Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Sakarya Tətbiqi Elmlər Universitetinin müəllimi AzTU-da mühazirə deyib

Sakarya Tətbiqi Elmlər Universitetinin müəllimi AzTU-da mühazirə deyib

19.09.2024     549     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin Sakarya Tətbiqi Elmlər Universiteti ilə “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlığı uğurla davam etdirir. Əməkdaşlıq çərçivəsində Sakarya Tətbiqi Elmlər Universitetinin Peşə Məktəbinin Elektronika və avtomatika mühəndisliyi kafedrasının müəllimi Meltem Eyüboğlu Özcan AzTU-da səfərdə olub.

AzTU-nun Mexatronika kafedrasının akademik heyətilə görüşən qonaq kafedranın tədris infrastrukturu, texniki bazası və laboratoriyaları ilə yaxından tanış olub, birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıb. Meltem Eyüboğlu Özcan AzTU-nun mexatronika və robototexnika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrinə “Robototexnika konseptləri” və “Robotik proseslərin avtomatlaşdırılması” mövzularında mühazirə oxuyub.


Digər xəbərlər