Almaniyanın Frayberq Dağ Akademiyası Texniki Universitetinin (TUBAF) Additiv hazırlama kafedrasının elmi işlər üzrə baş mühəndisi Rezo Əliyev Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüdü əsasında 2 həftə müddətində Azərbaycan Texniki Universitetində (AzTU) səfərdə olub.
Rezo Əliyev AzTU-da tədrisin keyfiyyəti, həmçinin tədris və eimi-tədqiqat laboratoriyaları ilə tanış olub. O, Alman mühəndislik və Maşınqayırma və robototexnika fakültələrinin alman dili qruplarında ixtisas üzrə silsilə mühazirə və praktiki məşğələ dərsləri tədris edib.
Rezo Əliyev həmçinin AzTU-nun maşınqayırma və metallurgiya sahəsi üzrə fəaliyyət göstərən kafedralarının professsor-müəllim heyəti və tələbələri üçün "Additiv hazırlama texnologiyasının əsas aspektləri" mövzusunda elmi-metodiki seminar keçib.
Səfər zamanı AzTU ilə TUBAF arasında gələcək tədris və elmi-tədqiqat əlaqələrinin perspektivləri də müzakirə edilib.