Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

“Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin yekun hesabat konfransı keçirilib

Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsinin yekun hesabat konfransı keçirilib. Tədbirdə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Böyük Britaniyanın Middlesex Universitetinin əməkdaşı George Dafoulas,  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri, Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov çıxış edərək layihənin Azərbaycan və Avropa ali təhsil müəssisələri arasında əlaqələri daha da gücləndirdiyini və Avropa təcrübəsinin öyrənilməsi nöqteyi-nəzərindən vacibliyini qeyd ediblər. Bakı Biznes Universitetinin nümayəndələri öz hesabat-təqdimatlarında ECAR layihəsinin yazılması zərurəti, mövcud olan ehtiyaclar, layihənin əsas məqsədi və hədəfləri, layihənin icra mərhələləri, o cümlədən layihə çərçivəsində fəaliyyət göstərən pilot komitələr haqqında geniş məlumat veriblər. Hesabat-təqimatdan sonra layihə konsorsiumunun üzvü olan 21 universitet tərəfindən imzalanmış tərəfdaşlıq sazişinin təqdim edilməsi mərasimi keçirilib. Yekunda layihənin Avropadan olan tərəfdaşları çıxış edərək öz təəssüratlarını bölüşüblər. Onlar layihənin uğurla yekunlaşmasından məmnun olduqlarını söyləyiblər. Xatırladaq ki, layihə 2020-ci ildə 16 yerli ali təhsil müəssisəsinin iştirakı ilə fəaliyyətə başlayıb, 2024-cü ilə qədər isə iştirakçı təşkilatların sayı 21-ə çatıb. Layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələri arasında şəbəkələşmə və əməkdaşlığın inkişaf etdirilməsi olub.  

Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsinin yekun hesabat konfransı keçirilib. Tədbirdə elm və təhsil nazirini ..

2024-06-24
AzTU

AzTU tələbələri Dünya Robot Çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ölkəmizdə ilk dəfə olaraq keçirilən Dünya Robot Çempionatının seçmə mərhələsində iştirak edib. 250-dən çox yeniyetmə və gəncin qatıldığı yarışmada AzTU-nu “Blue Horizon” komandası təmsil edib. Aviamodelizm kateqoriyası üzrə çıxış edən tələbələrimiz 8 komanda arasında 3-cü yerə layiq görülərək finala vəsiqə qazanıb. Qeyd edək ki, “Blue Horizon” komandasının üzvləri: 2-ci kurs tələbələri Tahirə Rəşid, Valeh Gülmətov və Talib Əbilov bu ilin avqust ayında Hindistanın paytaxtı Yeni Dehli şəhərində keçiriləcək Dünya Robot Çempionatının finalında Azərbaycanı təmsil edəcəklər.

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ölkəmizdə ilk dəfə olaraq keçirilən Dünya Robot Çempionatının seçmə mərhələsində iştirak edib. 250-dən çox yeniyetmə və ..

2024-06-24
AzTU

AzTU əməkdaşları Tailandda Qlobal Davamlı İnkişaf Konqresində iştirak ediblər

Tailandın paytaxtı Banqkok şəhərində “Times Higher Education” (THE) agentliyinin təşkilatçılığı ilə keçirilən Qlobal Davamlı İnkişaf Konqresi keçirilib. Konqres dünyanın 100-dən çox ölkəsindən 3000-dən artıq qlobal lider və innovatorun “Davamlı inkişaf”la bağlı müzakirələrini əhatə edib. Elm və Təhsil Nazirliyinin dəstəyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 10 qabaqcıl yerli universitet konqres çərçivəsində Azərbaycan pavilyonunda təmsil olunub. Konqresində Azərbaycan Texniki Universiteti (AzTU) uğurla iştirak edib. Universiteti tədbirdə elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov və Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edib.  AzTU əməkdaşları  4 gün davam edən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində bir neçə dövlət və özəl qurmların nümayəndələri, o cümlədən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə reytinqlər (QS və THE) və eyni zamanda elmi-tədqiqat sahəsində əməkdaşlıq detalları müzakirə olunub.

Tailandın paytaxtı Banqkok şəhərində “Times Higher Education” (THE) agentliyinin təşkilatçılığı ilə keçirilən Qlobal Davamlı İnkişaf Konqresi keçirilib. Konqres dünyanın 100- ..

2024-06-20
AzTU

AzTU əməkdaşı “Azərbaycanın dünyanın yaşıl gələcəyinə artan töhfəsi” mövzusunda növbəti master-klass keçib

Azərbaycan Texniki Universitetində (AzTU) Dayanıqlı İnkişaf İnstitutunun əməkdaşı İqor Nasirovun "Azərbaycanın dünyanın yaşıl gələcəyinə artan töhfəsi” (“Growing Contribution of Azerbaijan to Earth’s Green Future") mövzusunda ikinci maste-klassı təşkil edilib.  “Yaşıl sənayeləşməyə doğru: problemlərdən həll yollarına” (Towards Green Industrialization from challenges to solutions) adlı master-klassda əsas məqsəd bu istiqamətdəki prosesləri elmi-tədqiqatçıların, professor-müəllim heyətinin, tələbələrin diqqətinə çatdırmaq idi. Tədbirin qonağı Xəzəryanı ölkələr üzrə LWD Domen Çempionu Ekaterina Sazonova qlobal tendensiyalar və təcrübələr, Azərbaycanın yaşıl dünyaya verəcəyi töhfələr, qadınların sənayedə rolu və əhəmiyyəti haqqında məruzə edib. Daha sonra iştirakçılarla COP29-da Azərbaycanda icra olunacaq layihələr, yaşıl gələcəyə veriləcək töhfələr haqqında zəruri bacarıqların inkişafı istiqamətində geniş müzakirələr aparılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) Dayanıqlı İnkişaf İnstitutunun əməkdaşı İqor Nasirovun "Azərbaycanın dünyanın yaşıl gələcəyinə artan töhfəsi” (“Growing Contributi ..

2024-06-14
AzTU

AzTU əməkdaşı SABAH qruplarının tələbələrinə seminar keçib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnsan resursları departamentinin rəhbəri, beynəlxalq ICF sertfikatlı kouç Aytən Şıxəliyeva SABAH qruplarının tələbələrinə kouçluqla bağlı seminar keçib. Məqsəd son dövrlərin əsas təlabat mövzularından biri olan kouçluqla bağlı tələbələrin daha geniş məlumata sahib olması, mənəvi inkişaflarını artıraraq yeni bacarıqlar əldə etməsi olub. Seminarda tələbələrə  kouçluğun şəxslərin həyatındakı rolunda, uğurlarında, şəxsin fərqli mövqədə yer almasında göstərdiyi dəstəkdən danışılıb. Həmçinin “kouçinq”in elmi əsasları, effektiv kouçluq texnikaları, kouçinq prosesinin mərhələləri, ünsiyyət modelləri mövzuları barədə ətraflı məlumat verilib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnsan resursları departamentinin rəhbəri, beynəlxalq ICF sertfikatlı kouç Aytən Şıxəliyeva SABAH qruplarının tələbələrinə kouçluqla bağl ..

2024-06-14
AzTU

Rusiya Ali İqtisadiyyat Məktəbinin professoru AzTU-da olub

Rusiya Ali İqtisadiyyat Məktəbinin professoru Fuad Ələsgərov Azərbaycan Texniki Universitetində (AzTU) olub. Dünya şöhrətli alim AzTU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti ilə görüşüb, həmçinin öz tədqiqat işlərinin təqdimatını keçirib. Fuad Ələsgərov məllim heyəti ilə müzakirələr aparıb, onları maraqlandıran sualları cavablandırıb.

Rusiya Ali İqtisadiyyat Məktəbinin professoru Fuad Ələsgərov Azərbaycan Texniki Universitetində (AzTU) olub. Dünya şöhrətli alim AzTU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin prof ..

2024-06-14
AzTU

AzTU tələbələri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən müsabiqədə təltif olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin tələbələri Azərbaycan Universitetinin təşkil etdiyi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qarabağın dirçəlişi – ekolayihələr” mövzusunda “Ən yaxşı tələbə elmi işi” müsabiqəsində iştirak edib. Tələbələr Rəhman Əhmədov və Nazim Orucovun “Azərbaycan Respublikasında aşağı temperaturlu termal sulardan istifadə etməklə elektrik və istilik enerjisinin istehsalı” mövzusunda təqdim etdiyi layihə “Ən interaktiv təqdimat ilə iştirakına” görə nominasiyasında diplomla  təltif olunub. Qeyd edək ki, tələbələrin elmi rəhbəri AzTU-nun Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri dos. Ramiz Kəlbiyevdir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin tələbələri Azərbaycan Universitetinin təşkil etdiyi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəs ..

2024-06-14
AzTU

AzTU əməkdaşı Türkiyədə beynəlxalq həftədə iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və mübadilə qrupunun rəhbəri Mənzər Məmmədli Türkiyənin Uşak Universitetinin təşkil etdiyi beynəlxalq həftədə iştirak edib. 21 ölkədən ümumilikdə 38 universitetin 70-ə yaxın akademik və inzibati heyətinin qatıldığı tədbirdə iştirakçıların təqdimatı həyata keçirilib, beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub. Səfər çərçivəsində Mənzər Məmmədli Uşak Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ilə görüşərək növbəti illərdə tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi üçün müzakirələr aparıb. AzTU əməkdaşının Uşak Universitetinin rektoru professor Ekrem Savaşla görüşündə iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və mübadilə qrupunun rəhbəri Mənzər Məmmədli Türkiyənin Uşak Universitetinin tə ..

2024-06-14
AzTU

AzTU-da 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU), YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Misir Mərdanov, Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Şahin İsmayılov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Partiyanın üzvləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə AzTU-nun foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub. Daha sonra ulu öndər Heydər Əliyev və Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Milli Qurtuluş Gününün əhəmiyyəti və önəmindən danışıb. Bildirib ki, 90-cı illərdə Azərbaycanı ağır və dözülməz vəziyyətdən xilas edən lider məhz ulu öndər Heydər Əliyev ola bilərdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, ölkə bütün sahələrdə inkişaf etdi. Bu gün Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində qalib ölkə olan Azərbaycan dünyada söz sahibidir. Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Misir Mərdanov çıxışı zamanı ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən, onun liderlik keyfiyyətindən, xilaskarlıq missiyasından danışıb. Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Şahin İsmayılov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev də tarixə qızıl hərflə yazılmış 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqının həyatında müstəsna rolunu xüsusi qeyd ediblər. Qeyd olunub ki, Heydər Əliyev çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlət əmin əllərdədir. Çıxışlardan sonra bir qrup partiya üzvünə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.

Azərbaycan Texniki Universiteti (AzTU), YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun ..

2024-06-13
AzTU

Azərbaycan Texniki Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı

AzEdu.az  Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir. Bu gün AzEdu.az və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə bu ali təhsil müəssisəsində təhsil alan “Brend tələbə”lər təltif ediliblər.  Tədbirdə AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova, Metallurgiya ve materialsunasliq fakültəsinin dekan müavini Taleh Tağıyev, Sabah Mərkəzinin rəhbəri Aytən Sadıqova, Maşınqayırma və robototexnika fakültəsinin dekan müavini Elgün Şəbiyev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Lalə Piriyeva, Nəqliyyat və logistika fakültəsinin akademik məsləhətçi İltifat Məmmədli, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin dekan müavini Aytən Mövsümova, Xüsusi texnika və texnologiya fakültəsinin dekan müavini Esmira Astanova, MBA proqramı ixtisas rəhbəri Milana Orucova, Energetika və avtomatika fakültəsinin dekan müavini Ədhəm Baharov və həmin tələbələr iştirak ediblər.  Mükafatlandırma mərasimində çıxış edən Tünzalə Abbasova “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib. O, qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var. Daha sonra dekan müavinləri tələbələri təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıblar.  Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib. AzTU-nun "Brend tələbə" statusuna layiq görülmüş gəncləri:  Rəvan Əlizadə - İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi;  Selcan Kərimli - İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi;  İsa Səttərov - Nəqliyyat və logistika fakültəsinin tələbəsi;  Emin Əliyev - Energetika və avtomatika fakültəsinin tələbəsi;  Azad Musayev - Xüsusi texnika və texnologiya fakültəsinin tələbəsi; Şükran Xudaverdiyev - Maşınqayırma və robototexnika fakültəsinin tələbəsi; Emil Gebekbeyov - İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi;  Miralim Əkbərov - Metallurgiya və materialşünaslıq fakültəsinin tələbəsi;  Ehtiram Şükürov - SABAH qruplarının tələbəsi;  Rüfət Şixiyev - SABAH qruplarının tələbəsi;  Afət Dadaşova - Magistratura tələbəsi.

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin ..

2024-06-13