Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-nun professoru Bartın Universitetində mühazirə deyib

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının professoru Bəyalı Əhmədov “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bartın Universitetində akademik heyət üçün nəzərdə tutulmuş bir həftəlik mobillikdə iştirak edib. Bəyalı Əhmədov Bartın Universitetinin Maşın mühəndisliyi kafedrasının əməkdaşlarına seminar keçib, həmçinin bu ali təhsil müəssisəsinin tələbələrinə mühazirə deyib. Səfər çərçivəsində professor Bəyalı Əhmədov Bartın Universitetinin rektoru professor Orhan Uzunla görüşüb. Görüşdə hər iki universitetin gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının professoru Bəyalı Əhmədov “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin ..

2024-05-21
AzTU

ECAR layihəsi çərçivəsində tədqiqat bacarıqlarının inkişaf etdirilməsi üzrə silsilə təlimlər təşkil olunub

ECAR layihəsi çərçivəsində tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə "Elmi məqalələrin yazılması qaydaları" və “Tədqiqat metodları” mövzularında təlimlər keçirilib. Təlimlər Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində təşkil olunub. Təlimlərdə AzTU-nu Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının professoru Güləhməd Talıbov, Radiotexnika və telekommunikasiya kafedrasının müəllimi Qızılgül İsrafilova, Kibertəhlükəsizlik kafedrasının müəllimi Kamran Hüseynov və Elektrotexnika kafedrasının müəllimi Şamxal Əliyev təmsil edib.  İki günlük təlimlərdə elmmetrik bazalar, onların iş prinsipləri, tədqiqatçılar üçün faydalı alətlər, onlardan istifadə qaydaları, məqalələrin hazırlanma standartları və jurnalların seçimi, habelə tədqiqatçı göstəricilərinin yaxşılaşdırılması metodları, tədqiqatın dizaynı və planlaşdırılması, etik prinsiplər və tədqiqat suallarının formalaşdırılması, verilənlərin təhlili və hesabatların yazılması barədə iştirakçılara nəzəri biliklər verilib və praktiki tapşırıqlar icra olunub.

ECAR layihəsi çərçivəsində tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə "Elmi məqalələrin yazılması qaydaları" və “Tədqiqat metodları” mövzularında təlimlər ke ..

2024-05-21
AzTU

16 şəhərin hərəkət (mobillik) planı hazırlanıb

Azərbaycan Texniki Universiteti (AzTU) Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Masallı, Xaçmaz, Göygöl, Göyçay və Ağcabədi daxil olmaqla 16 şəhərin şəhərdaxili hərəkət (mobillik) planını hazırlayaraq yekun müzakirəsini təşkil edib. Bu məqsədlə təşkil edilən dəyirmi masada İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, Suraxanı Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və müvafiq şirkətlərin nümayəndələri iştirak edib. AzTU-nun rektoru Vilayət Vəliyev mobillik planının hazırlanmasının iqtisadi, sosial və ətraf mühitə verdiyi töhfələri onə çəkərək layihə əsasında gəlinən əsas nəticələri vurğulayıb. Qeyd edib ki, əsas nəticələr dövlət-sənaye-universitet iş birliyinin və ictimaiyyətin iştirakı ilə müzakirə platformasının yaradılması, digər tərəfdən mobillik proqramını hazırlayan tələbə-müəllimlərdən ibarət mütəxəssis komandasının və infrastrukturun formalaşması, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri, xüsusilə Bakıda keçiriləcək COP29 üçün əhəmiyyətli töhfədir. AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov şəhərdaxili mobillik planının hazırlanması prosesinin bütün mərhələlərini əhatə edən geniş təqdimatla çıxış edib. O mobillik planının hazırlanmasının dövlət dəstəyi ilə ölkəmizin elm-təhsil potensialı əsasında yerinə yetirilməsinin mühüm addım olduğunu vurğulayıb. Planın hazırlanmasında tədqiqatların aparılması üçün mükəmməl metodologiya və tədqiqtçılar hazırlanıb, eləcə də hesablama paketi və texnologiyaları əldə edilib. Odur ki, planın hazırlanmasında AzTU-nun müəllim və tələbələri yaxından iştirak edib, dissertasiya mövzularının böyük əksəriyyəti məhz layihə əsasında yaranan problemlərin həllinə həsr olunub. Bununla da həm ölkəmizdə, həm də xaricdə bu istiqamətdə işlərin görülməsi üçün fundamental elmi əsaslar yaradılıb. Dəyirmi masa iştirakçıları layihə nəticələrini geniş müzakirə edərək, şəhərdaxili mobillik proramının yüksək peşəkarlıqla hazırlandığını bildirib, nəticələrinin nəşr edilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan Texniki Universiteti (AzTU) Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naftalan, Şəmkir, Quba, Tovuz, Qusar, Biləsuvar, Masallı, Xaçmaz, Göygöl, Göyçay və Ağcabədi daxi ..

2024-05-21
AzTU

AzTU-nun müəllimi Türkiyədə mühazirə deyib

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müəllimi Fərid Hüseynli “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetində mübadilədə iştirak edib. Fərid Hüseynli Türkiyənin Bursa Texniki Universitetinin Mexanika kafedrasının fəalliyəti ilə yaxından tanış olub və akademik heyətlə görüşüb. O həmçinin laboratoriyalar və kitabxanalarda aparılan tədqiqat işləri ilə tanış olub, mexanika mühəndisliyi ixtisasının fənləri üzrə tədris prosesində iştirak edib. Bununla yanaşı, Fərid Hüseynli mexanika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə "Tribologiya" mövzusunda mühazirə deyib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müəllimi Fərid Hüseynli “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bursa ..

2024-05-21
AzTU

AzTU tələbələri üçün “Kibertəhlükəsizlikdə yeni trendlər” mövzusunda seminar keçirilib

“TEXIO Academy” Azərbaycan Texniki Universitetində (AzTU) informasiya təhlükəsizliyi ixtisasında təhsil alan tələbələr üçün  “Kibertəhlükəsizlikdə yeni trendlər” mövzusunda seminar keçirib. Gələcək kibermüdafiəçilərin təcrübələrinin artırılması məqsədilə təşkil olunan seminarda kibertəhlükəsizlik sahəsində ən son irəliləyişlər və problemlər araşdırılıb, bu sahədə ixtisaslaşan tələbələr üçün zəruri informasiyalar verilib. Kibertəhlükəsizlik kafedrsının müdiri t.e.d, dosent Yadigar İmamverdiyev açılış nitqi ilə çıxış edərək müasir dövrdə kiber rəqiblərlə effektiv mübarizə aparmaq üçün ən son tendensiya və texnologiyalardan xəbərdar olmağın vacibliyini vurğulayıb. Maarifləndirici seminarın spikeri, kibertəhlükəsizlik sahəsində geniş təcrübəyə malik olan “TEXIO Academy”nin təsisçisi və təlimçisi Elgün Bəxtiyaroğlu praktiki biliklərini və sahənin yeni trendlərini iştirakçılarla bölüşüb. Bildirib ki, son tendensiyaları mənimsəmək kibermüdafiəçilərə təhdidləri qabaqcadan görmək, müdafiəni gücləndirmək və rəqəmsal ekosistemləri artan risklərdən qorumaq üçün mühüm əhəmiyyət kəsb edir. Seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

“TEXIO Academy” Azərbaycan Texniki Universitetində (AzTU) informasiya təhlükəsizliyi ixtisasında təhsil alan tələbələr üçün “Kibertəhlükəsizlikdə yeni trendlər” mövzusunda ..

2024-05-21
AzTU

Bursa Texniki Universitetinin əməkdaşı AzTU-da təlim keçib

Türkiyənin Bursa Texniki Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Semih Öztürk “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) səfərdə olub. Semih Öztürk AzTU-nun Beynəlxalq əlaqələr şöbəsində bir həftəlik təlim keçib, burada aparılan işlərlə tanış olub. İki universitet arasında mövcud əməkdaşlığın genişləndirilməsi və potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi də aparılıb.

Türkiyənin Bursa Texniki Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Semih Öztürk “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində ( ..

2024-05-21
AzTU

“Sağlam ruh, sağlam cəmiyyət naminə” adlı psixoloji maarifləndirici forum keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Ahəng” Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin təşkilatçılığı ilə “Sağlam ruh, sağlam cəmiyyət naminə” psixoloji maarifləndirici forum keçirilib. Məqsəd gənclərin psixoloji maariflənməsinə dəstək göstərmək, yaşlı nəslin təcrübəsini onlara ötürmək, hər iki nəslin qarşılıqlı disskusiyasını təmin etmək olub. Tədbirdə millət vəkilləri Ceyhun Məmmədov, Vüqar İsgəndərov, şəhid anaları, qazilər, tədris mərkəzlərinin rəhbərləri, psixoloqlar, təhsil ekspertləri, müəllimlər, valideynlər və tələbələr iştirak ediblər. Forumda psixoloji sağlamlığın əsasları, eyni zamanda milli ruhun, sağlam qidalanmanın və sağlam düşüncənin özəlliyindən söhbət açılıb. Tədbir bədii hissə ilə davam edib.

Azərbaycan Texniki Universitetində (AzTU) “Ahəng” Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin təşkilatçılığı ilə “Sağlam ruh, sağlam cəmiyyət naminə” psixoloji maariflənd ..

2024-05-21
AzTU

“İT sahəsində karyera planlaması və müasir dünyada süni intellektin rolu” mövzusunda panel müzakirə təşkil olunub

Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etmək məqsədilə “İT sahəsində karyera planlaması və müasir dünyada süni intellektin rolu” mövzusunda panel müzakirə keçirilib.  Tədbirin açılışında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Mətanət Xəlilova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Bəxtiyar Quluzadə, AzTU-nun Karyera və Məşğulluq Mərkəzinin müdiri Ülviyyə Rəsulova və universitetin TGT sədri Ruslan Qənbərov çıxış edərək gənclər üçün karyera quruculuğu istiqamətində keçirilən layihənin faydasından söz açıblar.  Daha sonra “İT sahəsində karyera planlaması və müasir dünyada süni intellektin rolu” mövzusunda panel müzakirələr keçirilib.  150-dən çox gənci əhatə edən panel müzakirədə “Müasir dünyada İT, bazardakı iş imkanları və reallıqlar; Beynəlxalq şirkətlərdə İT”, “Universitet illərindən sonra İT mütəxəssisin ilk 5 ildəki hədəfləri”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik”, “Gənclərin universitet illəri üçün İT karyerası”, “Müasir dünyada süni intellekt rolu, istiqamət-karyera seçimləri” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib. Daha sonra gənclərin sualları cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etmək məqsədilə “İT sahəsində karyera planlam ..

2024-05-21
AzTU

Azərbaycan Texniki Universitetinin tələbələri üçün növbəti ustad dərsi keçirilib

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış əməkdaşlıq haqqında memorandumda nəzərdə tutulmuş tədbirlər çərçivəsində universitetin tələbələri üçün növbəti ustad dərsi keçirilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları Murad Balayev və Əli Babayev tələbələrə “İnformasiya ekosistemində kibertəhlükəsizlik əməliyyatları və alətləri” mövzusunda nəzəri və "Kiberinsidentlərin monitorinqi, təhlili və cavablandırılması" mövzusunda praktiki təlim keçiblər. Məruzəçilər təhlükəsizlik əməliyyatları mərkəzləri, onların strukturu, modeli və fəaliyyəti istiqamətində, həmçinin kibermüdafiə məqsədilə istifadə olunan məhsullar barədə məlumat verib, daha sonra bir neçə hücum vektorlarını ehtiva edən real nümunələr üzərindən baş vermiş insidentlərin düzgün təhlili və cavablandırılması qaydalarını əks etdirən praktiki laboratoriya işləri nümayiş etdiriblər. Sonda tələbələrin sualları cavablandırılıb və onlara tövsiyələr verilib.

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış əməkdaşlıq haqqında memorandumda ..

2024-05-21
AzTU

AzTU-da “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Mayın 14-də Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və “Lenovo Global Technology Azerbaijan” MMC-nin tərəfdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, özəl və dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qonaqları salamlayıb və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə keçirilən müsabiqəni tələbələrin potensialının qiymətləndirilməsi istiqamətində təqdirəlayiq addım hesab edib. Çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin keçirilməsində əsas məqsədin Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsi olduğunu qeyd edib. Finalçılar ideyalarını tədbir iştirakçılarına təqdim etdikdən sonra 7 komanda və tələbə müsabiqənin final mərhələsində iştirakına görə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tərəfindən təltif ediliblər. Tələbələr Bakı Dövlət Universitetinin tələbəsi Kəmalə Məmmədova, Bakı Mühəndislik Universitetinin tələbələri Murad İbrahimov və Ayxan Ələkbərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Kamran Murtuzov, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi Aysel Məmmədova, Bakı Ali Neft Məktəbinin tələbələri Aydan Eyvazova, Fidan Ağakişiyeva, Nübar Həsənquliyeva, Rəvan Xıdırov, Tamerlan Ağayev, Əkbər Bünyadzadə, Leyla Quliyeva, İranə Hüseynzadə və Çingiz Məmmədovdur. Tədbir 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin xor və rəqs nömrəsi ilə davam edib. Daha sonra 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri açıqlanıb, onlara mükafatlar təqdim olunub. Tədbirin yekununda müsabiqənin həlledici mərhələsində böyük rolu olan münsiflər heyətinin üzvləri Təhsilin İnkişafı Fondu tərəfindən mükafatlandırılıbar.

Mayın 14-də Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və “Lenovo Global Technology Azerbaijan” MMC-nin tərəfdaşlığı ilə ümummilli lide ..

2024-05-15