Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Erasmus+ KA2” layihəsi üzrə yekun seminar və konfrans keçirilir

AzTU-da “Erasmus+ KA2” layihəsi üzrə yekun seminar və konfrans keçirilir

01.10.2024     662     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu Avropa Birliyinin “Erasmus+ KA2” proqramı çərçivəsində həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə yekun beynəlxalq seminar və konfransı öz işinə başlayıb. Sözügedən tədbirlər layihə konsorsiumunu əhatə edən İtaliya, İspaniya, Polşa, Litva, Avstriya, Moldova, Ukrayna və Azərbaycanı təmsil edən 20-dən çox ali təhsil və sənaye müəsisəsinin iştirakı ilə keçirilir. Tədbir 30.09.2024 – 04.10.2024 tarixlərində AzTU-nun ev sahibliyi ilə təşkil olunub.  

Seminar zamanı layihə çərçivəsində yaradılmış “Kənd təsərüfatında İT texnologiyalar”, “Aqro-Turizm”, “Süd məhsullarının istehsalı və emalı”, “Aqrobiotexnologiyalar” istiqamətində resurs mərkəzlərinin fəaliyyətləri, potensial inkişafı, klasterlərin inkişafı və imkanları müzakirə ediləcək. 

Həmçinin seminar zamanı Avropa Birliyindən olan tərəfdaşların təqdimatı ilə tematik mövzular üzrə ən yaxşı təcrübə paylaşılacaq. Layihə çərçivəsində keyfiyyətin qiymətləndirilməsi və layihənin davamlılığı üçün müzakirələrin aparılması da nəzərdə tutulur.


Digər xəbərlər