Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında növbəti məlumatlandırma sessiyası keçirilib.
Məlumatlandırma sessiyasında AzTU-da fəaliyyət göstərən DAAD-nin alman dili müəllimi Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin fəaliyyəti və təqaüd proqramları, müraciət şərtləri, tələb olunan sənədlər toplusu və seçim meyarları haqqında tələbələrə ətraflı məlumat verib. DAAD-nin bakalavr tələbələri üçün təşkil etdiyi yay məktəbləri və onlara müraciət qaydaları ətraflı izah olunub. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Bundan başqa, Klaudio Kasperl DAAD-nin tədqiqatçılar və doktorantura təhsili üçün təqaüd proqramları haqqında da məlumatlandırma sessiyası təşkil edib. Sessiyada tələblər və müraciət qaydaları haqqında ətraflı məlumat verilib, maraqlananlara əlavə məsləhət saatları təyin edilib.