Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşı Özbəkistanda beynəlxalq tədbirdə iştirak edib

AzTU əməkdaşı Özbəkistanda beynəlxalq tədbirdə iştirak edib

30.09.2024     536     AzTU

Özbəkistanın Daşkənd şəhərində  BMT-nin Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə DKU tərəfindən təşkil olunan “Davamlı Həyat Tərzləri Festivalı 2024: universitetlərdə daha yaxşı və asan yaşamağı öyrənək” (Sustaınable lifestyles festival 2024: learning to live better and lighter on campus and beyond) adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) Dayanıqlı İnkişaf İnstitutunun direktoru i.e.f.d. Natavan Namazova təmsil edib. 

Festivalın məqsədi qlobal və regionlararası qabaqcıl təcrübə mübadiləsi vasitəsilə Mərkəzi Asiya və Qafqaz universitetlərində davamlı həyat tərzinin tətbiqi üçün innovativ strategiyalar haqqında məlumatlılığı artırmaqdır. Festival çərçivəsində keçmişdən bu günə qədər daha yaşıl və daha məsuliyyətli həyat tərzinə aparan irslər geniş müzakirə edilib.


Digər xəbərlər