Azərbaycan Texniki Universitetində (AzTU) Avropa Birliyinin “ERASMUS+ KA2” proqramı çərçivəsində həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə yekun beynəlxalq konfransı çərçivəsində AzTU rektoru Vilayət Vəliyev, Ukraynanın Poltava Dövlət Arqrar Universitetinin rektoru Oleksander Haliç və Moldovanın Komrat Dövlət Universitetinin rektoru Sergey Zaharia arasında görüş keçirilib.
Görüş çərçivəsində tədris və tədqiqat istiqamətində razılaşdırılmış birgə əməkdaşlıq məsələləri üzrə AzTU və sözügedən universitetlər arasında Anlaşma Memorandumu imzalanıb.