AzTU) elektrik və elektronika mühəndisliyi ixtisası üzrə Qazi Universiteti ilə birgə yerinə yetirdiyi ikili diplom proqramında təhsil alan 1-ci kurs tə ..

2023-09-26
AzTU

Qorqud Ata Qızılorda Universitetinin müəllimləri AzTU-da elmi təcrübə proqramında iştirak edir

Qazaxıstanın Qorqud Ata Qızılorda Universitetinin Energetika sənayesi, texnosferin təhlükəsizliyi və ekologiya kafedrasının müdiri Gülnar Sıdıkova və İnformatika, informasiya və kommunikasiya texnologiyaları üzrə baş müəllimi Janna Asanova Azərbaycan Texniki Universitetində (AzTU) elmi təcrübə proqramında iştirak edirlər. Qonaqlar AzTU-ya səfərləri çərçivəsində rektor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Qeyd olunub ki, Qızılorda Universitetinin müəllimləri 3 ay müddətində AzTU-nun müvafiq kafedralarında elmi təcrübə mübadiləsində iştirak edəcəklər. Proqram çərçivəsində birgə araşdırmaların aparılması, məqalələrin dərc olunması, tədris vəsaitlərinin işlənilməsi, elmi konfranslarda iştirak nəzərdə tutulur.  

Qazaxıstanın Qorqud Ata Qızılorda Universitetinin Energetika sənayesi, texnosferin təhlükəsizliyi və ekologiya kafedrasının müdiri Gülnar Sıdıkova və İnformatika, informasiya və komm ..

2023-09-22
AzTU

AzTU-nun professoru Qırğızıstanda beynəlxalq konqresdə çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Yeni Materiallar və Nanotexnologiya Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, Metallurgiya və materiallar texnologiyası kafedrasının professoru Əmdulla Mehrabov Qırğızıstanın Bişkek şəhərində 5-ci Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresində iştirak edib. Konqres Qırğızıstan-Türkiyə Manas Universiteti (KTMU), Niğde Ömer Halisdemir Universiteti (NOHU) və AzTU-nun əməkdaşlığı çərçivəsində təşkil olunub. Tədbirin açılş mərasimində KTMU-nun rektoru professor Alpaslan Ceylan, NOHU-nun rektoru professor Həsən Uslu və AzTU-nun rektoru professor Vilayət Vəliyev iştirakçıları salamlayıb və konqresin işinə uğurlar arzulayıblar. Qeyd edək ki, NOHU və AzTU rektoru tədbirə onlayn formatda qoşulub. Daha sonra konqresin həmsədrləri KTMU-nun professoru Ercan Çelik, NOHU-nun professoru Murat Barut və AzTU-nun professoru Əmdulla Mehrabov çıxış edərək təmsil etdikləri universitetlər haqqında geniş məlumat veriblər. Professor Əmdulla Mehrabov konqres çərçivəsində “Yerli elektrikləşdirilmə üçün bərpa olunan günəş-külək hibrid enerji istehsalı: icmal” mövzusunda plenar məruzəçi kimi çıxış edib. Konqresin bağlanış sessiyasında 6-ci Beynəlxalq Türk Dünyası Elm və Mühəndislik Konqresinin 2024-cü ildə Bakıda AzTU-nun ev sahibliyi ilə keçirilməsi qərara alınıb.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Yeni Materiallar və Nanotexnologiya Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, Metallurgiya və materiallar texnologiyası kafedrasının professoru Əmdulla ..

2023-09-21
AzTU

Madrid Texniki Universitetinin professoru AzTU-nu ziyarət edib

İspaniyanın Madrid Texniki Universitetinin professoru Jorge Servert Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Madrid Texniki Universiteti və AzTU arasında qarşılıqlı faydalı əməkdaşlıqdan danışan qonaq bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Rektor Vilayət Vəliyev tədris və tədqiqat sahəsində universitetlər arasındakı əməkdaşlıqla yanaşı, yaşıl enerji texnologiyaları, informasiya texnologiyaları və sənaye elektronikası kimi sahələrdə müəllim və tələbə müdbadiləsinin aparılması, birgə layihələrin icrası və tədbirlərin keçirilməsinin də əhəmiyyətli olduğunu bildirib. Görüş zamanı müvafiq sahələrdə ikili diplom proqramlarının həyata keçirilməsi imkanları barədə də fikir mübadiləsi aparılıb. Məlumat üçün bildirək ki, ötən tədris ilində AzTU-nun magistrantları Madrid Texniki Universitetində dissertasiya mövzuları üzrə tədqiqat aparıblar.

İspaniyanın Madrid Texniki Universitetinin professoru Jorge Servert Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndəl ..

2023-09-21
AzTU

Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub

Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) Azərbaycan üzrə müşaviri İlker Türköz Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”nı ziyarət edib. Qonaq əvvəlcə AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Görüş zamanı universitetdə görülən işlər, həyata keçirilən layihələr və yeni əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov qonağa texnoparkın fəaliyyəti, burada icra olunan layihələr haqqında məlumat verib. İlker Türköz AzTU-nun müxtəlif laboratoriyaları və mərkəzlərində görülən işlərlə də tanış olub.

Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) Azərbaycan üzrə müşaviri İlker Türköz Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”nı ..

2023-09-21
AzTU

AzTU-nun rektoru ikili diplom proqramlarına qəbul olunan türkiyəli tələbələrlə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Ankara və Gazi universitetləri ilə birgə yerinə yetirilən ikili diplom proqramlarına qəbul olunan türkiyəli tələbələrlə görüşüb. Rektor qeyd edib ki, tələbələr iki il AzTU-da, iki il Türkiyənin müvafiq universitetlərində təhsil alacaqlar. Görüş zamanı tələbələrin təəssüratları dinlənilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Ankara Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramına qəbul olunan tələbələr kompüter mühəndisliyi, Gazi Universiteti ilə birgə yerinə yetirilən ikili diplom proqramına qəbul olunan tələbələr isə elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil alacaqlar.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Ankara və Gazi universitetləri ilə birgə yerinə yetirilən ikili diplom proqramlarına qəbul olunan türkiyəli tələbələr ..

2023-09-20