Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üzrə İş Planına uyğun olaraq dəyirmi masa təşkil olunub. Dəyirmi masada struktur bölmə rəhbərləri, dekanlar və əməkdaşlar iştirak ediblər. İnsan resursları departamentinin direktoru Aytən Şıxəliyeva AzTU-da işə qəbul prosesində şəffaflığın artırılması və ictimai nəzarət mexanizmlərinin tətbiqi istiqamətində görülən işlərdən danışıb. Daha sonra dekanlar imtahan prosesində müəllim-tələbə təmasının minimuma endirilməsi, şəffaflığın təmin olunması məqsədilə yaradılan elektron imtahan sistemininin üstünlüklərindən və onun tətbiqinin müsbət nəticələrindən danışıblar. Tədbir İş Planında göstərilən digər məsələlər üzrə müzakirələrlə davam edib.

Azərbaycan Texniki Universitetində (AzTU) “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Elm və Tə ..

2024-06-12
AzTU

“Yanındayıq” mentorluq pilot layihəsinin "Mentorluq ixtisas proqramı" bloku başa çatıb

Azərbaycan Texniki Universiteti (AzTU) və “SmartNation” platformasının müəllimlər üçün təşkil etdiyi “Yanındayıq” mentorluq pilot layihəsinin "Mentorluq ixtisas proqramı" bloku başa çatıb. Mentorluq ixtisas proqramı blokunda müəllimlərə mentor kimi istifadə edəcəkləri bacarıqların aşılanması nəzərdə tutulub. Layihə iştirakçıları mentorluq texnika və mexanizmləri, gənclərin karyera planlaması alətləri, komandanın idarə edilməsi, kommunikasiya və effektiv ünsiyyət bacarıqları, təqdimat bacarıqlarının inkişafı, emosional intellekt, mentorların fərdi yol xəritələri üzərində iş kimi mövzularda sahə üzrə ekspertlər tərəfindən təlimlərə cəlb olunub. 

Azərbaycan Texniki Universiteti (AzTU) və “SmartNation” platformasının müəllimlər üçün təşkil etdiyi “Yanındayıq” mentorluq pilot layihəsinin "Mentorluq ixtisas proqramı" bloku ..

2024-06-12
AzTU

“Gələcəyin Zəkası” pilot layihəsinin yumşaq bacarıqlar bloku başa çatıb

Azərbaycan Texniki Universitetinin (AzTU) və "SmartNation" platformasının xüsusi seçilmiş gənclər üçün təşkil etdiyi “Gələcəyin Zəkası” pilot layihəsinin yumşaq bacarıqlar bloku artıq başa çatıb. Yumşaq bacarıqlar blokunda tələbələrin peşəkar iş mühitində istifadə edə biləcəkləri təməl bacarıqların aşılanması nəzərdə tutulub. Layihə iştirakçıları gələcəyin peşə və bacarıqları, özünütanıma, dizayn düşüncə tərzi, ünsiyyət bacarıqları, komanda quruculuğu, karyera məqsədlərinin təyin olunması kimi mövzularda sahə üzrə ekspertlər tərəfindən təlimlərə cəlb olunub. Qeyd edək ki, layihənin əsas məqsədi 3-cü kurs tələbələrinin şəxsi, peşəkar, karyera inkişafında dəstək göstərməklə sənaye əsaslı qrupların formalaşdırılması və kadr hazırlığına dəstək olmaqdır.

Azərbaycan Texniki Universitetinin (AzTU) və "SmartNation" platformasının xüsusi seçilmiş gənclər üçün təşkil etdiyi “Gələcəyin Zəkası” pilot layihəsinin yumşaq bacarıqlar bl ..

2024-06-12
AzTU

AzTU texnoparkı müdafiə sənayesi klasteri əsasında qurulur

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. Nabran Təhsil İstirahət Mərkəzində keçirilən iclasda AzTU-da dərsliklər, dərs vəsaitləri, tədris üçün təqdimatlar, monoqrafiyalar və tədris-metodiki vəsaitlərin hazırlanması və tərtibi qaydaları geniş müzakirə edilərək qəbul olunub. Fakültələrin akademik fəaliyyətinə dair dekanların hesabatı dinlənilib. 2024/2025-ci tədris ilində yeni açılan ixtisaslar üzrə tədris planları təsdiq olunub. Beynəlxalq Biznes Məktəbinin tərkibində yeni Biznesin idarə edilməsi kafedrası yaradılıb.  AzTU texnoparkının yenidən qurulması və rezidentlərin qeydiyyatı qaydaları qəbul edilib. Texnoparkın müdafiə sənayesi klasteri əsasında fəaliyyət göstərməsi qərara alınıb. Universitetin tarixi ənənəsini və gələcək texnoloji uğurlarını artırmaq üçün AzTU Məzun Assosiasiyası təsis edilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. Nabran Təhsil İstirahət Mərkəzində keçirilən iclasda AzTU-da dərsliklər, dərs vəsaitləri, tədri ..

2024-06-12
AzTU

AzTU-da rəqəmsal transformasiya məsələləri müzakirə olunub

Azərbaycan Texniki Universitetində (AzTU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) nümayəndələri ilə görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, İRİA-nın sədr müavini Rəşad Xalıqov, TSİİ-nin əməkdaşı Cavad Mustafazadə, universitetin Rəqəmsal Transformasiya Şurasının kordinatoru Osman Gündüz və digərləri çıxış ediblər. Çıxışlar zamanı rəqəmsal transformasiya məsələləri, bu istiqamətdə yeni yanaşmalar müzakirə olunub.

Azərbaycan Texniki Universitetində (AzTU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) nümayəndələri ilə ..

2024-06-10
AzTU

AzTU əməkdaşı Rumıniyada mobillik proqramında iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi təyinatlı material və vasitələr kafedrasının müdiri dosent Mərziyyə Ağayeva “Erasmus+” mübadilə proqramı çərçivəsində Rumıniyanın Kluj-Napoka Texniki Universitetində akademik heyət üçün nəzərdə tutulmuş bir həftəlik mobillikdə iştirak edib. Mərziyyə Ağayeva Kluj-Napoka Texniki Universitetinin Materiallar və ətraf mühit mühəndisliyi fakültəsi, həmçinin Materialşünaslıq və texnologiya, Materialşünaslıq və mühəndislik kafedralarının əməkdaşları ilə görüşüb, onların faəliyyəti ilə yaxından tanış olub. Kluj-Napoka Texniki Universitetində materialşünaslıq sahəsində müxtəlif laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olan AzTU əməkdaşı hər iki universitetin tədqiqat layihələrində birgə iştirakı məsələlərini müzakirə edib. Dosent Mərziyyə Ağayeva Materiallar və Ətraf mühit mühəndisliyi fakültəsinin tələbələrinə AzTU haqqında ətraflı məlumat verib, həmçinin materialşünaslığa aid müxtəlif mövzularda mühazirə deyib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi təyinatlı material və vasitələr kafedrasının müdiri dosent Mərziyyə Ağayeva “Erasmus+” mübadilə proqramı çərçivəsində Rumıniy ..

2024-06-10
AzTU

LMQS layihəsi çərçivəsində Fransada növbəti menecment görüşü keçirilib

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi üzrə Fransada növbəti menecment görüşü keçirilib. Görüş layihənin koordinatoru Yunanıstanın Qərbi Attika Universitetinin təşkilatçılığı və Fransanın Cote d'Azur Universitetinin ev sahibliyi ilə təşkil olunub.  Layihə Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+KA2” proqramı çərçivəsində ali təhsildə potensialın artırılması istiqaməti üzrə həyata keçirilir. Səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) layihənin koordinatoru professor Həsən Hüseynov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah təmsil edib. Görüşdə layihənin Avropa, həmçinin Qazaxıstan və Azərbaycandan olan tərəfdaşlarının nümayəndələri də iştirak ediblər. Menecment görüşündə Qərbi Attika, Cote d'Azur, Azərbaycan və Qazaxstan universitetlərinin nümayəndələri “Səhiyyədə keyfiyyətin və risklərin idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramının hazırlanması perspektivləri barədə müzakirələr aparılıb.

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və m ..

2024-06-06
AzTU

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri AzTU-ya ekskursiya ediblər

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X və XI sinif şagirdləri və onların müəllimləri Azərbaycan Texniki Universitetinə (AzTU) ekskursiya ediblər. Qonaqlar əvvəlcə AzTU-nun ərazisində təşkil edilən infoturda iştirak ediblər. Daha sonra keçirilən görüşdə AzTU-da həyata keçirilən yeniliklər barədə abituriyentlərə məlumat verilib. Universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib məlumatlar abituriyentlərin diqqətinə çatdırılıb.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X və XI sinif şagirdləri və onların müəllimləri Azərbaycan Texniki Universitetinə (AzTU) ekskursiya ediblər. Qonaqlar əvvəlcə AzTU-nun ..

2024-06-06
AzTU

“Teleradio” İB-də Azərbaycan Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (“Teleradio” İB) olub. Qonaqlar “Teleradio” İB-nin baş direktor vəzifəsini icra edən Elman Həsənovla görüşüblər. Rektor Vilayət Vəliyev universitetdə görülən işlər və həyata keçirilən yeniliklərdən danışıb. Müvafiq ixtisaslarda təhsil alan tələbələrin “Teleradio” İB-də təcrübəyə cəlb olunması, birgə tədqiqatlarda iştirakla bağlı məsələlər müzakirə olunub. Elman Həsənov tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsində birgə yeni tədris proqramının hazırlanmasının vacibliyini vurğulayıb. Daha sonra Bakı Teleqüllə Kompleksində yerləşən istehsalat sahəsinə baxış keçirilib. Əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə bu cür görüşlərin qarşılıqlı və davamlı olmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (“Teleradio ..

2024-06-06
AzTU

ENGAGE layihəsi çərçivəsində növbəti təlimlər İsveçin Kral Texnologiya Universitetində təşkil olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində növbəti təlimlər İsveçin Kral Texnologiya Universitetində keçirilib. Təlimlərdə tərəfdaş universitetlərdə sahibkarlıq fənnini tədris edən professor-müəllim heyəti iştirak edib.   AzTU-nu təlimlərdə İqtisadiyyat və statistika kafedrasının professoru Fuad Qənbərov təmsil edib. İştirakçılar həm təşkilati, həm də fənn səviyyəsində təhsilin keyfiyyətinin artırılması strategiyaları,  problem əsaslı öyrənmə imkanları kimi bir sıra mövzularla tanış olub və komanda işi təqdim ediblər. Proqrama uyğun olaraq təlimlərin sonunda iştirakçılara İsveçin Kral Texnologiya Universiteti tərəfindən sertifikat təqdim olunub.    Qeyd edək ki, layihənin 4-cü iş paketinə ali təhsil müəssisələrində intitusional səviyyədə davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi məqsədilə sahibkarlığın universitetlərin inkişaf strategiyalarına inteqrasiyası, sahə üzrə akademik kadrların təlimi və  sahibkarlığın seçmə fənn olaraq bütün ixtisaslarda tədrisi daxildir. İş paketi çərçivəsində sahibkarlığın konsepsiyası, maliyyələşdirilməsi və sosial sahibkarlıq kimi mövzular üzrə Bakı, Gəncə, Naxçıvan və Mingəçevir şəhərlərində təlimlər təşkil olunacaq.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçiv ..

2024-06-06